Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siyasi partiyalar
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. == Quruluş == Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.
Azadlıq Siyasi Partiyalar Bloku
Azadlıq Bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində müxalifət siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Demokrat Partiyaları tərəfindən təşkil olunmuşdur. 2006-cı ildə Müsavat Partiyası bloku tərk etmişdir. Sonralar Azərbaycan Liberal və Vətəndaş və İnkişaf partiyaları da bloka daxil olmuşlar. 2012-ci ildə blokun buraxıldığı deyildi.
Bizim Azərbaycan Siyasi Partiyalar Bloku
Bizim Azərbaycan bloku - Azərbaycanda siyasi partiyalar ittifaqı. 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. == Haqqında == Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk öncə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir. Bloka 29 siyasi partiya və 67 ictimai təşkilat daxil olub. Blok 2003-cü il prezident seçkilərində İsa Qəmbəri dəstəkləyib. Blokun vahid namizədi İsa Qəmbər seçkidə 338 145 seçicinin səsini toplayaraq, 14 %-lə II yeri tutmuşdur. Lakin blok seçkilərin kütləvi saxtalaşdırıldığını iddia etmiş və nəticələri tanımamışdır. 15-16 oktyabr 2003-cü ildə seçki nəticələrinə etiraz etmək məqsədilə Azadlıq meydanında keçirilən icazəsiz mitinqlərdən sonra isə bloka daxil olan bir çox siyasi partiya rəhbərləri və mitinq iştirakçıları həbs olunmuşdur. 19 noyabr 2005-ci ildə bloka üzv olan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı İsa Qəmbəri müdafiə etməyəcəklərini söyləmişdir.
Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi
Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi — 1887-1991 illərə aid 4834 fond üzrə 1119972 iş saxlanılır. == Tarixi == 1991-ci ilin axırlarında Azərbaycan Kommunist Partiyasının ləğvi ilə əlaqadar olaraq, 1928-ci ilin sonundan fəaliyyət göstərən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Tarixi İnstitutunun (son adı Azərbaycan KP MK'-nın Tarixi-Siyasi Tədqiqatİnstitutu) Partiya Arxivi vo İnstitutun əsaslı kitabxanası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin sərəncamına verilmişdir. Ləğv olunmuş Partiya Tarixi İnstitutu Partiya Arxivində mühafizə olunan sənədlərin tarix üçün əhəmiyyətini nəzərə alaraq, habelə respublikada gələcəkdə yaranacaq siyasi partiyalar və ictimai hərəkat təşkilatlarının sənədlərinin təlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 1991 il dekabr ayının 18-də Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Arxivini yaratmaq haqqında qərar qəbul etmişdir. 1994 ildən Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi adlanır. Bakıdadır. Arxivdə 1887-1991 illərə aid 4834 fond üzrə 1119972 iş saxlanılır. Bu sənədlər təkcə Azərbaycanda deyil, o cümlədən, Qafqazda Yaxın Şərqdə milli azadlıq hərəkatlarını, sinfi mübarizə tarixini, eləcə də Azərbaycanın 19 əsrin ikinci yarısından 1991 ilə qədərki ictimai, siyasi, iqtisadi və mədəni həyatın əks etdirir. == Haqqında == Arxivdə Qafqazda, xüsusilə Bakıda 1898-1914 illərdə sosial-demokratik hərəkat, 1905-1907 illər rus inqilabı Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Bakı Komitəsi", "Hümmət" və “Ədalət” partiyaları, 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayı, eləcə də İran, Türkiyə, Əfqanıstanda o dövrdə baş vermiş siyasi hadisələr haqqında zəngin materiallar qorunur. Onların arasında 20 əsrin əvvəllərində Bakıda gizli inqilabi fəaliyyət göstərmiş Lado Ketsxoveli, İosif Stalin, Serqo Orconikidze, Məşədi Əzizbəyov, İvan Fioletov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev və başqalarının həyat və fəaliyyətinə aid çoxsaylı sənəd və materiallar var. Arxivdə Azərbaycan Kommunist Partiyasının yaranmasından onun ləğvinə qədərki fəaliyyəti dövründə keçirdiyi qurultay, konfrans və partiya fəalları yığıncaqlarının, Mərkəzi Komitə plenumlarının, büro və katibliyin iclaslarının stenoqrafik hesabatları, protokolları, qərarları və s.