Yumurtavari ilankölgəsi
Yumurtavari ilankölgəsi (lat. Ferula oopoda) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2ab (ii, iii,); C2a. Azərbaycanın nadir növüdür.
Çoxillik monokarp bitkidir, hündürlüyü 1 m-ə yaxındır. Gövdəsi düzdür, qalındır, yuxarı hissəsində budaqlar bərabər ölçüdədir. Gövdə yarpaqlarının qınları dərivaridir, çılpaqdır, üfürülmüş kimidir, ucu bərkdir. Yarpaq ayaları xətvaridir. Kökətrafı yarpaqlarının son ayaları rombvaridir, çox sayda yarılmış lələklidir, qalın-xətvaridir, uzunluğu 2-4 sm, eni 1,5-2 mm-dir. Gövdə yarpaqları çox kiçikdir, çox şişikin, ağtəhər, dərivari qınlıdır.