MƏXSUS

i. 1. special, particular; 2. particular (to), inherent (in); 3. belonging; ona ~ yumorla with the humour characteristic of him / her; ~ olmaq to belong to; Bu kitab mənə məxsusdur This book belongs to me

MƏXRƏC
MƏXSUSƏN
OBASTAN VİKİ
Dövlətə məxsus müəssisə
Dövlətə məxsus müəssisə (DMM) anlayışı dövlətdən dövlətə dəyişir, bununla birgə ümumi olaraq xalqa məxsus olan mənbələrdən istifadə etmək yolu ilə, iqtisadi məkanda fəaliyyət göstərən Dövlət Qurumlarını bildirir. Beynəlxalq ədəbiyyatda dövlət şirkəti olaraq keçən bu anlayış, sahibi olan hökumət adına ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxsi bildirir. Şirkətlərin hüquqi vəziyyəti hökumətin bir hissəsi olma və ya dövlətin önəmli bir səhmdarı olduğu səhmdar cəmiyyətlər arasında dəyişir. Dövlətə məxsus şirkətlər, əsasəndə dəmir yolları və telekommunikasiya, strateji mal və xidmətlər (poçt, silahlar), təbii ehtiyatlar və enerji, siyasi cəhətdən həssas olan iş, mətbuat, alkoqol və tütün məhsulları, tibb ilə bağlı olan məhsullar kimi təbii inhisar və infrastruktur sahələrində yayılmışdır.
Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması (2020)
Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması — 9 noyabr 2020-ci il tarixində Rusiyanın Mi-24 hücum helikopteri (NATO kod adı: "Hind") Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı vurulur. Helikopter daşınabilən hava hücumundan müdafiə sistemi ilə yerdən açılan atəş nəticəsində Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda vurulur. Ekipaj üzvlərindən ikisi ölür, biri isə yaralanır. Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib, atışmanın səhvən baş verdiyini və bununla bağlı təzminat təklif edib. Hadisə Ermənistan tərəfindən dəstəklənən, lakin Azərbaycanın de-yure ərazisi olan, öz müstəqilliyini elan etmiş, lakin tanınmamış Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən faktiki olaraq nəzarət edilən mübahisəli Dağlıq Qarabağ bölgəsi üzərində başlanan müharibə zamanı baş verir. 8 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Şuşa üzərində nəzarəti ələ keçirir. Nəticədə Şuşanın azad edilməsindən sonra Azərbaycan Ordusunun Xankəndini ələ keçirməsi artıq an məsələsi olur. 9 noyabr 2020-ci il tarixində, Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda və Dağlıq Qarabağdan 70 kilometr (43 mil) məsafədə daşınabilən hava hücumundan müdafiə sistemindən atılan atəş nəticəsində helikopter vurulur. Helikopter Gümrüdəki 102-ci Rusiya hərbi bazasının konvoyunu müşayiət etdiyi bildirilir. Qısa müddət sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən vuruşun təsadüfən baş verdiyini bildirərək Rusiyaydan üzr istədiyini və təzminat ödəməyə hazır olduğunu bildirərək hücuma görə məsuliyyəti öz üzərinə götürür.
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması (kor. 대한항공 YS-11기 납북 사건) — 1969-cu ilin 11 dekabr tarixində Koreya Hava Yollarına məxsus YS-11 tipli sərnişin təyyarəsinin qaçırılması hadisəsi. Cənubi Koreyanın şimal-şərqində yerləşən Qanvon əyalətindəki Qanqunenq aerodromundan havalanan təyyarənin ölkə paytaxtı Seul şəhərinə uçması planlaşdırılmışdı. Hava gəmisi səmaya qalxandan 10 dəqiqə sonra təyyarəyə gizli şəkildə daxil olmuş Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşı Cho Ch'ang-hŭi (조창희). tərəfindən qaçırılmışdır. Kabinə daxil olaraq hava gəmisini ələ keçirən Ço Çanq pilotlardan təyyarəni Şimali Koreyaya doğru istiqamətləndirməyi əmr edir. Yerli vaxtla saat günorta 1:18-də təyyarə Şimali Koreyanın şərq sahilində yerləşən liman şəhəri və hərbi dəniz bazası olan Vonsan şəhərinin hərbi aerodromuna endirilmişdir. Təyyarəni qaçıran Ço Çanqdan başqa təyyarə pilotlarda daxil olmaqla 46 nəfərdən ibarət idi. Hadisədən 2 ay sonra 39 sərnişin Cənubi Koreyaya təhvil verilmişdir. YS-11 idarə edən 4 nəfərlik ekipaj və digər 7 sərnişinin talehləri bu günə qədər naməlum olaraq qalmaqdadır.
Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid və dini abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir === Dini abidələr === == A == Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. == Ə == Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi == D == Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. == G == Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. == X == Xudabəndə məscidi == H == Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. == N == Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. == R == Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. == S == Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Qafqaz və Merkuri Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi (film, 1898)
Qafqaz və Merkuri cəmiyyətinin paroxodunun limandan yola düşməsi — Aleksandr Mişon tərəfindən çəkilmiş, Azərbaycan kinosunun ilk filmlərindən biri. Film 1898-ci ilin yayında yayımlanıb. İnformatik xəbər janrında çəkilmiş kinosüjet paroxodun Bakı limanından yola düşməsini və dənizin qoynunda necə uzaqlaşdığını əks etdirir. Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir. Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Təşkilat-i Məxsusa
Təşkilati Məxsusə (osman. تشکیلات مخصوصه, Teşkilât-ı Mahsusa) — Osmanlı imperiyasında hərbiləşdirilmiş gizli polis təşkilatı. İlk növbədə Hərbiyyə Nazirliyinin nəzdində təşkil edilən təşkilat 1915-ci ilin fevralında birbaşa İttihad və Tərəqqi təşkilatına cavabdehlik daşımağa başlamışdır. Bahaəddin Şakir və Nazım bəyin rəhbərlik etdiyi təşkilat 1914-cü ilin əvvəllərində tayfa üzvlərindən (xüsusilə də çərkəz və kürdlərdən), eləcə də dövlətə xidmət edəcəkləri üçün azadlığa buraxılma şansı təqdim edilən 10,000-dən çox məhkum edilmiş cinayətkar ibarət idi. Bu, nizamlı ordudan müstəqil, dinc əhaliyə hücum etmək üçün istifadə edilə bilən bir qüvvə kimi formalaşmışdı.
Təşkilati Məxsusə
Təşkilati Məxsusə (osman. تشکیلات مخصوصه, Teşkilât-ı Mahsusa) — Osmanlı imperiyasında hərbiləşdirilmiş gizli polis təşkilatı. İlk növbədə Hərbiyyə Nazirliyinin nəzdində təşkil edilən təşkilat 1915-ci ilin fevralında birbaşa İttihad və Tərəqqi təşkilatına cavabdehlik daşımağa başlamışdır. Bahaəddin Şakir və Nazım bəyin rəhbərlik etdiyi təşkilat 1914-cü ilin əvvəllərində tayfa üzvlərindən (xüsusilə də çərkəz və kürdlərdən), eləcə də dövlətə xidmət edəcəkləri üçün azadlığa buraxılma şansı təqdim edilən 10,000-dən çox məhkum edilmiş cinayətkar ibarət idi. Bu, nizamlı ordudan müstəqil, dinc əhaliyə hücum etmək üçün istifadə edilə bilən bir qüvvə kimi formalaşmışdı.

Значение слова в других словарях