Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Time-weighted average price
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
The Verge
"The Verge" (ingilis dilindən – "hüdud") — ABŞ kompüter, qadcet və həyat tərzi veb saytı. 1 noyabr 2011-ci ildə fəaliyyətə başlayan sayt "Vox Media" holdinqinin bir hissəsidir. "The Verge" ABŞ-nin 271-ci ən populyar veb-saytıdır və eyni zamanda qlobal miqyasda 615-ci yerdədir. == Tarixi == 2011-ci ilin aprelində "This Is My Next" adlı texnoloji bloq fəaliyyətə başlamışdır. Gündə 3-5 məqalə dərc edən sayt 1 milyona yaxın unikal ziyarətçi cəlb etməyə nail olmmuş və 23 avqust 2011-ci il tarixində görə məşhur IT saytları siyahısında 22-ci yerdə qərarlaşmışdı. Saytda məqalələrlə yanaşı, müntəzəm olaraq audio podkastlar da dərc olunurdu. 1 noyabrda "This Is My Next" fəaliyyətini dayandıraraq, öz yerini yaradıcıları Coşua Topolski və Pol Millerin "The Verge" adlı yeni layihəsinə vermişdir. 2014-cü ilin avqustunda saytın həmtəsisçisi Coşua Topolski yaratdığı layihəni tərk edərək "Bloomberg"ə keçmişdir. Bundan sonra baş redaktor vəzifəsini Nilay Patel götürmüşdür. == İstinadlar == == Xarici keçidlər == D. Aamoth.
Mərağə
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Təraqə (Bükan)
Təraqə (fars. طراقه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (18 ailə).
Veriqe boğazı
Veriqe Kotor körfəzində yerləşən və onu Tivat, Risan körfəzləri ilə birləşdirən nöqtədə yerləşir. «Veriqe» adı 1381-ci ildə yaranması ehtimal edilir. Bəzi mənbələrdə isə bu adın piratlarla bağlı olduğu deyilir. Boğaz dəniz quldurlarından qorumanın istinadgah məntəgəsi olmuşdur. Hazırda Kamenari və Lepetane arasında Adriatik şossesi fəaliyyət göstərir. Gələcəkdə boğazda körpünün inşası planlaşdırılır.
Vərəqə (interfeys)
Vərəqə — interfeys dizaynında sənədlər arasında keçid üçün naviqasiya vidceti kimi vərəqələrdən istifadə edərək, birdən çox sənəd və ya panelin bir pəncərədə yerləşməsinə imkan verən qrafik istifadəçi interfeysi obyekti. Bu, əsasən veb-brauzerlər, veb-proqramlar, mətn redaktorları, parametr panelləri və pəncərə menecerləri ilə əlaqəli interfeys üslubudur. Vərəqələr kağız fayllarına və ya kart indekslərinə daxil edilmiş ənənəvi kart vərəqələrindən ilhamlanaraq modelləşdirilib. (iş masası metaforasına uyğun olaraq) Vərəqələr üfüqi çubuq və ya şaquli siyahı kimi görünə bilər. Üfüqi vərəqələr bir neçə sıra ola bilər. Vərəqələrin sürüşdürüb buraxma yolu ilə sırasını dəyişdirmək və ya mövcud vərəqədən ayrıca pəncərə yaratmaq mümkündür. Tətbiqlər birdən çox vərəqəni köçürmək, bağlamaq və ayırmaq üçün diapazon seçimini dəstəkləyə bilər. == Tarixi == 1982-ci ildə IBM PC-nin WordVision DOS mətn prosessorunun vərəqəli interfeysə sahib olan ilk kommersiya məhsulu olduğu güman edilir. PC Magazine daha sonra məhsulun "proqram sənayesi üçün pulsuz Ar-Ge departamenti kimi xidmət etdiyini və on il ərzində guya yeni ideyalar axtaran proqramçılara görə sümüklərinin sızıldadığını" bildirdi. Don Hopkins NeWS pəncərə sistemi üçün pəncərə menecerinin bütün NeWS proqramlarında tətbiq edildiyi və istifadəçilərə vərəqələri pəncərənin istənilən kənarına sürüşdürməyə imkan verən vərəqəli pəncərə çərçivələrinin bir neçə versiyasını hazırlayıb yayımladı.
Ovraq (Miyanə)
Ovraq (fars. اورق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (20 ailə).
Övraqi-nəfisə (jurnal)
"Övraqi-nəfisə" ("Nəfis vərəqlər"; az-əbcəd. اوراق نفیسه‎) — aylıq milli demokratik ruhlu ədəbi-bədii, ictimai-siyasi jurnalı, Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənət məsələlərinə həsr olunmuş ilk dövrü mətbuat orqanı. 1919-cu ilin mart-avqust aylarında Bakıda cəmisi 6 nömrəsi nəşr edilmişdir. == Haqqında == Naşiri Zülfüqar Hacıbəyov, redaktoru Əliabbas Müznib idi. Rəngli şəkillərini rəssam Əzim Əzimzadə çəkmişdir. Jurnalın səhifələrində Firidun bəy Köçərli, Abdulla Şaiq, Cəmo bəy Cəbrayılbəyli, Zülfüqar Hacıbəyov, Əliabbas Müznib, Əmin Abid, Məhəmməd Hadi və başqa müəlliflər iştirak edirdi. Burada ədəbiyyat, musiqi, teatr, həmçinin memarlıq abidələri haqqında məqalələr və fotoşəkillər, aktyorların həyatı və səhnə fəaliyyəti barədə yazılar dərc olunurdu. Jurnalda ədəbiyyat tarixi məqalələri aparıcı yer tuturdu. Burada Molla Pənah Vaqif, Əbdülqasım Nəbati, Mirzə Fətəili Axundov, Əli bəy Hüseynzadə, Haşım bəy Vəzirov, Məhəmməd Hadi, Rəşid bəy Əfəndiyev, Əlabbas Müznib, Xədicə Ədvi, Hacı Səlim Səyyah, Bədri Seyidzadə, Əliağa Vahid və başqalarının tərcümeyi-halı və şeirlərindən nümunələr verilirdi. Topluda Şərq musiqisi və musiqi alətlərinə dair məşhur ərəb yazıçısı Cürci Zeydanın əsəri, memarlıq abidələrindən "Tac Mahal" haqqında məqalə və Bakı abidələrinin rəsmləri dərc edilmişdi.
Yuxarı Vərqə (Çaroymaq)
Yuxarı Vərqə (fars. ورقه عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (84 ailə).
Rasizmə qırmızı vərəqə göstər
Rasizmə qırmızı vərəqə göstər (ing. Show Racism the Red Card) — 1996-cı ilin yanvarın ayında İngiltərədə yaranan xeyriyyəçilik təşkilatı.
Yağışdan sonra Overdə mənzərə
"Yağışdan sonra Overdə mənzərə" (fr. Paysage d'Auvers après la pluie, nid. Landschap bij Auvers na de regen) və yaxud "Arabayla və qatarla mənzərə" (fr. Paysage avec chariot et train, nid. Landschap met rijtuigje en trein) — məşhur holland rəssamı Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi rəsmi. Moskvada yerləşən A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinə məxsusdur. XIX–XX əsr Avropa və Amerika ölkələrinin incəsənət qalereyasında saxlanılır. Rəsmin ölçüləri 72 x 90 sm-dir. == Rəsmin tarixçəsi == "Overdə yağışdan sonra peyzaj" rəsmi 1890-ci ildə, rəssamın ölümündən əvvəl çəkilmişdir. Sonra o, qardaşı Teoyaya keçib.