Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aslanduz
Aslandüz — Cənubi Azərbaycanın Ərdəbil ostanında, Parsaabad şəhristanının Aslandüz bəxşində şəhər və bu bəxşin paytaxtıdır.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,910 nəfər və 862 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.Şəhər Arazın sağ sahilində yerləşir. Çaydan qarşıda Füzuli rayonunun Horadiz şəhəri ilə qonşudur.
Maqsudlu (Aslanduz)
Maqsudluyi-Vusta və ya Orta Maqsudlu (fars. مقصودلوي وسطي‎) — İranın Ərdəbil ostanının Aslandüz bəxşində qışlaq. == Tarixi == Maqsudluyi-Vusta Şahsevən elinin Korabbaslı oymağının Muğan mahalının Aslandüz bölgəsində yaratdığı qışlaqdır. Qışlağın əhalisi XVIII əsrdə Ərdəbilin Yurtçu yurdundan, Yaycı yerindən gəlib. == Coğrafiyası == Araz çayının sahilində, Parsabad şəhərindən 45 km aralıda yerləşir.
Nurməhəmmədli (Aslanduz)
Nurməmmədli — Cənubi Azərbaycannın Ərdəbil ostanının Parsaabad şəhristanının Aslandüz bəxşində inzibati ərazi vahidində kənd. == Tarixi == Nurməmmədli öncə qışlaq olub. Bu qışlaq Şahsevən elinin Hacıxocalı oymağına məxsus idi. 1979-cu ildə İran İslam İnqilabından sonra oymaq əhalisi qışlaqlarında həmişəlik məskən salaraq onu kəndə çevirdi.
Barandüz
Barandüz (fars. باراندوز‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 834 nəfər yaşayır (244 ailə).
Gilandüz
Gilandüz (fars. گیلان‌دوز‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (30 ailə).
Aslandüz bəxşi
Aslandüz bəxşi (farsca: بخش اصلاندوز‎‎‎), İranın Ərdəbil ostanında olan Parsabad şəhristanının 3 bəxşindən biridir. Bəxşin 2006-cı il siyahıya almaya görə əhalisi 27,418 nəfər ve 5,220 evdir. Bəxşin mərkəzi Aslandüz şəhəridir.
Aslandüz döyüşü
Aslandüz döyüşü — 1812-cü il oktyabrın 10-da Rusiya-İran arasında Cənubi Azərbaycanda,Muğan ərazisində olan,Rusiyanın qələbəsi ilə nəticələnən döyüş. Bu ərazinin Azərbaycan tarixində xüsusi bir rolu vardı. Gülüstan müqaviləsinə yol,məhz Aslandüzdən keçirdi. Böyük Britaniya hökuməti qüvvədən düşmüş İran ilə Rusiya arasında barışığa yol verməməyə çalışırdı. 1810-cu ildə general Malkolm yenidən İrana gəlib çoxlu top və tüfəng gətirdi. 1811-ci ildə Ouzli Harvord Consun yerinə Tehrana böyük elçi göndərildi. O, 1809-cu il müqaviləsi üzrə nəzərdə tutulan pul yardımının yeni üçillik məbləğini (360 min funt sterlinq və ya 600 min tümən) Fətəli şaha yetirdi. Tezliklə İngiltərədən İrana 12 top,12 min mərmi,12 min tüfəng,12 min əsgərin geyimi üçün mahud göndərildi.1810-1811-ci illərdə Türkiyə ilə savaşda Rusiyanın bəzi uğurları sülh bağlanmasını tezləşdirdi. 1812-ci il mayın 16-da Buxarest sülh müqaviləsi imzalandı. Türkiyənin Qafqaz sərhədləri dəyişməz qaldı.
Nurməmmədli (Aslandüz)
Nurməmmədli — Cənubi Azərbaycannın Ərdəbil ostanının Parsaabad şəhristanının Aslandüz bəxşində inzibati ərazi vahidində kənd. == Tarixi == Nurməmmədli öncə qışlaq olub. Bu qışlaq Şahsevən elinin Hacıxocalı oymağına məxsus idi. 1979-cu ildə İran İslam İnqilabından sonra oymaq əhalisi qışlaqlarında həmişəlik məskən salaraq onu kəndə çevirdi.