Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otranto boğazı
Otranto boğazı - Adriatik dənizi ilə İon dənizlərini birləşdirən Apennin və Balkan yarımadaları arasındakı boğaz. İtaliya və Albaniya arasında sərhəd rolunu oynayan bu beynəlxalq əhəmiyyətli boğazın uzunluğu 72 km (45 mil)-dir.
Oranlı Vilhelm
I Oranlı Vilhelm (Dinməz Vilhelm, 24 aprel 1533, Dillenburq – 10 iyul 1584, Delft) — Oran ‏şahzadəsi, Nassau qrafı, Niderland inqilabı xadimi. 60-c illərdə Niderlandda ispan rejiminə qar‏şı müxalifətə ba‏şçılıq etmiş‏di. Çevik siyasətçi, diplomat Vilhelm ‏şəxsi hakimiyyətini möhkəmləndirməyə və İspaniyaya qarşı‏ müharibə aparmağa cəhd göstərirdi. Vilhelmi İspaniyaya xəfiyyəsi öldürmüş‏dür.
Xantı-Mansi
Xantı-Mansi ya da İştək-Voğul (tatar. Иштәк-Вогул, İştək-Voğul)— Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir.
Xantı dili
Xantı dili (köhnə adı - ostyak) ( öz adı - xantı yasa ) — Ob və İrtış çayları birləşən ərazidə və Ob çayının orta və aşağı hissəində yaşayan Qərbi Sibir aboregenləri olan xantıların dili. Rusiyada 2002-ci il əhalinin siyahıya alınmasının nəticəsinə görə xantıların sayı 28,7 min nəfərdir. Əsas hissəsi Xantı-Mansi (mansilər yaşayan qərb rayonlarından başqa) və Yamalo-Nenes muxtar dairələrində (25,9 min nəfər), qalanları Tomsk vilayətinin şimal-qərbində yaşayır. Xantıların sayı XX əsrdə dəyişməz qalsa da, xantı dilini doma sayanları sayı xeyli azalmışdır: 1959-cu ildə 19 410 nəfər sayda onlar 77 % idi, 1970-ci ildə — 68,9 % ( 21 138 nəfər), 1989 — 60,5 %. Rus dilini birinci və ya ikinci dil kimi bilənlərin sayı artır: 70,3 % 1959-cu ildə və 89,4 % 1989-cu ildə. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Штейниц В. К. Хантыйский (остяцкий) язык// Языки и письменность народов Севера: Ч. 1. Языки и письменность самоедских и финно-угорских народов. — М.-Л.: Учпедгиз, 1937. — С. 193—228. Животиков П. К. Очерк грамматики хантыйского языка (средне-обской диалект)/ Под ред.
Xantı-Mansi Muxtar Dairəsi
Xantı-Mansi Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.
Miranti du Vali
Miranti du Vali (port. Mirante do Vale) — San-Pauluda göydələn. 1960-cı ildə inşa edilmişdir. Hazırda Braziliyada ən yüksək göydələndir. Hündürlüyü 170 metr, mərtəbələrinin sayı 51-dir. 75.000 kvadrat metrdir.
Solanum xanti
Solanum xanti (lat. Solanum xanti) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Şkoda Xanti FK
Şkoda Ksanti FK (yun. Π.Α.Ε. Skoda Ξάνθη Αθλητικός Όμιλος, Şkoda Ksanti Futbol Klubu) — Xanti şəhərini təmsil edən Yunanıstan futbol komandasıdır. Hal-hazırda klub Yunanıstan Superliqasında mübarizə aparır. == Tarixi == Klub 1967-ci ildə Xanti şəhərində Aspida və Orfeas adlı həvəskar klubların birləşməsindən yaranmışdır. Komandanın rəsmi adı 1992-ci ilə qədər Xanthi Football Club olmuşdur. Yunanıstandakı Škoda Auto avtomobillərinin rəsmi istelatçısı olan Viamar şirkəti klubu satın aldıqdan sonra klubun adı Skoda Xanthi Football Club olaraq dəyişdirildi. Klubun heyətində hal-hazırda cavanlar üstünlük təşkil edir. Şkoda Xanti FK 2001-02, 2005-06, 2006-07 və 2013-14 mövsümlərində UEFA Avropa Liqasında mübarizə aparmışdır. 2004-05 mövsümündə Şkoda Xanti A Etnikini (hal-hazırda Yunanıstan Superliqası) dördüncü yerdə başa vurmuşdur. Bu nəticə klubun son illərdə ən yaxşı nəticəsi hesab olunur.