Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alıcılıq qabiliyyəti pariteti
Alıcılıq qabiliyyəti pariteti (AQP) — valyuta məzənnələrini müəyyənləşdirən nəzəriyyə. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə uyğun olaraq, əmtəənin bir ölkədəki qiyməti həmin əmtəənin cari kursla hesablanan digər ölkədəki qiymətinə müvafiq olmalıdır, yəni eyni bir əmtəə səbəti müxtəlif ölkələrdə eyni qiymətdə olmalıdır. İnflyasiyanın müxtəlif templəri valyuta məzənnələrinin iki cür dəyişməsinə səbəb olur. Birinci hal ixrac və idxal qiymətləri nisbətinin dəyişdirilməsi nəticəsində meydana çıxan effektə aiddir. Bir ölkədə buraxılan nemətin qiyməti başqa bir ölkədə buraxılan həmin nemətin qiyməti ilə müqayisədə qalxdıqda, həmin nemətin alıcıları bir neməti başqası ilə əvəz etməyə cəhd göstərir, bu isə valyutaya olan tələbi azaldır. İnflyasiya templəri fərqlərinə cavab olaraq valyuta məzənnələrinin dəyişilməsini meydana çıxaran ikinci hal valyuta məzənnələrinin gözlənilən dəyişilməsinə yönələn möhtəkirliklə bağlıdır. Belə ki, bir ölkədə qiymət digər ölkədəki qiymətlərlə müqayisədə qalxdıqda, xarici valyuta portfeli saxlayanlar və möhtəkirlər valyutaların qiymətinin enəcəyini, yəni onun alıcılıq qabiliyyətinin düşəcəyini gözləyərək onlardan xilas olmağa çalışır və bununla da həmin valyutanın devalvasiyasına səbəb olurlar. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi inflyasiyanın fərqli templərinin valyuta məzənnələrində bir-birini əvəzləyən dəyişilmələrə səbəb olacağını qabaqcadan göstərir. Valyuta məzənnələrində baş verən dəyişikliklərin öz-özlüyündə müxtəlif inflyasiya templərini yaratmaması halı da mümkündür. Belə ki, tələb qiymətə görə elastik deyildirsə, bu halda valyuta məzənnəsinin devalvasiyası daxili inflyasiyanın artmasına gətirib çıxara bilər.
Faiz dərəcəsi pariteti
Faiz dərəcəsi pariteti (ing. interest rate parity), və ya faiz pariteti — qeyri-arbitraj şərti, investorların iki fərqli ölkədə faizlə bank depozitlərini eyni dərəcədə cəlbedici qəbul etdikləri, yəni bu investisiyalar arasında laqeyd olduqları bir tarazlıq vəziyyətidir. Bu şərtə əməl edilməməsi investorlara açıq faiz arbitrajından qazanc əldə etməyə imkan verir. Paritet konsepsiyası iki fərziyyəyə əsaslanır: kapitalın hərəkətliliyi və daxili və xarici aktivlərin mükəmməl dəyişdirilməsi. Valyuta bazarı tarazlıqda olarsa, faiz dərəcəsi pariteti daxili aktivlər üzrə gözlənilən gəlirin məzənnəyə uyğunlaşdırılmış valyuta aktivlərinin gəlirinə bərabər olacağını nəzərdə tutur. Nəticə etibarı ilə investorlar aşağı faizli ölkədə borc götürərək, onları ikinci ölkənin valyutasına çevirərək, ikinci ölkənin banklarına daha yüksək faizlə investisiya yatırmaqla arbitraj edə bilməyəcəklər. Kredit müddətinin sonunda vəsaitlərin ilkin valyutaya köçürülməsi zamanı itkilər (və ya əksinə, mənfəət) səbəbindən bu mümkün deyil. Faiz dərəcəsi pariteti iki formada ifadə edilir: örtülməmiş (İngilis dili açıq) və örtülmüş (İngilis dili örtülü). Birinci halda investorlar valyuta riskini, yəni məzənnənin gözlənilməz dəyişməsi riskini aradan qaldırmağa çalışmırlar. Təhlükəli paritet valyuta mübadiləsi üçün forvard müqavilələrinin bağlanmasından yaranır.
Raritet
Raritet (alm. Rarität‎, lat. "raritas" - nadir) — qiymətli nadir əşya, hal, xüsusiyyət, kitab, incəsənət əsəri (tarixi və bədii dəyər sayılan əmtəə).
Pariti
Hibiskus (lat. Hibiscus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Bombycidendron Zoll. & Moritzi Bombycodendron Hassk. Brockmania W. Fitzg. Pariti Adans. Wilhelminia Hochr.
Paştet
Paştet (alm. Раstеtе‎) 1 kilo qaraciyər (qoyun və ya mal) 2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün) 1 böyük baş soğan¸ xırda doğranmış 2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş Duz İstiot 2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!) Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir. 1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. 2.
Jak Mariten
Jak Mariten (fr. Jacques Maritain; 18 noyabr 1882[…], IX arondisman – 28 aprel 1973[…], Tuluza) —fransız filosofu, teoloqu, neotomizmin banisi. == Həyatı == Jak Mariten XX əsrin 30-cu illərində ABŞ və Kanadada dərs deyərkən tanınmış və katolisizmin mövqeyinin Amerika qitəsində möhkəmlənməsi üçün çalışmışdır. 1945–1948-ci illərdə Mariten Vatikanda Fransanın səfiri olmuş, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin layihəsinin hazırlanmasında iştirak etmişdir. Onun sosial-siyasi nəzəriyyə problemlərinə həsr olunmuş əsas əsərləri "İnteqral humanizm", "İnsan hüquqları və təbii qanun", "İnsan və dövlət"dir. == Dünyaya baxışı == Jak Mariten (1882–1973) – fransız filosofu, neotomizmin görkəmli nümayəndəsidir. Neotomizm ruhunda sosiomədəni konsepsiyalar kulturologiya üçün xüsusilə böyük əhəmiyyət daşıyır. Neotomizm müasir Qərb dini fəlsəfəsinin və kulturologiyanan əsas istiqamətlərindəndir. Bu fəlsəfi təliminin kökləri Qərb orta əsrlər fəlsəfəsinə və hətta xristianlığın meydana gəldiyi eramızın əvvəllərinə təsadüf edir. Onun tam təlim kimi formalaşması XIII əsrə aiddir və bilavasitə orta əsrlər sxolastı Akvinalı Fomanın adı ilə bağlıdır.
Sesine-Parize
Sesine-Parize (fr. Seyssinet-Pariset) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38485. Kommunanın 2007-ci il üçün əhalisi 12582 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 209 ilə 1 565 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 3 km şimal-qərbdə yerləşir.
Patet lao
Patet Lao (laos ປະເທດລາວ, Pa thēt Lāo, hərf. Lao milləti), rəsmi olaraq Laos Xalq Azadlıq Ordusu — Laosda XX əsrin ortalarında yaradılmış kommunist siyasi hərəkatı və təşkilatı. Qrup 1975-ci ildə, Laosda vətəndaş müharibəsindən sonra siyasi hakimiyyəti ələ keçirməkdə son nəticədə uğur qazanmışdır. "Patet Lao" həmişə Vyetnam kommunistləri və Şimali Vyetnam ilə yaxından əlaqəli idi. Vətəndaş müharibəsi zamanı Vyetnam Xalq Ordusu tərəfindən effektiv şəkildə təşkil edilmiş, təchiz edilmiş və hətta rəhbərlik edilmişdir. Vyetnam müharibəsində antikommunist qüvvələrə qarşı vuruşmuşdular. Nəhayət, bu termin Laos kommunistlərinin ümumi adı olmuşdur. Hərəkata hərbi yardımın ən mühüm mənbəyi Çin idi. Mao Tszedunun əmri ilə Xalq Azadlıq Ordusu onları 115,000 silah, 920,000 qumbara və 170,000,000 güllə təmin etmin, 700-dən çox hərbi zabitinə təlim keçmişdir. "Patet Lao"nun "Laos Vətənpərvər Cəbhəsi" (laos Neo Lao Hak Xat) adlı siyasi qanadı 1956-cı ildən başlayaraq çoxsaylı koalisiya hökumətlərində xidmət xidmət etmişdir. 1960–1970-ci illərdə "Patet Lao" Laosda vətəndaş müharibəsi dövründə kral hökuməti ilə vuruşmuşdur.
Aprite le finestre
Aprite le finestre (azərb. Pəncərələri açın‎)— İtaliyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Franka Raymondi italyan dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil. Mahnının sözləri Pino Perottiyə, musiqisi isə Vircilio Panzutiyə məxsusdur.
Baritəh (Sərdəşt)
Baritəh (fars. بريته‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (24 ailə).