Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Palyaçolar (opera)
Palyaçolar (it. Pagliacci) — şəxsi libretto əsasında italyan bəstəkarı Rucero Leonkavallo tərəfindən bəstələnmiş, iki pərdəli proloqlu opera. İlk premyerası 22 may, 1892 ci ildə Milanda oynanılmışdır. Operanın “Recitar/Vesti la giubba” (“Çıxış vaxtıdır/qiyafətləri geyinmək vaxtıdır”) ariyası opera aləmində çox məşhurdur. Bəstəkar dediyi kimi uşaqlıq təsuratları əsasında bu operanı Pyetro Maskanyinin məzmunca nisbətən oxşar “Kənd saatı” operasından həvəslənərək yazmışdır. Digər bir fikirə görə operanın süjeti 1887 ci ildə Parisdə görmüş olduğu Katyulya Mendesin pyesi əsasında oynalınan tamaşadan götürülmüşdür. Əhvalat İtaliyanın cənubunda, 1865-1870 ci illərdə Montalto kəndində “Müqəddəs Məryəmin göylərə çəkilməsi” günü (15 avqust) baş verir. === Proloq: === Qəflətən orkestrin çıxışının ortasında komediyanın personajı kloun rolunu oynayan Tanino bağlı pərdə önünə çıxaraq tamaşaçılara müraciət edərək operanın yaranma tarixçəsindən danışaraq, müəllifin məqsədinin həyatın özünü göstərmək olmuş olduğunu ərz edir. == I pərdə == Kəndə hoqqabaz artistlər təşrif buyururlar. Kəndlilər onları sevinclə qarşılayırlar.
Palaçço Farneze
Palasso Farnezi və ya Farnezi sarayı (it. Palazzo Farnese) — Roma şəhərində intibah dövrünə aid nümunələrdən biri olan saray, palasso. Artıq 100 ildən artıqdır ki, bu sarayda Fransa respublikasının səfirliyi yerləşir.
Menni Pakyao
Menni Pakyao — Filippinli boksçu. == Karyerası == Filippinli Menni Pakyao bütün 7 çəki kateqoriyasının hamısında çempionluq kəmərini qazanan ilk boksçu kimi tarixə düşüb. 2021-ci ilin sentyabrında Manny Pacquiao 2022-ci il prezident seçkilərində namizəd olacağını elan etdi.. == Döyüşləri == Menni Pakyao karyerası ərzində 56 qələbə qazanıb, 5 dəfə məğlub olub. Qələbələrdən 38-də nokaut qeydə alınıb.
Buta Palace
Buta Palace — 2006-cı ildə Heydər Əliyev prospektində tikilmiş Buta Palace binası Beynəlxalq Bakı aeroportu yaxınlıqda yerləşir, kiçik və böyük zallardan ibarətdir və 800 avtomobillik avtodayanacağa malikdir. Karvansara üslubunda stilləşdirilmiş böyük zal 1572 kvadrat metr ərazidən ibarətdir və 2000 qonağa qədər yerləşdirmə imkanına malikdir. == Konsertlər == 50 Cent, Pitbull, Akon, Devid Vendetta kimi dünya məşhurlarının konsertləri və beynəlxalq Avroviziya müsabiqəsinin milli seçiminin yarımfinal və final gecələri məhz burada keçirilib.
Mardan Palace
Mardan Palace - Azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində tikilmiş otel. Açılışı 23 May 2009-cu il tarixində keçirilmişdir. Açılışda Monika Belluççi, Şeron Stoun, Riçard Gir, Nursultan Nazarbayev və s. iştirak etmişdir. Otelin tikintisi 1.4 milyard avroya başa gəlmişdir.
Şamaxı Palace Platinum By Rixos
"Şamaxı Palace Platinum By Rixos" — Azərbaycan Respublikasının Şamaxı rayonunda beşulduzlu otel. Bu otel “Rixos” otellər şəbəkəsinə aiddir. Şamaxı rayonunda tikintisinə 2011-ci ildə başlanmış “Şamaxı Palace Platinum By Rixos” oteli Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Şamaxı Palace Platinum By Rixos” oteli təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır.43 min 370 kvadratmetr ərazidə inşa olunan oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlər göstərilir. Otel kompleksi maraqlı memarlıq üslubunda inşa edilmişdir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunmuşdur.Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçmişdir və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunmuşlar.Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan 200 nəfərlik konfrans zalı, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur.Oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılmışdır. Burada uşaqlar üçün müxtəlif əyləncə və idman sahələri qurulmuşdur.