Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çikaqo Outfit
Çikaqo Outfit (ing. Chicago Outfit) — Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən mafiya klanı. Klan 1910-cu ildə yaradılmışdır. Bu zamana qədər, klana 16 mafia donu rəhbərlik etmişdir. Onlardan bütün dünyada məşhur olan Al Kapone, Conni Torrio, Frenk Nitti və Pol Rikkanı misaı göstərmək olar. Hal-hazırda klana Con Di Fronzo rəhbərlik edir.
Outfit7
Outfit7 — "Mənim danışan Tomum", "Danışan Tom və dostları", "Danışan Angela" oyunları ilə tanınan beynəlxalq bir şirkətdir. Outfit7, universitetdə komputer elmi üzrə oxuyan və İOS App Storenin ilk çıxışını təqib edərək proqramlar işinə girmək istəyən Samo və İzo Loqin qardaşları tərəfindən başladıldı. 2009-cu ildə 6 dostla birlikdə 250000 dollar sərmaye qoydular. Daha sonra Lyublyanada futbol proqramı və səyahət rəhbəri kimi bəzi proqramlar yaratmağa başladılar. Altı ay sonra "Danışan Tom" adlı uşaq proqramı hazırladılar. Oyun 10 Yanvar 2011-ci ildə İOSda, 17 Fevral 2012-ci ildən isə Androiddə yayımlandı. Oyun sürətlə populyarlaşmağa başlamışdır — İOS App Storeyə əlavə edildikdən 19 ay sonra dünya miqyasında 300 milyon endirilmə qazanmışdır. Outfit7-nin pulsuz endirilən proqramları dünyanın əksər ölkələrində endirilməyə başlayıb. Şirkət artıq "Danışan Tom və dostları" adlı animasiyalı seriyanı da yayımlayır. Şirkətin Londondan başqa Lyublyana, Kipr, Pekin şəhərlərində də ofisi var.
Rutkit
Rootkit kompüter proqramlarının toplusudur, adətən zərərli, kompüterə və ya onun proqram təminatının başqa cür icazə verilməyən sahəsinə (məsələn, icazəsiz istifadəçiyə) girişi təmin etmək üçün nəzərdə tutulmuşdur və çox vaxt onun mövcudluğunu və ya digər proqram təminatının mövcudluğunu gizlədir. Rootkit termini "root"— "kök" (Unix kimi əməliyyat sistemlərində imtiyazlı hesabın ənənəvi adı) və "kit" sözünün (aləti həyata keçirən proqram komponentlərinə aiddir) birləşməsidir. "Rootkit" termini zərərli proqram təminatı ilə əlaqəsi sayəsində mənfi mənalara malikdir. Rootkit quraşdırılması avtomatlaşdırıla bilər və ya təcavüzkar root və ya administrator girişi əldə etdikdən sonra onu quraşdıra bilər. Bu girişin əldə edilməsi sistemə birbaşa hücumun nəticəsidir, yəni zəiflikdən (məsələn, imtiyazların artırılması) və ya paroldan (krekinq və ya "fişinq" kimi sosial mühəndislik taktikaları ilə əldə edilir) istifadə edilir. Quraşdırıldıqdan sonra müdaxiləni gizlətmək və imtiyazlı girişi saxlamaq mümkün olur. Sistem üzərində tam nəzarət o deməkdir ki, mövcud proqram təminatı dəyişdirilə bilər, o cümlədən onu aşkar etmək və ya onun qarşısını almaq üçün istifadə oluna bilən proqram təminatı. Rootkit aşkarlanması çətindir, çünki bir rootkit onu tapmaq üçün nəzərdə tutulmuş proqramı alt-üst edə bilər. Aşkarlama metodlarına alternativ və etibarlı əməliyyat sistemindən istifadə, davranışa əsaslanan metodlar, imza skanı, fərqlərin skan edilməsi və yaddaş boşaltma təhlili daxildir. Silinmə mürəkkəb və ya praktiki olaraq qeyri-mümkün ola bilər, xüsusən də rootkitin nüvədə yerləşdiyi hallarda; əməliyyat sisteminin yenidən qurulması problemin yeganə həlli ola bilər.
Osteit
Osteit (qədim yunan dilindən ὀστοῦν - sümük) sümük toxumasının, o cümlədən, insan skeleti sümüklərinin iltihabını xarakterizə edən xəstəlikdir. Osteit olduqca geniş yayılmış bir xəstəlik növüdür. Lakin onun təmiz forması, sümük iltihabı çox nadir hallarda rast gəlinir və demək olar ki, bütün elementləri - periosteum, sümük və sümük iliyi bu prosesdə iştirak edir. Düzgün diaqnoz və müalicə ilə tam sağalma şansı vardır. Osteitin bir neçə növü ayırd edilmişdir. qeyri-spesifik osteit - müxtəlif xəsarətlər, sınıqlar və ya ekstremal halların , o cümlədən düzgün aparılmayan sümük əməliyyatının nəticəsidir. spesifik osteit - müxtəlif bakteriya və viruslar (vərəm, sifilis və s.) tərəfindən sümük zədələnməsinin nəticəsidir. kəskin osteit - sümüklərin məhvi; xroniki osteit - sümük proliferasiyası Eksudatın xarakterinə görə isə aseptik və irinli olaraq ayrılırlar. Osteitin yalnız iki səbəbi vardır. Bunlardan birincisi infeksiya və zədədir.
Ortit
Ortit — mineral, (Ce, Ca)2(Fe2+, Fe3+, Mg)Al2 [OïOHïSiO4ïSi2O7] Ortit - monoklinik. Kristalları prizmatik, lövhəcikvari. Aqreqat dənəvər qeyri-düzgün ayrılmalar. Rəngi qonur, qara. Parıltısı qatranı. Sərtliyi 6-dək. Xüsusi çəkisi 3,2-4. Radioaktivdir. Qranitlərdə, qranitli peqmatitlərdə, bəzən qələvi peqmatitlərdə; hidrotermal, qreyzen və başqa yataqlarda məlumdur. Növ müxtəlifliyi: naqatelit, ittriumlu ortit Qurğuşun üsulu ilə mütləq yaşın təyinində istifadə edilir.
Outlet mərkəzlər
Outlet mərkəzlər — şoppinq məkanı Xaricdə outlet mərkəzlər məşhur şoppinq məkanına çevrilirlər. XX əsrin 70-ci illərində ABŞ-də yaranan və 90-cı illərin sonunda məşhurluğun zirvəsinə çatan outlet mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90% çatan endirimlərlə əldə edə etmək olur. 2011-ci il fevralın 1-də Bakı Avtovağzal Kompleksində Baku Outlet Park fəaliyyətə başlayıb. 8500 m² ərazidə fəaliyyət göstərən "Zara", "H&M", "Pull&bear", "Bershka", "Stradivarius", "Adidas", "Nike", "Reebok", "Puma" və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə əldə etmək mümkündür. Baku Outlet Park açılışının ilk günlərindən alıcıların rəğbətini qazanıb. Gələcəkdə mərkəzdə təqdim olunan brendlərin siyahısını daha da artırmaq planlaşdırılır.
Otit
Otit (q.yun. οὖς, ὠτός) — qulaqda iltihablı proses kimi yayılan qulaq, burun, boğaz xəstəliyi. Patoloji prosesin lokalizasiyasından asılı olaraq (xarici, orta və ya daxili qulağın strukturlarında) aşağıdakılarla fərqlənir: xarici otit orta otit labirint (daxili qulağın iltihabı) Otit xəstəliyi hər yaşda, xüsusən də uşaqlarda baş verə bilən xəstəlikdir. Ən çox yayılan orta qulağın iltihab xəstəliyidir. 3 yaşa qədər uşaqların 80%-də ən azı bir dəfə otit xəstəliyi müşahidə olunub. Xarici otit — orta qulaq kanalının iltihabı — məhdud və ya diffuz ola bilər. Xarici qulağın məhdud iltihabı tez-tez furunkulyozla təmsil olunur. Xarici eşitmə kanalının diffuz iltihabı əsasən xroniki irinli otitdə, müxtəlif bakteriyaların dəriyə və dərialtı təbəqəyə nüfuz etməsi, həmçinin göbələk infeksiyası ilə müşahidə olunur. İltihabı proses hərdən qulaq pərdəsinə qədər yayılır. Orta otit — orta qulağın iltihabıdır.
İnput/output prosessoru
İnput/output prosessoru (en. input/output processor ~ ru. процессор ввода-вывода ~ tr. giriş/çıkış işlemcisi) – giriş və çıxış əməliyyatlarını emal etmək və bununla da mərkəzi prosessorun yükünü azaltmaq üçün işlənib hazırlanmış aparat vasitələri. Məsələn, rəqəmsal siqnal prosessoru mərkəzi prosessoru cəlb etmədən səs obrazlarının intensiv, mürəkkəb analiz və sintezini apara bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qalçanın kondensasion osteit sindromu
Qalçanın kondensasion osteit sindromu (ing. osteitis condensans ilii) – kondensasion qatılaşma, toplanma deməkdir. Dəfələrlə doğmuş gənc qadınlarda rast gəlir, çox vaxt simptomsuzdur, xoşxassəlidir, HLA-B27 əlaqəsi yoxdur, əsas əlaməti X-ray oma-qalça oynağının qalça sümüyü tərəfində üçbucaq şəkilli sklerozlaşmasıdır.