Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parkinsonizm
Parkinsonizm — kliniki sindrom olub , özünü tremor, bradikineziya, rigidlik və postural dayanıqsızlıqla büruzə verir.
Tikanlı parkinsoniya
Şimali Amerika, Aşağı Kaliforniya, Şimali Meksikada çay vadilərində, rütubətli torpaqlarda bitir. Hündürlüyü 9 metr, gövdəsinin diametri 30 sm olan həmişəyaşıl, hamar, nazik qabıqlı, adi və ya üç bölümlü tikanları olan gözəl çətirli ağacdır. Uc budaqları əyri və sallaqdır. Zoğları tüklü, cavan budaqları sarımtıl-yaşıl, boz və ya açıq sarı rənglidir. Yarpaqları 20-45 sm uzunluğunda, açıq yaşıl rəngli, çılpaqdır. Çiçəkləri cavan zoğlarda əmələ gəlir, açıq sarı rəngli, solğun və ətirlidir. Kasacığı çılpaq, çox qısa borulu və 5 uzunsov dilimlidir. Ləçəkləri 9-26 mm uzunluğunda, dəyirmi və ya yumurtavari, üst ləçəkləri içəri tərəfdən qaidə hissədən qırmızı lələklidir. Erkəkcikləri tacdan qısa, ağızcığı tükcüklüdür. May ayında çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir.