Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pərili köşk
Pərili köşk (əslən Yusif Ziya Paşa köşkü olaraq tanınır və hal hazırda Borusan Holdinq və Borusan Contemporary incəsənət muzeyinin mərkəzi binasıdır) ― Türkiyənin İstanbul ilində, Sarıyer ilçəsinin Rumelihisarı məhəlləsində yerləşən tarixi abidə. 1911-ci ildə qırmızı kərpicdən tikilmiş vitray pəncərələri olan bu qəsrə bənzər malikanə Bosfor boğazının üzərindəki Fateh Sultan Mehmet körpüsünün yaxınlığında yerləşir. Bina 9 mərtəbəlidir və ümumi sahəsi təxminən 5 000 kvadrat metrdir.Konakın məşhur ləqəbi olan Pərili köşk (türk dilində "ruhların olduğu köşk" mənasını verir) inşasının uzun müddət qismən yarımçıq qalması (ikinci və üçüncü mərtəbələri on illərdir boş qalmışdır) nəticəsində yaranmışdır. Binanın xarici görünüşü memar Hakan Kıran tərəfindən 1995–2000-ci illər arasında orijinal dizaynına uyğun olaraq diqqətlə bərpa edilmiş və tamamlanmışdır. O, həmçinin köşkün içini də yeniləmişdir.Pərili köşk eyni zamanda türk yazıçı Ömər Seyfəddinin hekayəsinin adıdır. == Tarix == Köşk Osmanlının ABŞ-dakı səfiri, Osmanlı hökumətinin üzvü Yusif Ziya paşa tərəfindən ailəsi üçün tikilmişdir. Binanın inşası 1910-cu illərin əvvəllərində başlamış, lakin Osmanlı imperiyası Birinci Dünya müharibəsinə girdikdə sənətkarların silahlı qüvvələrə qoşulması ilə dayanmışdır. Yusuf Ziya paşanın ikinci həyat yoldaşı olan Nəbiyə xanım və onun birinci ərindən olan üç qızı 1926-cı ilə qədər malikanədə yaşamışdır. Yusuf Ziya paşanın ölümündən sonra ailə 1990-cı illərin əvvəllərinə qədər malikanəyə sahib çıxmağa davam etmişdir. == Təmir == Malikanə 1993-cü ildə xeyriyyəçi iş adamı Basri Ərdoğan tərəfindən satın alındı və 1995-ci ildə binanın təmirinə başlanıldı.
Perilla
Perilla (lat. Perilla) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Perilla toxumlarında 40-54% tez quruyan (yod ədədi 181-206) texniki yağ və 28 %-ə qədər zülal vardır.Perilla yağının quruma qabiliyyəti kətan yağına nisbətən yüksək-dir. Ona görə də boya və lakların hazırlanmasında istifadə edilir. Tətbiq olunduğu sahədə elastiklik yaradır və çatlar əmələ gətirmir. Perilla yağı aviasiya, gəmiqayırma, avtomobil, elektrotexnika, poliqrafiya və b. sənaye sahələrində işlədilir. Perilla yağı çox yaxşı izolyasiya xüsusiyyətinə malikdir. Perilla yağı hopdurulmuş parça və kağızdan sukeçirməyən plaş və başqa şeylər hazırlanmasında istifadə edilir. Perilla yağı əczaçılıqda və işıqlandırmada lampa yanacağı kimi (his vermədiyinə görə) istifadə edilir.
Kolşəkilli perilla
Kolşəkilli perilla (lat. Perilla frutescens) - perilla cinsinə aid bitki növü.
Perilla frutescens
Kolşəkilli perilla (lat. Perilla frutescens) - perilla cinsinə aid bitki növü.