Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Periodontit
Periodontit — periodontun iltihabı. Periodont – diş və onun sümük qundağı (çənənin alveol artımı) arasındakı ensiz boşluğu dolduran birləşdirici toxumadır. Periodontda sinirlər, dişi qidalandıran qan və limfa damarları yerləşir. Periodontun əsas funksiyaları – amortizasiya və trofikadır. Qidanı çeynədikdə, periodont dişin üzərinə düşən yükü amortizasiya edir və sümük üzərinə bərabər yayır. Periodontit kəskin və xroniki olur. Kəskin periodontit nadir hallarda rast gəlir. Bu onunla izah olunur ki, içindəkilərin axınına görə, periodontit uzun müddət əlamətsiz keçə bilər, baxmayaraq ki, iltihab var və davam edir. Əksər hallarda periodontit, periodontun infeksiyaya yoluxması nəticəsində baş verir. İnfeksiyanın daxil olma yollarından asılı olaraq, periodontit intradental və ekstradental (dişdaxili və dişxarici) olur.