Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perfect Life
Perfect Life (azərb. Əla həyat‎) — Almaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Levina "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Lindsi Rey, Lindi Robbins və Deyv Basselt tərəfindən bəstələnmişdir.
A Perfect Circle
A Perfect Circle (APC) gitarist Bili Hoverdel və Meynerd Ceyms Kinen tərəfindən qurulmuş alternativ rok qrupu. Bili Hoverdel Nine Inch Nails, The Smashing Pumpkins, Tool kimi musiqi qruplarında gitarist olmuşdur. Öz mahnılarını Tool qrupunun vokalisti Meynerd Ceyms Kinenə dinlədərkən Kinendən vokalisti olacağı bir qrup qurmaq təklifini almışdır. Hoverdel əvvəlcə qadın vokalist fikirləşdiyi üçün qərarsız qalmışdır, lakin sonralar təkliflə razılaşaraq 1999-cu ildə "A Perfect Circle" qrupunu qurmuşdur. Tooldakı xarakterindən ayrılmaq istəyən Kinen "APC"-nın bütün kliplərində foto çəkilişlərində canlı çıxışlarada əvvəllər keçəl olan başına parik taxmışdır.
Neoseiulus perfectus
Neoseiulus perfectus (lat. Neoseiulus perfectus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Andropogon vachellii var. perfectior
Bothriochloa bladhii (lat. Bothriochloa bladhii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin bothriochloa cinsinə aid bitki növü. == Arealı == Seneqal və Efiopiyadan Cənubi Afrikaya qədərki Afrika torpaqları, Orta şərq, cənub və şərqi Asiya və Avstraliya üçün endemikdir. == Sinonimləri == Amphilophis glabra (Roxb.) Stapf Amphilophis glabra var. haenkei (J. Presl) E.G. Camus & A. Camus Amphilophis haenkei (J.Presl) Haines Amphilophis insculpta var. vegetior (Hack.) Stapf Amphilophis intermedia (R.Br.) Stapf Amphilophis intermedia var. acidula (Stapf) Stapf Amphilophis odorata (Lisboa) A.Camus Anatherum glabrum (Roxb.) Schult. Anatherum montanum (Roxb.) Schult. Andropogon annulatus var. bladhii (Retz.) Hack.
Bothriochloa glabra var. perfectior
Bothriochloa bladhii (lat. Bothriochloa bladhii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin bothriochloa cinsinə aid bitki növü. == Arealı == Seneqal və Efiopiyadan Cənubi Afrikaya qədərki Afrika torpaqları, Orta şərq, cənub və şərqi Asiya və Avstraliya üçün endemikdir. == Sinonimləri == Amphilophis glabra (Roxb.) Stapf Amphilophis glabra var. haenkei (J. Presl) E.G. Camus & A. Camus Amphilophis haenkei (J.Presl) Haines Amphilophis insculpta var. vegetior (Hack.) Stapf Amphilophis intermedia (R.Br.) Stapf Amphilophis intermedia var. acidula (Stapf) Stapf Amphilophis odorata (Lisboa) A.Camus Anatherum glabrum (Roxb.) Schult. Anatherum montanum (Roxb.) Schult. Andropogon annulatus var. bladhii (Retz.) Hack.
Vir perfectissimus
Vir perfectissimus (azərb. ən mükəmməl ər‎) — son Roma imperiyası dövrünə aid titul.
Prefekt
Pretorianlar — Qədim Romada inzibati bölgü vahidi olan prefekturaya nəzarət edən şəxs. Pretorianlar Avqustun (e.ə. I əsrin sonu) dövründən Misiri, sonralar bütün əyalətləri idarə edir, habelə məhkəmə və əlahiddə idarə işlərini yerinə yetirirdi.
Peret
Peret — Qədim Misir təqvimində bir mövsüm, səpin vaxtı və ya məhsul mövsümü analmını verir. Yuxarı Misir üçün bu müddət oktyabr ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Peret mövsümünə Ka-her-ka (oktyabrın əvvəli - noyabrın əvvəli), Şef-bedet (noyabrın əvvəli - dekabrın əvvəli), Rekeh-ver (dekabrın əvvəli - yanvarın əvvəli) və Rekeh-neces (yanvarın əvvəli - fevralın əvvəli) ayları daxildir.
CNN effect
CNN effekti (ing. CNN effect) — siyasi elmdə və mediada istifadə olunan CNN effekti fenomeni CNN telekanalinin dünyadakı humanitar vəziyyətlərin şokedici şəkillərinin mediada istifadəsi vasitəsilə Amerika siyasətçilərini bu vəziyyətlərə müdaxilə etməyə səsləsməsidir. 24 saatlıq beynəlxalq televiziya kanalı, Cable News Network və ya CNN kimi tanınan xəbər kanalı, keçmiş Soyuq Müharibə dövründə dövlətlərin xarici siyasətinin formalaşmasında mühüm rol oynayıb. Dövlətin "dördüncü qolu" olan azad media demokratiyalarda həmişə siyasətə təsir edir. Azad media olduğu müddətcə, CNN effektinin demokratik ölkələrin siyasi qərarlarına təsiri böyük olmuşdur. CNN effekti iddiasını təklif edənlərin dediyinə görə keçmiş formalardan fərqlənən, yeni təsir etmə növü yaradıblar. == Tarix == 1989-cu ilin Tyananmen meydanı hadisələri, Varşava Müqaviləsi Təşkilatının dağılması, Körfəz müharibəsi, Bosniya müharibəsi və 1993-cü ilin Moqadişo döyüşü kimi hadisələr zamanı CNN bu məsələləri ABŞ və dünyanın siyasi gündəminə gətirməklə siyasi qərarlarda, o cümlədən hərbi gücü işlətmək kimi qərarların qəbul edilməsində təsirini göstərmişdi. == Təndiq == ABŞ diplomatı və beynəlxalq münasibətlərin realist nəzəriyyəçisi, Corc Kennan KİV-in siyasi qərar verməkdə rolunun qalxması və dövlətinin dördüncü qolu kimi sayılmasını təndiq edirdi. O deyirdi ki, beynəlxalq münasibətlərin sabitliyi və onun təxmin oluna bilən olmağı üçün, siyasi idarə milli siyasi elitaların əlində qalmalıdır.
Mass Effect
Mass Effect (azərb. Kütlə təsiri‎) — Keysi Hadson, Dryu Karpişin və Preston Vatamanyuk tərəfindən yaradılan elmi fantastika media franşizası. Franşiza bəşəriyyətin və bir neçə yadplanetli sivilizasiyanın inkişaf etmiş əvvəlki bir sivilizasiyasının geridə qoyduğu texnologiyadan istifadə edərək Süd yolu qalaktikasını kolonizasiya etdiyi bir alternativ kainatı təsvir edir. Franşizanın əsası "BioWare" tərəfindən inkişaf etdirilmiş və "Electronic Arts" tərəfindən yayımlanmış bir sıra videooyun ilə qoyulur. Seriyanın hər bir epizodu rol oyunu elementlərinə malik üçüncü şəxs atıcıdır. İlk üç epizodu oyunçu personaj olan Komandir Şepardın qalaktikanı "oraqçılar" adlanan qədim, qışlayan maşınlardan ibarət bir irqdən qurtarmağa çalışdığı bir trilogiya təşkil edir. Seriyanın ilk videooyunu olan "Mass Effect" (2007) Şepardın oraqçıların agentlərindən olan Saren Arterius haqqında apardığı istintaqı təsvir edir. "Mass Effect 2" (2010) birinci epizoddan iki il sonrakı kainatda cərəyan edir və Şepard ilə qüvvələrinin oraqçıların geri qaytarılmasını asanlaşdırmaq üçün insan koloniyalarını qaçıran yadplanetli "kollektorlar" irqi ilə apardığı mübarizəni təsvir edir. Orijinal trilogiyanın son epizodu olan "Mass Effect 3" (2012) oraqçılar ilə qalaktikanın qalan hissəsi arasındakı müharibəni təsvir edir. Dördüncü oyun olan "Mass Effect: Andromeda" (2017) yeni bir mövzuya və personajlara sahibdir.
Mərfət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. == Döyüşlərdə iştirakı == İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.