Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maronitlər
Maruni Kilsəsi (ərəb. الكنيسة المارونيّة‎; lat. Ecclesia Maronitarum), və ya rəsmi adı ilə Əntakiyə Süryani Maruni Kilsəsi (ərəb. الكنيسة الأنطاكية السريانية المارونية‎; süry. ܥܕܬܐ ܣܘܪܝܝܬܐ ܡܪܘܢܝܬܐ ܕܐܢܛܝܘܟܝܐ) qədim xristian kilsəsidir, patriarxlıq statusuna sahib olan altı Şərqi Katolik kilsəsindən biridir. Tarixi kilsə icmalarının əksəriyyəti Suriyada və Kiprdə olduğu kimi Livanda da yerləşir. Marunilərin Livandan davamlı mühacirəti son illərdə Argentina, Braziliya, Amerika Birləşmiş Ştatları, Meksika, Avstraliya və digər əyalətlər və ölkələrin diasporalarında icmaların yaranmasına səbəb oldu. == Tarix == Livan Marunilərinin tarixi IV əsrin sonlarında, bir qrup şagirdin Müqəddəs Marun ətrafında toplandığı vaxtdan başlayır. Daha sonra Hələbdən Əntakiyəyə qədər bir yolda bir monastır inşa etdilər. V-VI əsrlərdə Mübarək Kirskinin Teodoretinin teoloji məktəbini qurduğu monastır, Xalkidon Kilsə Məclisinin xristologiya təlimini dəstəkləyərək Monofizitlərə və Miafizitlərə qətiyyətlə qarşı çıxdı.
Taronitlər
Taronitlər (yun. Ταρωνίτης), Torniklər (gürc. თორნიკე) və ya Taronikyanlar (erm. Թոռնիկյանների ) — gürcü və erməni əsilli Bizans zadəgan ailəsi. == Tarixi == Ailənin əsası Taron çarlığının knyazları olan Qreqori və Baqrat qardaşları tərəfindən qoyulmuşdur. Onlar 968-ci ildə çarlığın ərazilərini mülk və yüksək vəzifə əvəzində Bizans imperiyasına verir. Feodor Monomaxın həyat yoldaşı və IX Konstantinin anası Tornik ailəsindən idi.Ailə X əsrin axırları və XI əsrin əvvəllərində hərbi aristokratiyada əhəmiyyətli yer tutmuşdur. Ailə XII əsrdə mülki bürokratlar olmuş və Konstantinopol şəhərində yüksək dövlət vəzifələrini tutmuşdur. Ailə Dördüncü Səlib yürüşü zamanı, 1204-cü ildə Konstantinopol şəhərinin yağmalanmasından sonra təsirini sonra itirmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Şeyn, Jan-Klod.