Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peyvəstə Qadınəfəndi
Peyvəstə Qadınəfəndi (10 may 1873, Pisunda – 1944, Paris) — 34. Osmanlı sultanı II Əbdülhəmidin onuncu xanımı. Əslən abxaz olan Peyvəstə xanımın əsl adı Rabiyədir. Sultan Muradın son xanımlarından Filiztən xanımın dayısı qızıdır. Ailəsi 1877–1878 Rus-Osmanlı müharibəsi səbəbilə Osmanlı torpaqlarına köç etmiş, kiçik Rabiyə isə Osmanlı sarayına təslim edildi. Sarayda Sultan Əbdülhəmidin ilk xanımı Nazikəda xanımın xidmətinə verilən rabiyənin adı dəyişdirildi və Peyvəstə qoyuldu. Çox keçmədən Sultan Əbdülhəmidin diqqətini cəlb etdi və cütlük 24 yanvar 1893-cü ildə Ulduz sarayında evləndi. Bir il sonra yeganə övladı olan Şahzadə Əbdürrəhim Hayri Əfəndini dünyaya gətirdi. Ancaq çox keçmədən Sultan Əbdülhəmid növbəti xanımıyla evləndi və Peyvəstə xanım gözdən düşdü. Padşahın digər xanımı Sazkar xanımla yaxın dost olan Peyvəstə xanım övladının tərbiyəsi ilə məşğul olmağa başladı.
Şayəstə Qadınəfəndi
Şayəstə Qadınəfəndi (1838, Suxumi – 11 fevral 1912, Konstantinopol) — 31. Osmanlı sultanı Əbdülməcidin on yeddinci xanımı. Şayəstə xanım 1838-ci ildə Abxaziyanın Suxumi bölgəsində dünyaya gəlmişdir. Atası abxaz əsilli Tataş bəy İnalpa, anası isə onun xanımı Saray xanım idi. Valideynlərini erkən yaşda itirən Şayəstə xanım və bacısı Fatma Mihrifələk xanım əmisi tərəfindən İstanbula gətirildi və Osmanlı sarayındakı həmyerlisinə təhvil verildi. Burada əsl türk-İslam tərbiyəsi alan bacılar gənclik illərini Topqapı sarayının hərəmində keçirdi. 14 yaşına çatan Şayəstə xanım 1852-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Evləndikdən bir il sonra oğlu Abdullah Əfəndini dünyaya gətirsə də, şahzadə 9 yaşında vəfat etdi. 1856-cı ildə o, ikinci övladı Nailə Sultanı dünyaya gətirdi. Övladlarının dünyaya gəlişindən sonra məsrəflərini artıran Şayəstə xanım bu həyat tərzini 1861-ci ildə ərini itirdikdən sonra da davam etdirdi.