Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dr Pepper
Dr Pepper — Dr Pepper Snapple Group, daha sonra Keurig Dr Pepperin sahibi olduğu, 1880-ci illərdə Çarlz Alderton tərəfindən istehsal edilən içki. İlk dəfə 1885-ci ildə satışa təqdim olunmuşdur. Rəngi Coca Cola ilə bənzərlik göstərir. Kalori dəyəri 150-dir. İçki 1880-ci illərdə Vako, Texasda əczaçı Çarlz Alderton tərəfindən yaradılmış və ilk olaraq 1885-ci ildə satışa təqdim edilmişdir. Dr Pepper ilk dəfə 1904-cü ildə Amerika Birləşmiş Ştatlarında satılıb və hazırda Avropa, Asiya, Şimali Amerika və Cənubi Amerikada da satılır. Avstraliyadan yanaşı, Yeni Zelandiya və Cənubi Afrikaya idxal edilən bir məhsuldur. == Adının tarixi == İçki adının kökləri haqqında nəzəriyyələr boldur. Adın seçilməsinin əsas səbəbi, içkinin yaradılması zamanı məşhur olan, sağlam olduğu təsəvvürünü çatdırmaq üçün məhsul adlarına Dr. daxil edilməsidir.
Red Hot Chili Peppers
Red Hot Chili Peppers — alternativ rok, fank-rok, rap-rok stillərində oxuyan ABŞ rok qrupu. Qrup 1983-cü ildə 4 yaxın dost tərəfindən təşkil olunub. Qrupun təşkilatçıları olan 4 yaxın dostun hər biri Fairfax High School ali məktəbində tanış olmuşdular. Hillel Slovak, Entoni Kidis, Fli və Cek Ayrons birlikdə yığışaraq Rhythm Lounge-da olacaq çıxışlarına hazırlaşırdılar. Onlar burda yalnız "Out in L.A." adlı mahnılarını ifa etdilər və bu mahnı onların sonraki canlı konsertlərində açılış mahnısı kimi istifadə olunurdu. Hillel Slovak 1988-ci ildə vəfat edir. Onun ölümündən sonra Cek Ayrons qrupu tərk edir. Sonradan o, Pearl Jam qrupuna üzv olur. Entoni və Fli qrupun fəaliyyətini davam etdirmək qərarına gəlir və qrup üçün yeni üzvlər axtarırlar. Qrupa 18 yaşlı və çox istedadlı gitarist Con Fruşante və təcrübəli zərbçi Çad Smit qoşulurlar.
Red Hot Chili Peppers (albom)
Red Hot Chili Peppers — Red Hot Chili Peppersnın ilk studiya albomudur. Onların musiqisi alternativ rok, funk, punk rock və psychedelic rock elementlərini özündə cəmləşdirir. 10 avqust 1984 tarixində yayımlanan albom, EMI etiketi ilə satışa buraxılmışdır.
Sgt. Pepper's Lonely Hearts Club Band
Sgt. Pepper's Lonely Hearts Club Band — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu. "Sgt. Pepper's Lonely Hearts Club Band" – 2:04 "With a Little Help from My Friends" – 2:46 "Lucy In the Sky with Diamonds" – 3:07 "Getting Better" – 2:49 "Fixing a Hole" – 2:38 "She's Leaving Home" – 3:37 "Being for the Benefit of Mr. Kite!" – 2:39 "Within You Without You" – 5:07 "When I'm Sixty-Four" – 2:37 "Lovely Rita" – 2:44 "Good Morning Good Morning" – 2:43 "Sgt. Pepper's Lonely Hearts Club Band (Reprise)" – 1:20 "A Day in the Life" – 5:33 Sgt.
Monteneqro perperi
Monteneqro perperi (serb. Црногорски перпер) — Monteneqro knyazlığı və sonradan krallığın dövlət valyutası. Adı Serbiya perperindən gəlir, hansı ki Serbiya çarlığının pul vahidi idi, Monteneqro dövlət olaraq özünü bu çarlığın varisi hesab edirdi. Perper 100 paradan ibarət idi. Perperin tətbiqindən əvvəl, Monteneqroda avstriya-macar kronu, türk lirəsi, fransız frankı və digər valyutalar dövriyyədə idilər. 1851-ci ildə perun adlı öz valyutanın tətbiqi təklif edildi, lakin II Pyotrun ölümü səbəbiylə istək yerinə yetirilmədi. 1906-cı ildə 1, 2, 10 və 20 para dəyərində sikkələr buraxıldı. 1 və 2 para sikkələri tunc, 10 və 20 para isə nikeldən hazırlanırdı. 4 may 1909-cu ildə şahzadə I Nikolanın fərmanı ilə perper adlı milli pulun tətbiq olunduğu elan edildi. Elə həmin ildə 1 və 5 perper sikkələri zərb olundu.
Seymur Peypert
Seymur Peypert (ing. Seymour Aubrey Papert; 29 fevral 1928, Pretoriya – 31 iyul 2016[…]) — dünyada riyaziyyat, süni intellekt və təhsil üzrə kompüterdən istifadə sahəsində işlərinə görə görkəmli alim. Seymur Peypert 29 fevral 1928-ci ildə Cənubi Afrika Birliyinin Pretoriya şəhərində anadan olmuşdur. Hələ məktəb illərində ikən, o zaman mövcud olmuş ayrı-seçkilik rejiminə qarşı çıxışlarda iştirak edərək coşqun siyasi hadisələrə qatılır. Bir müddət CAR Kommunist Partiyasına qoşulur, ancaq tezliklə siyasi proseslərdə iştirakdan imtina edir. O, siyasətdən əlavə, riyaziyyat və fəlsəfə ilə maraqlanırdı. Peypert Kembric Universitetində riyaziyyat ixtisası üzrə təhsil alır. Sonra isə Parisə köçərək bir müddət orada yaşayır. 1958-ci ildən 1963-cü ilə qədər Seymur Peypert Cenevrə Universitetində Jan Piaje ilə işləyir. Sonradan bu haqda Peypert belə deyir: "Bu 50-ci illərin sonu idi.
Karl Popper
Ser Karl Raymond Popper (alm. Karl Raimund Popper‎; 28 iyul 1902[…], Vyana – 17 sentyabr 1994[…]) — Avstriya və Britaniya filosofu və sosioloqu. Karl Popper Avstriyanın paytaxtı Vyanada anadan olmuş, 1937-ci ildə isə Yeni Zelandiyaya köçmüş, 1946-cı ildə Londona gələrək həmin ildən 1970-ci illərin ortalarına kimi London İqtisad Məktəbində professor kimi çalışmışdır. 1976-cı ildən Kral Cəmiyyətinin üzvü, 1982-ci ildə isə Şöhrət Ordeni kavaleri olmuşdur. 1945-ci ildə, "Açıq cəmiyyət və onun düşmənləri" əsəri ilə, Popper demokratiya və "Açıq cəmiyyət"in müdafiəsinə çıxır, hakimiyyətin heç bir konflikt olmadan devrilməsindən söz açır. Eləcə də o, insan düşüncəsinin daim inkişafda olduğunu, bununla yeni tələb və narazılıqlar yaratdığını qeyd edir və hakimiyyətin buna uyğunlaşması üçün çox səlis olmasını bildirir. Cəmiyyətin hər zaman müxtəlif mövqelərə malik olduğunu və bu mövqelərin büruzəsi üçün şəraitin labüdlüyündən söz açır. == Həyatı == Karl Raymund Popper 1902-ci ilin 28-i iyulunda Vyanada hüquqçu ailəsində doğulmuşdur. Atası Simon Ziqmund Karl Popper, anasısa Cenni Şifdir. Onun atası Vyana Universitetində hüquq professoru idi, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanırdı, geniş kitabxanası var idi və tez-tez oğlu ilə sosial-siyasi məsələləri müzakirə edirdi.
RM (repper)
Kim Namjoon (kor. 김남준; 12 sentyabr 1994) və ya səhnə adı ilə RM — Cənubi Koreyalı reper 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən qurulan K-pop musiqi qrupu olan BTSin lideri, əsas repperi, musiqi prodüseri və bəstəkarıdır. RM 2015-ci ildə ilk solo qarışıq albomu olan "RM"-ni buraxdı. 2018-ci ildə o, ikinci qarışıq albomu olan, ABŞ-nin Billboard 200-də 26-cı sıraya yüksələn və qrafik tarixində koreyalı solistin ən yüksək reytinqə malik albomu Mono-nu buraxdı. O, həmçinin Vale, Yonha, Varren Q, Qaeko, Krizz Kaliko, MFBTY, "Fall Out Boy", "Primary" və Lil Nas X kimi sənətçilərlə əməkdaşlıq edib. Kim Namcun (Koreyaca: 김남준) 12 sentyabr 1994-cü ildə Cənubi Koreya-nın Dongjak-gu şəhərində anadan olub və dörd-beş yaşında ailəsi ilə köçdüyü İlsan-da böyümüşdür. Özündən kiçik bacısı var. Uşaq ikən RM anasının istəyi ilə Friends komediya seriyalina baxaraq ingiliscə öyrənib. Tələbə ikən fəal şəkildə şeir yazırdı və yazılarına görə tez-tez mükafat alırdı. Təxminən bir il ərzində əsərlərini onlayn bir şeir veb saytına göndərdi və burada diqqət çəkdi.
Yozef Popper-Linkeus
21 fevral 1838-ci ildə avstriyalı mütəfəkkir, alim, yazıçı və ixtiraçı Yosef Popper-Linkeus (Josef Popper-Lynkeus) anadan olmuşdur.Mühəndislik, fizika və fəlsəfə sahəsindəki xidmətlərinə görə Vyanada ömrünün son illərini yaşadığı küçəyə onun adı verilmişdir.Anadan olmasının 150 illiyi münasibətilə Frankfurtda Höte adına Universitetdə PopperLinkeus yaradıcılığının araşdırılması və onun ideyalarının təbliği məqsədilə fond yaradılmışdır.
Karl Popper Bioqrafiya