Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Benedikt Telinqator
Benedikt Rafailoviç Telinqator (Beno) (1876 – 1964) — Gürcüstanın xalq rəssamı. == Həyatı == Benedikt Rafailoviç Telinqator (Beno) 1876-ci ildə Kiyevda anadan olmuşdur. 1898-ci ilda Odessa Bədii Akademiyasını bitirmiş, Tiflisdə və Bakıda yaşamışdır. Bakıda nəşr olunan "Cigit" (1907–1913), "Zənbur" (1909–1910), "Mirat" (1910), "Kəlniyyət" (1912–1913) adlı satirik jurnalların aparıcı rəssamlarından biri olmuşdur. 1922–1931-ci illərdə "Molla Nəsrəddin" satirik jurnalı ilə əməkdaşlıq etmişdir. Bu jurnalların səhifələrində yüzlərlə satirik rəsim va karikaturalari ilə çıxış etmişdir. B.Telinqator Azərbaycan karikatura sənətinin formalaşmasında və inkişafında müstəsna xidmətləri olmuşdur. Gürcüstanın xalq rəssamı B.Telinqator 1964-cü ildə Gürcüstanın Batumi şəhərində vəfat etmişdir.