Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otuzuncu
Otuzuncu, Otuzikinci — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Otuzuncu qəsəbəsi dağətəyi ərazidədir. Qəsəbə rayon mərkəzinin 30 km.-liyində salındığı üçün belə adlandırılmışdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Otuzuncu simfoniya (Motsart)
Otuzuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən 5 may 1774-cü ildə Zalsburqda tamamlanmışdır. 1773-1774-cü illərdə Zalsburqda yazılmış digər simfoniyalarda olduğu kimi, Motsart 30-cu simfoniyanın əlyazmasında yazılma tarixini tanınmaz bir hala salmışdır. Tədqiqatçıların fikrincə, Volfqanq Amadey Motsartın bu əsəri plagiat müəlliflərdən qorumaq üçün onun daha əvvəllər yazılmış bir əsər olması təsəvvürünü yaratmaq idi. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir.
Tütünçü
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Sərkay Tütüncü
Sərkay Tütüncü (7 fevral 1991, İzmir) — Türkiyə TV serial aktyoru və idmançı. == Həyatı == Serkay Tütüncü 7 fevral 1991-ci ildə İzmir ilinin Tirə ilçəsində anadan olub. Təhsilini Egey Universitetində başa vurub. Serkay Tütüncü, İzmirspor, Balçovaspor, İzmir Safety və Alaçatıspor komandalarında çıxış edib. 2018-ci ildə yayımlanan "İnsanlığa qarşı cinayət" serialı ilə aktyorluğa başlayıb. Daha sonra 2019–2020-ci illər arasında Kanal D-də yayımlanan "Afili Ask" serialında Volkan obrazına həyat verən Serkay Tütüncü "Mr. Nəhayət, 2022-ci ilin fevral ayından beIN CONNECT platformasında yayıma başlayan "Hayaller ve Hayatlar" serialında Alaz rolunu oynayır.
İldırım ötürücü
İldırım ötürücü — bina və qurğulara quraşdırılan, ildırım vurmalarından qorunmaq üçün cihaz. == İş prinsipi == İldırım çaxması zamanı yer üzündə böyük bir cərəyan meydana gəlir və Yerin səthində güclü bir elektrik sahəsi görünür. Sahə intensivliyi xüsusilə kəskin keçiricilərin yanında yüksəkdir və buna görə ildırım ötürücünün ucunda bir tac boşalması alovlanır. Tac boşalması nəticəsində ildırım ötürücüyə yaxın hava güclü ionlaşır. Nəticədə ucun yaxınlığındakı elektrik sahəsi azalır (hər hansı bir ötürücünün içərisində olduğu kimi), induksiyalı yüklər binaya yığıla bilmir və şimşək ehtimalı azalır. İldırım meydana gəldiyi eyni hallarda (belə hallar çox nadirdir), ildırım ötürücü vastəsi ilə ötürülür və nəticədə dağıntı olmadan təhlükə aradan alxır. == Qurğu == Bir-biri ilə əlaqəli üç hissədən ibarətdir: İldırım qəbul edici — ildırımın qəbul edilçəsinə xidmət edir və ildırım kanalı ilə təmas zonasında yerləşir; qorunan obyektdən asılı olaraq, metal bir pin, keçirici material şəbəkə və ya qorunan obyektin üstünə uzanan bir metal kabel ola bilər. Yerləndirmə ötürücüsü və ya aşağı keçirici — yükü hava terminalından torpaq elektroduna yönəltməyə xidmət edən bir dirijor; ümumiyyətlə kifayət qədər böyük bir kəsişmədən ibarət bir teldir. Yerləndirmə — yerlə təmasda olan bir ötürücü və ya ümumiyyətlə torpağa basdırılmış bir metal çubuq.Bir ildırım ötürücüsünü elementləri bir-birinə bağlıdır və dəstəkləyici bir quruluşla sabitlənmişdir. Torpaq obyektinə ildırım vurma ehtimalı, hündürlüyü artdıqca, ildırım ötürücünün ən yüksək səviyyədə ya birbaşa qorunan obyektdə, ya da obyektin yaxınlığında ayrı bir quruluş şəklində yerləşdirilir.
Həsən Məmmədov (tütünçü)
Həsən Məmmədhüseyn oğlu Məmmədov (5 iyun 1912—18 iyun 1985) — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Həsən Məmmədov 1912-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1942-1971-ci illərdə İliç rayonunun H.Cavid adına kolxozunda xolxozçu, manqanaşçısı, sədr və briqadir işləmiş, 1971-ci ildən eyniadlı sovxozda hesabdar olmuşdur. 1946-ci ildən Sov.İKP üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 14 mart 1949-cu ildə tütünçülük sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuşdur. Həsən Məmmədov 18 iyun 1985-ci ildə Şahtaxtı kəndində vəfat etmişdir. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VI ҹилд: Куба—Мисир.
Züleyxa Həsənova (tütünçü)
Züleyxa Əsgəralı qızı Həsənova (31 yanvar 1927, Gəyəçöl – 1 dekabr 2011, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana (1965). == Həyatı == Züleyxa Həsənova 1927-ci il yanvarın 31-də Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. 1943-cü ildən əmək fəaliyyətinə başlayan Z. Həsənova 1949-cu ildə əməkdə fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1965-ci ildə 7-si qız, 4-ü isə oğlan olmaqla 11 uşaq sahibi olan Z. Həsənovaya həm də "Qəhrəman ana" fəxri adı verilib. 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb. Z. Həsənova həm Sosialist Əməyi Qəhrəmanı, həm də Qəhrəman ana olan yeganə qadın idi. O, uzun müddət astma xəstəliyindən əziyyət çəkirdi.
Rza İsmayılov (tütünçü)
İsmayılov Rza Paşa oğlu (1905-ci il, Kəngərli rayonunun Qıvraq qəsəbəsi – 28.11.1967, Kəngərli rayonunun Qıvraq qəsəbəsi) — əmək qabaqcılı. Sosialist əməyi qəhrəmanı (1949). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı. == Həyatı == 1905-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının Qıvraq kəndində (hazırda Qıvraq qəsəbəsi Azərbaycan Respublikasının Naxçıvan MR-nın Kəngərli rayonununda inzibati ərazi vahididir). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı olub. Əmək fəaliyyətinə Noraşen rayonunun "Qırmızı Oktyabr" kolxozunda başlamışdır. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Qıvraq kəndindəki Nəriman Nərimanov adına kolxozda briqadir (1956-1966) işləmişdir. Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir. 1967-ci il noyabrın 28-də doğma kəndində vəfat etmişdir.