Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pəstah
Pəstah - hər hansı bir üsulla emal olunan hissələrə deyilir. Emal üsulu burada heç bir rol oynamır. Pəstah dedikdə həm də tam hazır olmayan maşın hissələri nəzərdə tutulur. Onlar metaldan və qeyri metallardan hazırlana bilir. Hazırlanma üsulu nisbətən kobud olub ilkin həndəsi formanın və mexaniki xassələrin verilməsinə xidmət edir. Burada adətən təzyiq altında emal üsullarından istifadə edilir. == Mənbə == Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s.
Nestea
Nestea – alkoqolsuz içkidir. Soyuq çaydır. Nestea brendi məşhur İsveçrə kompaniyası olan Nestle kompaniyasına mənsubdur. 1977-ci ildən etibarən istehsal edilmişdir. == Tərkibi == Tərkibi bu maddələrdən ibarətdir: Su, şəkər, limon turşusu, Sitrat-Natrium, estrakt çayı və aromatizorlar == Maraqlı faktlar == ABŞ, İsrail və Meksika kimi ölkələrdə Nestea içkisindən diet kimi istifadə edilir. İsrail ölkəsində istehsal olunan Nestea içkisi Coca-Coladan daha məşhurdur.
Estela Navaskues
Estela Navaskues (3 fevral 1981) — İspaniyalı marafonçu. Estela Navaskues İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Estela Navaskues birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Estela Ximenez
Estela Ximenez (29 mart 1979) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Estela Ximenez İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Pavel Pestel
Pavel İvanoviç Pestel (rus. Па́вел Ива́нович Пе́стель; 24 iyun (5 iyul) 1793, Moskva – 13 (25) iyul 1826) — Cənub dekabrist cəmiyyətinin rəhbəri.
Manuel Robles Pesuela
Manuel Robles Pesuela (isp. Manuel Robles Pezuela; 23 may 1817, Quanaxuato[d], İspaniya imperiyası – 23 mart 1862) — Meksika siyasətçisi və hərbi xadimi . O, 24 dekabr 1858-ci ildən 21 yanvar 1859-cu ilə qədər Meksikanın prezidenti olmuşdur. == Həyatı == Amerika–Meksika müharibəsində iştirak etmiş, İslahat müharibəsində Mühafizəkarlar tərəfində vuruşmuşdur. O, sələfi Feliks Mariya Suloaqanın hökumətini devirdikdən sonra hakimiyyətə gəlmişdir. Buna baxmayaraq, onun hökuməti kifayət qədər dəstək almamışdır. Onu tezliklə Migel Miramon əvəz etmişdir.Fransa işğalından sonra işğalçılarla əməkdaşlıqda şübhəli bilindiyi üçün həbs olunmuşdur. O, qaçmağı bacarmış və Fransa ordusuna qoşulmağa cəhd etmişdir, lakin öldürülmüşdür.
Peste Noire
Peste Noire (ing. Peste Noire) - qrup adını qara ölümdən götürmüşdür. PN La sale Famine de Valfunde tərəfindən Avignon da 2000-ci ildə yaradılmışdır. Bu günə qədər bütün mahnılar (Folkfuck Folie albumundakı La Césarienne mahnısından başqa) La sale Famine tərəfindən yazılıb. Qrup standart blək metal elementləri ilə milli fransız instrumentləri qarışığı musiqi ifa edir. Qrupun hazırladığı musiqi çox vaxt melodik və kədərli olur, uzun müddətli mahnıların yazılması üçün xaotik və aqressiv səslərə ehtiyac duyulmaqdadır. Qrupun adlandırılması zamanı bəzən P.N. və yaxud K.P.N formalarından istifadə edilməkdədir.