PALYAÇO

kloun, məzhəkəçi, təlxək
PALET
PAMUK
OBASTAN VİKİ
Palyaçolar (opera)
Palyaçolar (it. Pagliacci) — şəxsi libretto əsasında italyan bəstəkarı Rucero Leonkavallo tərəfindən bəstələnmiş, iki pərdəli proloqlu opera. İlk premyerası 22 may, 1892 ci ildə Milanda oynanılmışdır. Operanın “Recitar/Vesti la giubba” (“Çıxış vaxtıdır/qiyafətləri geyinmək vaxtıdır”) ariyası opera aləmində çox məşhurdur. Bəstəkar dediyi kimi uşaqlıq təsuratları əsasında bu operanı Pyetro Maskanyinin məzmunca nisbətən oxşar “Kənd saatı” operasından həvəslənərək yazmışdır. Digər bir fikirə görə operanın süjeti 1887 ci ildə Parisdə görmüş olduğu Katyulya Mendesin pyesi əsasında oynalınan tamaşadan götürülmüşdür. Əhvalat İtaliyanın cənubunda, 1865-1870 ci illərdə Montalto kəndində “Müqəddəs Məryəmin göylərə çəkilməsi” günü (15 avqust) baş verir. === Proloq: === Qəflətən orkestrin çıxışının ortasında komediyanın personajı kloun rolunu oynayan Tanino bağlı pərdə önünə çıxaraq tamaşaçılara müraciət edərək operanın yaranma tarixçəsindən danışaraq, müəllifin məqsədinin həyatın özünü göstərmək olmuş olduğunu ərz edir. == I pərdə == Kəndə hoqqabaz artistlər təşrif buyururlar. Kəndlilər onları sevinclə qarşılayırlar.