Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərvəoxşar santolina
Sərvəoxşar santolina Təbii halda İtaliyada və Aralıq dənizyanı ölkələrində bitir. Hündürlüyü 50-60 sm-ə çatan kol bitkisidir.Yarpaqlarının uzunluğu 3,5 sm-ə qədər olub,lələkvari bölünmüşdür.Cavan yarpaqları açıq-yaşıl,yaşlıları isə boz-gümüşü rəngdə,tükcüklüdür.Sarı rəngli ətirli çiçəkləri uzun çiçək saplaqlarında yerləşmişdir.İyun-avqust aylarında çiçəkləyir.Çobanyastığının qoxusuna bənzər güclü ətri vardır.Toxumları oktyabrda yetişir.Toxum və qələmlərlə çoxaldılır. Günəşli,isti,quru torpaqlarda bitir.Sərt şaxtalarda yerüstü hissəsi donur. Mərdəkan dendrarisində introduksiya oçunmuşdur.Bakı şəhərinin park və bağlarında mədəni şəraitdə becərilir. Çiçəkliklərdə,qazonlarda,müxtəlif kompozisiyaların qurulmasında qiymətli bitkidir.Yarpaqlarından alınan ekstraktlardan aromaterapiyada bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.