Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəmərşah Cavadov
Qəmərşah Cavadov (23 fevral 1938, Aydınkənd, Quba rayonu – 27 aprel 2005, Bakı) — Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor. Qəmərşah Cavadov 1938-ci il fevral ayının 23-də Quba rayonunun Aydınkənd kəndində anadan olmuşdur. Atası və beş əmisini Böyük Vətən Müharibəsində itirmişdir. Orta məktəbi bitirdikdən sonra 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Universiteti tarixçi ixtisası ilə bitirdikdən sonra bir müddət Dəvəçi rayonunun (indiki Şabran rayonu) Aygünlü kənd məktəbində müəllim işləmişdir. Sonra Azərbaycan EA Tarix İnstitutunda etnoqrafiya ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. Qəmərşah Cavadov ilk dəfə olaraq xalq əkinçilik texnikasının məhəlli köklərini və inkişaf mənbələrini müəyyən etməklə azərbaycanlıları gəlmə etnos sayanlara tutarlı cavab verdi. Akademik V.K.Bondarçuk Qəmərşah Cavadovun elmi monoqrafiyasına yazdığı rəydə bildirirdi: "Q.Cavadovun monoqrafiyası onun müəllifinin Azərbaycan xalqının əkinçilik texnikasının öyrənilməsi və tədqiqi sahəsində nə kimi böyük, əzəmətli işlər gördüyünü qiymətləndirməyə əsas verir. Gənc alimin tədqiqatları… dünya etnoqrafiya elminə böyük töhfədir". Q.Cavadov 300-ə yaxın elmi məqalənin və 10 monoqrafiyanın müəllifidir.
Qəmərşah Sultan
Qəmərşah Sultan (1473, Amasya ili – yanvar 1520, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. Aynişah Sultan 1476-cı ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Gülruh Xatundur. Uşaqlıq illəri Amasyada keçən Qəmərşah Sultan 1491-ci ildə Qoca Mustafa Paşayla nigahlandı. Bu nigahdan adı məlum olmayan bir qızı dünyaya gəldi və bu qızını Məsih bəylə evləndirdi. Atası və qardaşları arasında gedən taxt mübarizəsində ögey qardaşı Şahzadə Əhmədi dəstəklədi. Ancaq bu mübarizədə digər qardaşı Yavuz Sultan Səlim qalib gəldi və əri Qoca Mustafa Paşa 10 aylıq sədarətin ardından edam olundu. Ərinin edamından sonra Bursaya sürgün edilən Qəmərşah Sultan qalan ömrünü burada keçirdi. 1520-ci ildə vəfat edən Qəmərşah Sultan anasının Muradiyə külliyəsində özü üçün inşa etdirdiyi türbəsinə dəfn edildi.
Holger Pedersen
Holger Pedersen(dan. Holger Pedersen; 7 aprel 1867[…] – 25 oktyabr 1953[…], Hellerup[d]) — danimarkalı dilçi. == Həyatı == Holger Pedersen 1867-ci ildə Gelball Koldinqdə anadan olmuşdur. Türkologiyada əski Türk yazılanın araşdırmaqla tanınmışdır. Alim slavyan dilləri üzərində də tədqiqat aparmışdır. Hind-avropa dilləri ilə bağlı araşdırmalarının müəllifidir. Pedersen hind-avropa dillərinin fonetikasına. Hind toxar, kelt və erməni dillərinə aid əsərlər yazmışdır. Onun “Vergleichende Grammatik der keltischen Sprachen” (ikicildlik, 1908- 1911), “Albanische Texte mit Glossar” (1895) “Russische Grammatik” (1916) və s. əsərləri məşhurdur.
Çarlz Pedersen
Çarlz Con Pedersen (3 oktyabr 1904[…], Busan – 26 oktyabr 1989[…], Salem[d], Nyu Cersi) — amerikalı kimyaçı, 1987-ci ildə "Yüksək seçiciliyə malik struktura xas qarşılıqlı təsirlərə malik molekulların inkişafı və tətbiqi üçün" kimya üzrə Nobel mükafatı laureatı, və bunu Donald Kram və Jan-Mari Len ilə bölüşüb. O, efirlərin, qələvi metallarla sabit komplekslər yaratmağa qadir olan siklik poliefirlərin sintezi üsullarını işləyib hazırlaması ilə tanınmışdır. Onun işi həm də supramolekulyar kimyanın əsasını qoyan Jan-Mari Len və Donald Cram tərəfindən sonrakı tədqiqatlar üçün əsas olmuşdu. Çarlz Pedersen 3 oktyabr 1904-cü ildə Koreyanın Busan şəhərində anadan olub. Atası norveçli, anası yapon idi. 1922-ci ildə Yaponiyanın Yokohama şəhərindən ABŞ-yə mühacirət edmişdi. Ç. Pedersen Dayton Universitetini (Ohayo) və daha sonra Massaçusets Texnologiya İnstitutunu bitirib, burada üzvi kimya üzrə magistr dərəcəsi alıb. 1927-ci ildən Ç. Pedersen təqaüdə çıxana qədər 42 il DuPont kimya şirkətində çalışmışdı. O, ali elmi dərəcəsi olmayan azsaylı Nobel mükafatçılarından biri idi. C. J. Pedersen.
İsak Stianson Pedersen
İsak Stianson Pedersen (4 iyun 1997) — İslandiyalı xizək yürüşçüsü. İsak Stianson Pedersen İslandiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. İsak Stianson Pedersen birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Pedersen 3:24.57 saniyəlik nəticəsi ilə 80 atlet arasında 55-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.