Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
PDF
PDF,(Portable Document Format; Daşına bilər Sənəd Formatı), "Adobe" şirkəti tərəfindən 1992-ci ildə yayımlanan platformalar arasında daşına bilən və yazdırıla bilən sənədlər yaratmaq məqsədiylə çıxarılmış ədədi bir fayl formasıdır. Bir çox platforma üçün pulsuz görüntüləyicilər olması səbəbindən PDF yazdırılabilir və təşkil edilməsi gözlənilməyən sənədlərin paylanması üçün istifadə olunur. == Xarici keçidlər == Adobe PDF 101: Quick overview of PDF Arxivləşdirilib 2010-10-07 at the Wayback Machine Adobe: PostScript vs. PDF – Official introductory comparison of PS, EPS vs. PDF. PDF Standards....transitioning the PDF specification from a de facto standard to a de jure standard Arxivləşdirilib 2011-04-24 at the Wayback Machine – Information about PDF/E and PDF/UA specification for accessible documents file format ISO 19005-1:2005 Document of the PDF/A-1 Standard at the International Organization for Standardization (chargeable) PDF Reference Latest PDF version specification (including free version of the ISO standard) Books: PDF 1.6 (ISBN 0-321-30474-8), PDF 1.4 (ISBN 0-201-75839-3), PDF 1.3 (ISBN 0-201-61588-6) Portable Document Format: An Introduction for Programmers – Quick one-page intro to PDF vs.
ADF
Azərbaycan Demokrat Firqəsi (fars. حکومت ملی آذربایجان‎, rus. Азербайджанское народное правительство) — 1945-ci ilin noyabr ayında SSRİ-nin dəstəyi ilə İranın Şərqi Azərbaycan ostanında yaradılmış Azərbaycan dövləti. ADF-nin rəhbəri Seyid Cəfər Pişəvəri olmuşdur. Azərbaycan Demokrat Firqəsi SSRİ-nin dəstəyini cəkməsi nəticəsində dağılmışdır. == ADF ilə Mahabad Cümhuriyyət arasında olan münasibətlər == 3 may, 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə Mahabad Cümhuriyyəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən: Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər. Hər iki hökumətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi. Lazım olanda hər iki hökumət bir-birlərinə hərbi yardım göstərməli idilər. Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Mahabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
IDF
IDF (Inverse Document Frequency - sözün sənəd üzrə tezliyi) – sözün bütün sənədlər kolleksiyasında rastgəlmə tezliyi. İnteqral sxem – altlığın səthində və (və ya) həcmində bir – birindən ayrılmaz şəkildə hazırlanmış elementlər və elementlərarası əlaqələrdən ibarət olub müəyyən elektron sxem funksiyasını tam və ya qismən yerinə yetirən elektron məmulat. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
PDA
Peridural anesteziya, epidural anesteziya (yun. περί — ətrafına, dövrəsinə, əhatəsinə; yun. επί — səth, üst lat. dura mater — sərt qişa; yun. αἶσθησις) qısa olaraq PDA regional anesteziyanın bir növü. == Tarixi == 1931 ildə Doqliotti peridural boşluğu əldə etməyin "müqavimətin itməsi" metodunu tətbiq etmişdir. 1933 ildə isə Qutierrez peridural boşluğu əldə etməyin "asılmış damcı" metodunu tətbiq etmişdir. 1945 ildən peridual boşluğun kateterizasiyası üçün Tuohy — iynəsi tətbiq edilməyə başlanılmışdır. 1949 ildə Çurbelo ilk dəfə olaraq fasiləsiz peridural anesteziya metodunu tətbiq etmişdir. == Anatomiya == Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat.
PDM
Piyadanın döyüş maşını (PDM) — zirehli döyüş maşınlarının bir növü olub, müharibə zamanı piyada qoşunun birbaşa döyüş zonasına təhlükəsiz çatdırılması və digər qoşun növlərinə atəş dəstəyi vermək məqsədilə yaradılmışdır. Bu texnikalar əsasən 20 və ya 40 mm-lik avtomatik top, köməkçi silah olaraq isə müxtəlif növ pulemyotla, həmçinin tank əleyhinə idarəolunan raketlə (TƏİR) təchiz olunur. PDM əsas döyüş tankına nisbətən daha yüngül silahlarla təchiz olunur. Ən ağır silahlanmış PDM-lər isə daha böyük kalibrli top və ya TƏİR-lə təchiz olunur.
K21 (PDM)
K21 (K300) — Cənubi Koreya istehaslı olan müasir piyada döyüş maşını . Xidmətdə olan K200 PDM-nin əvəz edilməsi üçun yaradılıb. == Konstruksiyası == === Zireh === K21 maşınlarının gövdə və qülləsinin əsas quruluşu, alüminium zireh və üzərində seramik/fiberşüşə birləşmiş zireh təbəqəsi olan zirehdən hazırlanmışdır. Maşın hazırlanarkən, K21-in əsas düşməni olaraq Rusiya istehaslı olan BMP-3 göturulub. K21-nin ön hissəsi xarici polad lövhəyə malikdir və tələblərə uyğun olaraq "2A72" və "2A42" silahlarının və "Kerner" markalı olan 30 mm güllələrə qarşı davamlıdır. Maşının yan və arxa tərəfləri isə 14,5 mm zireh deşici gülləyə qarşı dözumludur. Maşının üs tərəfi isə, 10 metr məsafədə partlayan 152 mm-lik artilleriya mərmilərinə qarşı dayanıqlıdır. Zirehli qüllənin ön hissəsinin cihazı ayrılma ilə hazırlanır və ön maneə təxminən 50 mm qalınlığında, müvafiq bağlama ilə qala gövdəsinin əsas zirehindən aralanır. === Silahlanma === K-21 maşınları, S&T Dynamics (Bofors L70 lisenziyalı istehsalı) tərəfindən istehsal olunan 40 mm-lik K40 topu ilə silahlanıb. Topun zireh dağıtma gücu, ən azı 100 mm / 60 ° / 1500 m bir göstərici ilə, demək olar ki bütün müasir piyada döyüş maşınlarını sıradan çıxarmağa və müsair döyuş tanklarının yan zirehini dağıtmağa kifayət edir.
PDA (dəqiqləşdirmə)
PDA — Peridural anesteziya. PDA (cib kompüteri) — cib kompüteri.
PDX FK
PDX FK — ABŞ-nin Oreqon ştatının Portlend şəhərini təmsil edən həvəskar futbol klubudur. Klub hal-hazırda Milli Premyer Futbol Liqasının Şimal-qərb Konferensiyasının iştirakçı komandalarından biridir. == Tarixi == Ozark FK klubu 13 fevral 2017-ci ildə Luk və Maks Babson tərəfindən təsis edilmişdir. Hal-hazırda Milli Premyer Futbol Liqasının Şimal-qərb Konferensiyasında mübarizə aparır.
Ratel (PDM)
"Ratel" ("ratel" — bal porsuğu) — 1968-ci ildə Cənubi Afrika şirkəti Sandock-Austral tərəfindən yaradılmış piyadanın döyüş maşını. Gövdəsi 6 ilə 20 mm qalınlığında olan polad zireh plitələrindən hazırlanır. Zirehli gövdənin alt hissəsi V-şəkillidir.
Tulpar PDM
Tulpar PDM — Türkiyə istehsalı olan piyadanın döyüş maşınıdır. Döyüş maşını adını Manas dastanındakı döyüşçüləri qoruyan əfsanəvi atdan almışdır. Şirkət bildirir ki, “Tulpar” XXI əsrin tələbləri çərçivəsində tanklar ilə birlikdə tapşırıqları icra edə biləcək. == Etimologiyası == "Tulpar" qədim türk mifologiyasında döyüşçüləri qoruyan "uçan at" mənasını daşıyır. Sonradan yunanlar da bu addan bənzər əfsanələrində istifadə ediblər. Bu adın seçilməsində məqsədin zirehli birliklərin "qoruyucu uçan ata" sahib olmasının vacibliyini vurğulamaqdan ibarət olduğu ehtimal edilir. Qırğızıstan da bu adda minik avtomobili istehsal edir. == Taktiki texniki xüsusiyyətləri == "Tulpar" çoxməqsədli zirehli döyüş maşını kateqoriyasına aiddir. Onun yüngül tank, piyada döyüş maşını, personal daşıyıcısı, idarəetmə, kəşfiyyat, axtarış-xilasetmə, raket atıcı qurğusu, sanitar maşını, HHM və ya tank əleyhinə vasitə kimi hazırlanması mümkündür. Zirehli vasitə üzmə xüsusiyyətlərinə də malikdir.
.pf
.pf — Fransa Polineziyasının internet kodu.
PDA (cib kompüteri)
PDA — (ing. Personal Digital Assistant, PDA — "fərdi cib kompüteri") —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur. Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur. Klassik PDA-da zəng etmək xidməti yoxdur. Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində "cib kompüteri" söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinfini ifadə etmir. İngilis dilində bu tip qurğuların bütün sinfi üçün PDA abreviaturu istifadə olunur. == Tarixi == PDA ixitirasının dəqiq tarixi məlum deyil. Ancaq onu demək olar ki, cib kompüterləri ideyası 1970–1990-cı illərdə meydana gəlmişdir. ilk illərdə yalnız proqramlaşdırılan kalkulyatorlardan ibarət olan PDA daha sonralar videoya baxmağa və internetə girməyə imkan verən rəngli PDA qurğuları ilə əvəz olunmuşdur.
Df (Unix)
df - Unix və Unix bazalı əməliyyat sistemlərində komanda. df disk free sözünün qısaltmasıdır.
PD Ceyms
PD Ceyms (1920 - 2014) — ingilis yazıçısı. == Həyatı == Ceyms 1920-ci il avqust ayının 3-ü Oksfordda dünyaya gəlib. Yazıçı 1979-ci ilə qədər Daxili İşlər Nazirliyində çalışıb. 1962-ci ildə, 42 yaşında olan yazıçı “Cover Her Face” kitabını yazır və tənqidçilər tərəfindən bəyənilir. Yaratdığı detektiv Adam “Delqliş” obrazı ilə dünyada şöhrət qazanan Ceymsin əsərlərinin bir qismi ekranlaşdırılıb. Onun 1992-ci il tarixli “The Children of Men” romanı əsasında 2006-cı ildə rejissor Alfonso Kuaron tərəfindən film çəkilib. Filmdə baş rolları Kliv Oven və Culianna Mur oynayıb. Ceymsin əsərləri bir çox dillərə çevrilib. 94 yaşlı PD Ceyms İngiltərənin Oksford şəhərində vəfat edib.
DF-11 aşqarı
ДФ-11 aşqarı - İzobutil və 2-etilheksil spirtlərinin əsasında alınan dialkilditiofosfatın Zn duzunun mineral yağda 50%-li məhluludur. == Tətbiqi == ДФ-11 aşqarı – maşın yağlarının tərkibində olan yuyucu, disperedici və neytrallaşdırıcı aşqarlarla birlikdə tətbiq olunur. Bu aşqar benzin və dizel mühərriklərində gedən yeyilmə və oksidləşmə proseslərinə nəzarəti təmin edir. Xüsusən, güclü üfürmə ilə işləyən dizel mühərriklərində daha effektiv təsirə malikdir. Tətbiqdə miqdarı: 1,0-2,5 kütlə/% == Fiziki-kimyəvi göstəriciləri == Kinematik özlülük 1000C,mm2/s - 5-10 Alışma temperaturu açıq putada,0C - 170 Aktiv elementlərin miqdarı: Fosfor, kütlə/% - 4,4-4,9 Sink, kütlə/% - 5,0-5,6 == ДФ-11 aşqarının təsir mexanizmi == Dialkilditiofosfatın Zn duzları yağların yağlayıcı xassələrini yaxşılaşdırmaqla bərabər, oksidləşmə və korrozioyanın əmələ gəlməsinin də qarşısını alır. (ABŞ Patenti 3234270). Polad detalları korroziyadan qorumaq üçün motor yağlarının komposiyalarına bu duzları əlavə etmək tövsiyə olunur. Kompozisiyaların tərkibinə sink naftenat, etilenoksidin aminlərlə kondensasiya məhsulu və fosfor tərkibli karbohidrogen (axırıncı - yuyucu aşqar kimi) daxildir. Metalların ditiofosfat duzlarının xüsusiyyəti ondan ibarətdir ki, bu birləşmələr və onların terniki çevrilməsi nətcəsində alınan məhsullar karbohidrogenlərin oksidləşmə məhsulları ilə qarşılıqlı təsirə girir və nəticədə yeni, oksidləşməyə qarşı xassələrə malik maddələr əmələ gəlir. Dialkilditiofosfatların bəzi metall duzlarının oksidləşməyə qarşı xassələrə malik olduğu onların kimyəvi çevrilməsi nəticəsində alınan aralıq məhsulların əmələ gəlməsi ilə əlaqəlidir.
.edu
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər;Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: {{ {{{1}}}| miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
3DO
3DO Interactive Multiplayer (və ya sadəcə 3DO) — 1993–1996-cı illərdə "Panasonic", "Sanyo", "Creative Technology" və "GoldStar" tərəfindən istehsal edilmiş videooyun konsolu. Konsol "The 3DO Company" şirkətinin texniki tələbləri əsasında istehsal olunmuşdur və ilk növbədə "New Technologies Group" işçiləri olan Deyv Nidl ilə Robert Cey Mikal tərəfindən tərtib edilmişdir. Konsolun yaradılması ideyası "Electronic Arts" korporasiyasının qurucusu Trip Hokinsə məxsusdur.Fəal marketinq kampaniyası və yeni texnologiyaların istifadəsinə baxmayaraq, konsolun qiyməti, "Sega" və "Nintendo" kimi nəhəng şirkətlərin fəaliyyəti və konsol bazarının həddən artıq məhsulla təmin olunması onun uğursuz olmasına gətirib çıxarmışdır. == Modellər == Panasonic FZ-1 R.E.A.L. 3DO Interactive Multiplayer. Panasonic FZ-10 R.E.A.L. 3DO Interactive Multiplayer. Goldstar 3DO Interactive Multiplayer. Goldstar 3DO ALIVE II . Sanyo TRY 3DO Interactive Multiplayer. Creative 3DO BLASTER. Panasonic ROBO Hotel Unit. SAMSUNG 3DO PLAYER. === Emulyatorlar === PhoenixEmuProject.
4DX
4DX — Cənubi Koreya kinoteatrlar şəbəkəsi CJ CGV-nin törəmə şirkəti olan CJ 4DPlex tərəfindən hazırlanmış 4D film formatı. Bu, filmləri hərəkətli oturacaqlar, külək, strob işıqları, simulyasiya edilmiş qar və qoxular da daxil olmaqla müxtəlif praktik effektlərlə genişlətməyə imkan verir. İlk dəfə 2009-cu ildə bazara çıxarılan bu sistem, filmləri Stereoskopik 3D, həm də Monoskopik 2D formatlarında təqdim edir.
ADP
Azərbaycan Demokrat Partiyası — Azərbaycanda fəaliyyət göstərən siyasi partiya. Adenozin difosfat — kimyəvi maddə.
ADR
Almaniya Demokratik Respublikası — 7 oktyabr 1949 - 3 oktyabr 1990-cı illərdə Almaniyanın şərq hissəsində mövcud olmuş sosialist dövlət. Azərbaycan Demokratik Respublikası — 28 may 1918 - 28 aprel 1920-ci illərdə mövcud olmuş və şərqdə respublika üsul-idarəsinə malik ilk dövlət.
ADU
Azərbaycan Dillər Universiteti və ya qısaca ADU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılmışdır. Lakin xarici dilləri tədris edən milli pedaqoji kadrlar çatışmadığından Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da “Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin təşkil edilməsi haqqında” qərar qəbul etdi. 1937/1938-ci tədris ilində fakültəyə 175 nəfər qəbul edildi: ingilis dilinə 59 nəfər, alman dilinə 92 nəfər, fransız dilinə 24 nəfər. Onlardan 46 nəfəri Azərbaycan bölməsinə, 129 nəfəri rus bölməsinə qəbul olunmuşdu. 1941-ci ildə həmin qəbuldan yalnız 95 nəfəri diplom ala bildi. II Dünya müharibəsi başlandıqdan sonra xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında “Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında” qəbul etdiyi qərar əsasında APİ-nin Xarici dillər fakültəsi 1941/42-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi və həmin il instituta 150 nəfər qəbul edildi. Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq institut yalnız taşkilatlanma prosesini həyata keçirə bildi və XMK-nın əmri ilə sentyabr ayının 1-dən yenidən APİ-nin fakültəsi kimi öz fəaliyyətini davam etdirdi. Müharibədən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə Respublika Maarif Nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. İnstitutun ilk rektoru vəzifəsinə Xarici dillər fakültəsinin məzunu və bir müddət fakültənin müəllimi, sonra isə dekanı işləmiş Heybət Paşayev təyin edildi.
ADY
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb.“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878-1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi. 515 verst uzunluğundakı bu yolun 1883-cü il 8 mayda rəsmi açılışı oldu və həmin gün Tiflisdən çıxan ilk sərnişin qatarı 9 mayda Bakıya çatdı.1883-cü ildə Bakı–Yelizavetpol (Gəncə)-Tiflis magistral dəmir yolu xətti işə salındı.
APDS
Zireh dağıdan sabot mərmi (ingiliscə: Armor piercing discarding sabot — APDS) zirehli hədəfləri məhv etmək üçün yivli lüləli silahlardan atılan kinetik enerji mərmisinin bir növüdür. APDS mərmiləri silahın nominal kalibrindən daha kiçik və fırlanaraq sabitləşən mərmini lülədən çıxan kimi mərmini tərk edən sabotlarla birlikdə daşıyır. Sabot, mərminin lülənin ortasında qalmasını təmin edir və yanan barıtın yaratdığı qazın mərmini itələməsini təmin edir. 1980-ci illərin əvvəllərinə qədər böyük çaplı tank silahlarında geniş şəkildə istifadə olunurdu, lakin bu gün zireh dağıdıcı finlə sabitləşdirilmiş sabot (APFSDS) mərmiləri ilə əvəz edilmişdir. Yivsiz toplarda istifadə olunan mərmilər səthdə sabitlənmiş bir zireh deşən alt mərmini daşıyır. Bununla birlikdə, APDS mərmiləri hələ də kiçik və ya orta çaplı silah sistemlərində geniş yayılmışdır. Müəyyən bir kalibr üçün bu tip sursat, bir silahın zireh nüfuzunu, zireh dağıdıcı (AP), zireh deşən, qapaqlı (APC) və ya zireh deşən, kapüşonlu, ballistik başlı (APCBC) mərmilərlə müqayisədə iki dəfə artırır. Sabotlu yüngül zireh dağıdıcı (SLAP) konsepsiyası bu texnologiyanı kiçik çaplı silahlara tətbiq edir.
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.