Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tullio Pinelli
Tullio Pinelli (it. Tullio Pinelli; 24 iyun 1908[…], Turin – 7 mart 2009[…], Roma) — İtaliyan ssenarist. Tullio Pinelli 24 iyun 1908-ci ildə İtaliyanın Turin şəhərində anadan olmuşdur. Pinelli öz fəaliyyətinə hüquqşünas kimi başlamışdır. Amma boş vaxtını teatrlar üçün pyeslər yazmağa sərf edirdi. Pinellidə italyan vətənpərvərliyi özünü göstərirdi. Belə ki, onun böyük dayısı general Ferdinando Pinelli Kalabriyada quldur qiyamının yatırılmasında böyük xidmətləri olmuş insan idi. Onun gələcək əməkdaşı Fellini ilə ilk görüşü 1947-ci ildə əks tərəfdə oturub eyni qəzeti oxuduğu bir köşkdə olmuşdu. Pinelli demişdi: "Bir-birimizlə görüş yaradıcılıqda ildırım zərbəsi kimi olmuşdu. Biz əvvəldən eyni dildə danışırdıq.
Günəş paneli
Günəş paneli - üzərində günəş enerjisini sovurmaya yarayan bir çox günəş batareyası saxlayan bir enerji qaynağıdır. 8-24 panellik bir sistem, ehtiyac olan yerlərdə bir evin bütün elektrik ehtiyacını qarşılaya bilər. Sənaye tətbiqləri və ya elektrik stansiyaları üçün minlərlə Günəş batareyasının istifadə edildiyi böyük sistemlər qurulmaqdadır. Günəş batareyasının performansı səmərəsi ilə ölçülər. Günəş paneli təsir nümayiş etdirən yarımkeçiricilərdən istifadə edərək, günəş radiasiyasını (günəş enerjisini) sabit cərəyan elektrik enerjisinə çevirir. Deqradasiya kimi tanınan proseslə əlaqədar olaraq, PV panelin göstəriciləri də vaxt keçdikcə azalacaqdır. Deqradasiya dərəcəsi ekoloji şəraitdən və panelin texnologiyasından asılıdır. Lazımi qaydada layihələndirilmiş PV elektrik stansiyasının, adətən, 77%-86% civarında olan (illik orta MƏ 82%-dir) məhsuldarlıq əmsalı (MƏ) elektrik stansiyasının istismar dövrü ərzində deqradasiyaya uğrayacaqdır. Ümumiyyətlə, keyfiyyətli PV modullarının faydalı istismar dövrünün 35–40 il davam etməsi gözlənilə bilər. == İnvertorlar == Günəş paneli üçün invertorun əsas funksiyası günəş panelinin istehsal etdiyi sabit cərəyan enerjisini dəyişən cərəyan enerjisinə çevirməkdir.
Marino Anelli
Marino Anelli Emilio oğlu — İtalyan anarxist, mühacir. 1898-ci ildə İtaliyada anadan olmuşdu. 1921-ci ildə faşistlərə qarşı (it. Fatti di Sarzana) Sarzana şəhərinin müdafiəsində iştirak etmiş, 2 faşisti öldürdüyü üçün 6 il 3 ay həbsə məhkum edilmişdi. 1925-ci ildə amnistiya aktı ilə azad olduqdan sonra 23 fevral, 1932-ci ildə SSRİyə gəlmişdi. Azərbaycan Neft İdarəsində (Azneftstroy) fəhlə ustası olaraq işləmişdi. 1936-1937-ci illərdə İtaliya Kommunist Partiyası sədri Palmiro Toqliatti tərəfindən anti-sovet düşüncəsi və siyasi təhsilinin olmaması səbəbilə tənqid edilmişdi. 14 fevral, 1938-ci ildə, Bakıda anti-sovet aktivizminə görə NKVD tərəfindən həbs edilmişdi. 8 avqust, 1940-cı ildə Arxangelskdəki Segejski düşərgəsinə göndərilmişdi. Ölümündən sonra 5 iyul, 1963-cü ildə bəraət almışdır.
Tapşırıqlar paneli
Kompüter elmlərində tapşırıqlar paneli (ing. taskbar) monitorun aşağı hissəsində hazırda fəaliyyətdə olan açıq əməliyyatları və lazım olan proqramların, həm də ən vacib və ən zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq mövcud olurlar, qalanları isə sonrada əlavə etmək olar. 1995-ci ildən etibarən bu panel istifadəçi interfeysinin kompüterdə ayrılmaz hissəsinə çevrilib.
Tapşırıq paneli
Kompüter elmlərində tapşırıqlar paneli (ing. taskbar) monitorun aşağı hissəsində hazırda fəaliyyətdə olan açıq əməliyyatları və lazım olan proqramların, həm də ən vacib və ən zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq mövcud olurlar, qalanları isə sonrada əlavə etmək olar. 1995-ci ildən etibarən bu panel istifadəçi interfeysinin kompüterdə ayrılmaz hissəsinə çevrilib.
İdarəetmə paneli (Windows)
İdarə etmə paneli (ing. Control Panel) Microsoft Windows-un istifadəçi interfeysinin bir hissəsidir. Bu panel vasitəsilə sistem quraşdırılması üzrə əsas vəzifələri yerinə yetirmək olar. Məsələn, qurğuların əlavə edilməsi və nizamlanması, proqramların quraşdırılması və ləğv edilməsi, istifadəçi hesablarının idarə edilməsi, xüsusi imkanların əlavə edilməsi və s. Sadaladığımız bu və digər imkanlar idarə panelinin appletləri hesab olunur və .cpl fayl uzantısı ilə sistem qovluğunda qorunur.. Belə faylların əksəriyyəti C:\Windows\system32 və C:\Windows\winsxs (bu qovluqların altqovluqlarında) sistem qovluqlarında yerləşdirilmişdir. İdarə etmə panelində görünən bütün tətbiqlərin mənbə faylı məhz bu qovluqlardadır. İdarə panelində appletlərin əksəriyyəti Microsoft istehsalının müəyyən edilmiş sistem utilitlərindən təşkil olunmuşdur, amma bəzi hallarda kənar istehsalçılar tərəfindən öz proqram və ya aparat məhsulunu rahat idarə etmək üçün Windows 7 İdarə panelinə öz tətbiqlərini əlavə edirlər. İlk dəfə İdarə etmə paneli Windows 2.0 versiyasında çıxmışdır. Zamanla tətbiqlərin sayının artması ilə bu tətbiqləri kateqoriyalar üzrə çeşidləmək mümkündür.
Patolli
Patolli və ya patole – Amerika qitəsində məlum olan ən qədim stolüstü oyun. Strategiya və bəxtə əsaslanır. Əsasən zadəganlar tərəfindən oynanılmışdır. Konkistadorlar bildirmişdilər ki, Montezuma sarayında zadəganların patolli oyunlarına baxmaqdan böyük zövq alırdı. Patolli və onun variantları Kolumböncəsi Mezoamerikası mədəniyyətində geniş şəkildə oynanılırdı. Tolteklər (750-1000), Çiçen-İtsa sakinləri (1100-1300), asteklər (1168-1521) və digər Mezoamerika xalqları bu oyunu oynamışdırlar. Qədim mayalar da patollinin bir versiyasını oynayırdılar. Patolli bəxtə əsaslanan müharibə və yarış oyunudur. Patolli oyunu həm də qumar oyunu sayılır. Oyunçular oyuna başlamazdan öncə qızıl, yemək, evlərini, ailələrini, hətta azadlıqlarını da mərcə qoyurdular.
Pirelli
Pirelli — 1872-ci ildə Covanni Battista Pirelli tərəfindən Milanda, plastika istehsalçısı olaraq qurulmuş, beynəlxalq arenada fəaliyyət göstərən təkər firmasıdı. Təkər sektorunda Pirelli, gəlir mənasında dünyanın 5-ci ən böyük markasıdır. 2006-cı ildə Pirelli şinləri 3,94 milyard avro satış əldə edərək, bir əvvəlki ilə görə 8,7% böyümə qeyd etmişdir. Pirelli şinləri, rezin dizayn, inkişaf, istehsal və marketinq sahələrində fəaliyyət göstərməsiylə, "Beynəlxalq Pirelli Qrupu"nun əhəmiyyətli bir parçasına çevrilmişdir. Pirelli şinlərinin fəaliyyət sahəsi, yüngül ticari vasitə və motosikldan (gəlirin 70%-i istehlakçı bazardan əldə olunur), avtobus, yük maşını, traktor, iş maşını və marketinqə (gəlirin 30%-i sənaye bazarından əldə olunur) qədər uzanmaqdadır. 1870-ci ildə Covanni Battista Pirelli tərəfindən buxarla çalışan bir maşın, 5 idarəçi və 50 işçi ilə Milanda qurulan Pirelli, hal hazırda dünyanın 17 ölkəsində ümumilikdə 23 fabrikdə təkər sektorunda fəaliyyət göstərir. Fəaliyyətinə kauçuk sahəsində başlayan şirkət, hazırda rezin təkər ilə yanaşı enerji və kommunikasiya sahələrində istifadə olunan kabellərin istehsalını da reallaşdırır.
Anagallis monelli
Anagallis monelli (lat. Anagallis monelli) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin anaqallis cinsinə aid bitki növü.
Bulbophyllum patella
Bulbophyllum patella (lat. Bulbophyllum patella) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Capsella nanella
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Eduardo Agnelli
Rusiya Müdafiə Nazirliyi (rus. Министерство обороны Российской Федерации) — Rusiya Federasiyası Silahlı Qüvvələrinin inzibati və funksional rəhbərliyini həyata keçirən rəsmi qurumdur. Bu təşkilatda nazir; silahlı qüvvələrin üzərində gündəlik inzibati və əməliyyat səlahiyyətlərini yerinə yetirir. Müdafiə Nazirliyinin icra orqanı olan Baş Qərargah; müdafiə nazirinin əməliyyatlar ilə əlaqədar olan əmr, təlimat və tapşırıqlarını yerinə yetirir. Dövlət Şurası vasitəsilə Müdafiə Nazirliyi üzərindəki qanunverici səlahiyyətdən istifadə edərək, Rusiya hökuməti silahlı qüvvələri lazımi səviyyədə hazırlamaq üçün qismən məsuliyyət daşıyır.
Eduardo Anielli
Edoardo Anielli — avtomobil zavodlarının, helikopter istehsal edən bir neçə zavodun, bir neçə bankın, tikinti, sığorta, geyim və mətbuat şirkətlərinin və məşhur Yuventus idman klubunun sahibi olan Anielli ailəsində dünyaya gəlmişdir. Bir vaxtlar ailənin illik gəliri 60 mlrd. ABŞ dolları həcmində dəyərləndirilmişdir. Atası senator Covanni Anielli ailənin başçısı və sözügedən şirkətlərin əksəriyyəti üzərində qanuni nəzarətçi olmuş, anası isə qabaqcıl yəhudi ailələrindən olan Karloci ailəsindən olmuşdur. E.Anielli Amerikanın Brinston Universitetinin Dinlər və Şərq Fəlsəfəsi fakültəsində təhsil almış, doktorluq dərəcəsinə yiyələnmişdir. Bir müddət Yuventus futbol klubunun rəhbəri olmuş, bu müddət ərzində təvazökarlığı və xoş əxlaqı ilə insanların rəğbətini qazanmışdır. == İslamı qəbul etməsi == E.Anielli 1974-cü ildə Nyu-Yorkda universitetdə oxuyarkən Qurani-Kərimdən təsirlənməsi nəticəsində islam dinini qəbul etməyi qərara alır. Belə ki, kitabxananın rəflərinin birindən Qurani-Kərimi götürüb oxumağa başlayır. Oxuduqca bu kitabın başqa kitablardan fərqləndiyini, bəşər sözü olmadığını və nurani ilahi kəlam olduğunu hiss edir. Davam etdikcə, buna olan inancı daha da artmağa başlayır və islamı qəbul edir.
Eduardo Aqnelli
Edoardo Anielli — avtomobil zavodlarının, helikopter istehsal edən bir neçə zavodun, bir neçə bankın, tikinti, sığorta, geyim və mətbuat şirkətlərinin və məşhur Yuventus idman klubunun sahibi olan Anielli ailəsində dünyaya gəlmişdir. Bir vaxtlar ailənin illik gəliri 60 mlrd. ABŞ dolları həcmində dəyərləndirilmişdir. Atası senator Covanni Anielli ailənin başçısı və sözügedən şirkətlərin əksəriyyəti üzərində qanuni nəzarətçi olmuş, anası isə qabaqcıl yəhudi ailələrindən olan Karloci ailəsindən olmuşdur. E.Anielli Amerikanın Brinston Universitetinin Dinlər və Şərq Fəlsəfəsi fakültəsində təhsil almış, doktorluq dərəcəsinə yiyələnmişdir. Bir müddət Yuventus futbol klubunun rəhbəri olmuş, bu müddət ərzində təvazökarlığı və xoş əxlaqı ilə insanların rəğbətini qazanmışdır. == İslamı qəbul etməsi == E.Anielli 1974-cü ildə Nyu-Yorkda universitetdə oxuyarkən Qurani-Kərimdən təsirlənməsi nəticəsində islam dinini qəbul etməyi qərara alır. Belə ki, kitabxananın rəflərinin birindən Qurani-Kərimi götürüb oxumağa başlayır. Oxuduqca bu kitabın başqa kitablardan fərqləndiyini, bəşər sözü olmadığını və nurani ilahi kəlam olduğunu hiss edir. Davam etdikcə, buna olan inancı daha da artmağa başlayır və islamı qəbul edir.
Kobus anselli
Kobus anselli (lat. Kobus anselli) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Neoseiulus hanselli
Neoseiulus hanselli (lat. Neoseiulus hanselli) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Tomas Ravelli
Tomas Ravelli (13 avqust 1959, Vekşö) — İsveç futbolçusu, İsveç milli futbol komandasının qapıçısı. Tomas Ravelli futbol meydançasındakı qəribə və əyləncəli hərəkətləri ilə məşhurluq qazanmışdır. Futbol üzrə dünya çempionatı 1994-də "Pişik" ləqəbini almışdır. Penalti zərbələrini uğurla yerinə yetirə bilən tək-tük qapıçılardan biri idi. Futbol üzrə dünya çempionatı 1994-də öz oyunu ilə İsveçin uğur qazanmasında böyük rol oynamışdır. İsveç milli futbol çempionatında çıxış edən Göteborg komandasının qapıçısı olmuşdur. 1999-cu ildə 38 yaşında ikən futbol karyerasını bitirmişdir. Əsl peşəsi dülgərlikdir.
İtalo Santelli
İtalo Santelli (15 avqust 1866, Korrodano[d], Liquriya – 8 fevral 1945, Livorno, Toskana və ya Budapeşt) — Müasir qılıncoynatmanın sablya növünün atası sayılan İtaliyalı qılıncoynatma idmançısı. İtalo Santelli 1866-cı ildə İtaliyanın Liquriya regionunun La Speziya əyalətində Karrodano kommunasında anadan olub. Santelli İtaliyanın məşhur məktəblərində təhsil alıb. Santelli qılıncoynatma ilə məşğul olan qardaşı Otello və onun həyat yoldaşı ilə birlikdə Budapeştdə köçür. Onun 1897-ci ildə Macarıstanda Corcio adında oğlu oldu. Corcio həmişə italyan vətəndaşlığını saxlayıb və yarışlarda İtaliyanı təmsil edib. Santelli Macarıstanda yaşadığı vaxtlarda qılıncoynatmanın sablya növünün yeni üslubunu yaratmağa başlayıb. Üslüb daha çox Santellinin “müasir üslubu” kimi tanınırdı. O, Paris Yay Olimpiya Oyunlarında İtalyan komandasının heyətində müasir üslubda çıxış etdi. Santelli rapira yarışlarında altıncı yeri tutmasına baxmayaraq, sablya növü üzrə komanda yoldaşı Antoniyo Konteyə məğlub olaraq, gümüş medal qazandı.
Şarlotta Perelli
Şarlotta Perelli — İsveçli mügənni. 1999 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Take me to your heaven" (Məni öz səmana apar) mahnısı 1-ci yer tutub. 2008 Avroviziya Mahnı Müsabiqəsində bir daha İsveçi təmsil etmişdir. 25 ölkə içində 18-ci yeri tutmuşdur.
Yponomeuta padella
Yponomeuta padella (lat. Yponomeuta padella) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sincabaoxşar güvələr fəsiləsinin sincabaoxşar güvə cinsinə aid heyvan növü. Kəpənəyin qanadları açılmış vəziyyətdə ölçüsü 18–22 mm-dir. Ön qanadlarında 3 cərgədə düzülmüş 16-19 qara nöqtələr vardır. Arxa qanadlar boz kül rəngindədir. Tırtıllar 14–16 mm uzunluqda olmaqla sarımtıl göy rəngdədir. Pupu tünd-sarı olmaqla ölçüsü 7–11 mm-dir. Ədəbiyyat məlumatlarına əsasən meyvə güvəsinin tırtılları ərik, şaftalı, gilas və alça bitkilərinin yarpaqları ilə qidalanırlar. Bizim apardığımız müşahidələrə əsasən adları çəkilən bitkilərdən başqa, badam bitkisi ilə də qidalanır. Ərik ağacı üzərində apardığımız müşahidələrə əsasən, meyvə güvəsinin kəpənəyinin bağlarda görünməsi iyun ayının birinci ongünlüyündən başlayaraq iyul ayının axırlarına və avqust ayının əvvəllərinə qədər davam edir.
Patella vətəri
Patella vətəri və ya diz vətəri (lat. ligamentum patellae) — diz qapağından başlayıb budun dördbaşlı əzələsinin qamış sümüyündə (tibia) sonlanan vətər. Bəzən diz bağı də adlanır, çünki tam sümükləşdikdə sümük-sümüyə əlaqə yaradır. Diz vətəri bərk, yastı bağdır, o, dizin yuxarı hissəsindən distal və bitişik kənarları və arxa səthində kobud çökəklikdən başlayır; aşağıda, tibia sümüyün üzərinə daxil olur. Onun səthi lifləri budun dördbaşlı əzələsi vətərinin lifləri ilə patellanın ön hissəsində davamlıdır. Yetkinlərdə təxminən 4,5 sm uzunluqdadır (3 ilə 6 sm arasında dəyişir). Budun dördbaşlı vətərinin medial və yan hissələri, yumruların hər iki tərəfində tibiyanın yuxarı ətrafına daxil edilmək üçün patellanın hər iki tərəfindən aşağı keçir. Bu hissələr yuxarıda qeyd edildiyi kimi kapsula birləşərək medial və lateral patella retinakulasını əmələ gətirir. Patellar vətərinin arxa səthi oynağın sinovial membranından böyük infrapatellar piy qatı ilə, qamış sümüyündən (tibia) isə sinovial bursa ilə ayrılır. Diz vətəri yırtığı zamanı zədələnə bilər.
Moonchild Sanelly
Moonchild Sanelly (əsl adı: Sanalisive Tvişa; 20 noyabr 1987, Port-Elizabet, Şərqi Keyp vilayəti) — CAR-dan olan müğənni, rəqqas. Yazıb ifa etdiyi mahnılar özünün yaratmış olduğu "Future ghetto funk" üslubundadır. Sanelly Xosa(en) xalqındandır və mahnılarında tez-tez bu xalqın dilindən istifadə edir. Moonchild Sanelly musiqiçi ailəsində anadan olmuşdur. Anası caz ifaçısı, qardaşı hip-hop prodüseri, xalası uşaqları isə rəqqasdır. 2005-ci ildə o, dəb üzrə təhsil almaq üçün Durban şəhərinə köçüb. Orada 6 il yaşayıb, təhsildən əlavə musiqi ilə də məşğul olub. Sonralar musiqi karyerasını davam etdirmək üçün Yohannesburqa köçüb. O, Texasın Ostin şəhərindəki SXSW və Barselonadakı Primavera Sound festivallarında canlı çıxışlar etmişdir. Bədənini nümayiş etdirməkdən və seks haqqında danışmaqdan çəkinmir.
Covanni Anyelli
Covanni Anyelli (13 avqust 1866[…] – 16 dekabr 1945[…], Turin) — İtalyan sənayeçisi. == Həyatı == Anyelli 13 avqust 1866-cı ildə Villar Peroza şəhərində zadəgan ailəsində doğulub. Modenadakı hərbi akademiyanı bitirib, süvari dəstəsində zabit qismində qulluq edib. 1892-ci ildə hərbi karyerasına son qoyaraq bizneslə məşğul olmağa başlayıb. 11 iyul 1899-cu ildə Anyelli bir neçə şəriki ilə birlikdə Turində Fiat avtomobil şirkətini təsis edib. Tezliklə o, şirkətin idarəçiliyində əhəmiyyətli fiqura çevrilib. Onun istehsal etdiyi ilk avtomobilin mühərriki 2.6 kilovat (3,5 at gücü) gücündə idi. Mühərrik arxa tərəfdə quraşdırılmışdı və o dövrün birsilindrli mühərriklərindən fərqli olaraq ikisilindrli idi. Şirkətin kütləvi şəkildə istehsal etdiyi ilk avtomobil Fiat Zero oldu. 1904-cü ildə firmanın avtomobillərinin konstruksiyasında dəyişikliklər edildi: -şirkətin istehsal etdiyi ilk modellərdə şassinin əsası rolunu oynayan taxta ramanın əvəzinə metal rama tətbiq edilməyə başlandı.
Pauell adası
Pauell adası (ing. Powell Island) — Cənubi Orkney adalarına daxil olan kiçik ada. Adanın ən hündür nöqtəsi 594 m təşkil edir. Pauell adası Koroneyşen və Lori adaları arasında yerləşir. Adalardan Lyotveyt və Vaşinqton boğazı vastəsi ilə ayrılır. Adanın cənubunda Miçelsen, Fredriksen və Qrey adaları yerləşir. Daimi əhalisi yoxdur. Ada 1821-ci ilin dekabrında britaniyalı Corc Pauel və amerikalı Nataniel Palmer tərəfindən aşkarlanır. İlk araşdırmalar 1933 ildə aparılmışdır. 1957 və 1964-65 illərdə geoloji, topoqrafik araşdırmalar A. Hoskins (ing.
Rodoslu Paneti
Panetius (yun. Παναίτιος, m. ö. 180 – 110) — ellinizm dövrünün filosofu, stoa məktəbinin ardıcılı. Soyca Rodos adasından idi. Sonra Afinaya köçmüş, orada stoaçılar məktəbinin ardıcıllarından biri olmuş, sonralar isə ona başçılıq etmişdir. Daha sonra Panetius Romaya köçmüş, orada fəaliyyətini davam etdirmiş, həmçinin tanınmış Roma dövlət xadimi və filosofu Siseronun müəllimi olmuşdur. Panetius həm də “Siyasət haqqında”, “Vəzifələr haqqında”, “Tale haqqında” kimi bir çox kitablar yazmışdır. Ancaq, zamanımıza onların yalnız bəzi fraqmentləri gəlib çatmışdır. Panetius orta dövrün stoaçısı olaraq, klassik stoa təliminə peripatetik və platonik məktəblərinin elementlərini də qatmışdır.
Canallı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Xanəli
Xanəli — kişi adı. Xanəli Kərimli — şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru. Xanəli Tolış — Azərbaycan şairi. Xanəli Fəttayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Böyük Pirəlli
Böyük Pirəli, Böyük Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Böyük Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir. Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb. Bu kənddə ən böyük küçə Abduməhlədir. Yolun adı Bəy Yolu adlanır. Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir. Fındıq bağlarından, taxıldan gəlir götürürlər.
Kiçik Pirəlli
Kiçik Pirəli və ya Kiçik Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafi məlumatlar == Kiçik Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir. Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb. Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir. Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800 başa yaxın qoyun-keçi saxlayan kənd əhali təsərrüfatlarını artıraraq yaxşı yaşayış qurublar. == Toponimikası == Kiçik Pirəlli oyk, mür.