Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Açıq rezonator və açıq sistemlər
Açıq rezonator — güzgülər toplusundan yaranan rəqs sistemidir, burada güzglərin ölçülərindən və onların arasındakı məsafədən dəfələrlə kiçik olan λ dalğa uzunluqlu zəif sönən eletromaqnit rəqslər saxlanıla bilər. İlk açıq rezonator iki paralel müstəvi güzgülər şəklində 1958-ci ildə A. M. Proxorov, sonra amerika alimləri R. Dikke, A. Z. Şavlov və Ç. Tauns təklif etmişdir. Eyni ölçülü qapalı həcmli rezonatorlar ilə müqayisədə açıq rezonator xüsusi tezlikli daha seyrək spektrə malikdir. BU spektrə xüsusi ayirdedici elementlər daxil etməklə, yaxud güzgülərə forma seçməklə asanlıqla spektrin əlavə seyrəlməsini reallaşdırmaq olar. Açıq rezonator dalğa uzunluğu, optik, millimetr və submillimetr diapazonli cihazlarda yüksək möhkəmli sistem kimi tətbiq olunur. == Açıq Sistemlər == Açıq sistemlər ətraf mühitlə maddə, enerji və implusla mübadilə edən termodinamik sistemlərdir. Açıq sistemlərin ən mühüm növünə kimyəvi reaksiyaların fasiləsiz ötüb-keçdiyi kimyəvi sistemlər aidir (xaricdən reaksiya göstərən maddə daxil olur, reaksiyanın məhsulları isə xaric olunur). Bioloji sistemlərə, canlı orqanizimlərə də açıq sistemlər kimi baxmaq, orqanizmlərə də həmçinin açıq sistemlər kimi baxmaq olar. Canlı orqanizmlərə belə yanaşma onların inkişaf və həyat-fəaliyyəti proseslərinin qeyr-taraz proseslərin termodinamikası, fiziki və kimyəvi kinetikanın qanunları əsasında tədqiq olunmasına imkan verir. Açıq sistemlərin xassələri termodinamik tarazlıq halının lap yaxınlığında təsvir olunur.