Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoverla
Qoverla (ukr. Гове́рла, rum. Hovârla — "çətin keçilən zirvə", mac. Hóvár) — Ukrayna ərazisində yerləşən ən hündür dağ zirvəsidir. Zirvə Zakarpat vilayəti ilə İvano-Frankov vilayəti arasında, Rumıniya ilə sərhəddən 17 km aralıda yerləşir. Parpat dağlarının Çernoqor silsiləsində yerləşir. Zirvə dəniz səviyyəsindən 2061 m yüksəklikdə yerləşir. Zirvənin ətəklərindən Prut çayının qollarından biri başlanğıcını götürür. Dağa ilk turistik maşrut 1880-ci ildən açılmışdır. Zirvənin yaxınlığında Raxov, Yasinya və Voroxta.
Miryam Overdam
Miryam Overdam (d. 18 fevral 1973) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Miryam Overdam, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Bernar Verlak
Bernar Verlak (fr. Bernard Verlhac) - Fransız Karikaturist və jurnalist. Charlie Hebdo jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Orel-Verlak
Orel-Verlak (fr. Aurelle-Verlac, oks. Aurèla e Verlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Jenye-d’Olt kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12014. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 173 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 109 nəfər (15-64 yaş arasında) 85 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.0%, 1999-cu ildə 66.9%).
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.