Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Periscope
Periscope — Co Bernşteyn və Kayvon Beykpour tərəfindən iOS və Android platformaları üçün yaradılmış proqram. 2015-ci ilin martında Twitter tərəfindən satın alınmışdır. Proqram onlayn şəkildə videoların paylaşılmasına zəmin yaradır. Proqramın əvvəlcə Twitter tərəfindən iOS platforması üçün, 26 may 2015-ci ildə Andorid platforması üçün versiyası yayımlanmışdır. Periscope-nin xidmətləri Twitter üzərindən və mobil telefonlarda fəaliyyət göstərir. Periscope proqramından Twitter-ə qoşulmaq mümkündür.
Yepiskop
Yepiskop (yun. ἐπίσκοπος — "nəzarətçi") — Müasir xristian kilsələrində ali, üçüncü dərəcə ruhani rütbəsi, eyni zamanda arxierey də adlanır. Ignatius of Antioch, Epistles of to the Ephesians, Magnesians, Trallesians, and Smyrnans, Lightfoot, trans., Harmer, ed. (Kessinger, 1891/2003). ISBN 0-7661-6498-5 Mathews, James, Set Apart To Serve: The Role of the Episcopacy in the Wesleyan Tradition (Nashville: Abingdon, 1985). Moede, Gerald, The Office of Bishop in Methodism: Its History and Development (Nashville: Abingdon, 1965). Епископ Arxivləşdirilib 2002-03-22 at the Wayback Machine Служение церковного управления — епископство: Настольная книга священнослужителя. Т. 4.М.: Изд-во Московской патриархии, 2001 Глава "Епископы" Том IV. "История церкви в период Вселенских соборов" // В. В. Болотов. Лекции по истории Древней Церкви.
Perekop
Perekop (krımtat. Or Qapu (Or), Ор Къапу (Ор)) — Or bərzəxində, Krım yarımadası ilə materik arasında torpaq əlaqəsini təşkil edən şəhər (1920-ci ilə qədər). Or-Kapı şəhərinin Krım-tatarca adı "xəndək qapı" deməkdir (krımtat. or — xəndək; qapı — qapı, darvaza). P. Peter Simon Pallasın fikrincə "Perekop" orijinal slavyan adıdır və bütün toponimlər, o cümlədən Krım tatar, yunan və s. ondan törəmişdir. Coğrafi mövqeyinə görə Perekop həmişə böyük strateji əhəmiyyətə malik olmuşdur. Bundan əlavə, antik dövrlərdə yaxınlıqda yerləşən duz yataqları səbəbindən zəngin bir ticarət şəhərinə çevrilir. 1-ci əsrdə Ellis Plininin qeydlərində Perekop və Or bərzəxi Tafros adı ilə ətraflı təsvir edilmişdir (qədim yunan dilindən - Perekop). Burada böyük qoruyucu bürcləri olan bir qaladan bəhs olunur.
Piskop
Piskop (fr. Piscop) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Ekuan. Əhalisi — 755 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalda, Serji belediyyənin 21 km şərqdə yerləşir.
Knyaz-Yepiskop
Knyaz-yepiskop (ing. Prince-bishop, alm. Fürstbischof‎, fr. Prince-évêque), eyni zamanda bir knyazlığın suvereni olan bir yepiskopdur. == Tarixi == Qərbdə IV əsrdən etibarən barbar istilaları qarşısında Roma imperiyasının gücünün azalması ilə bəzən Roma sərkərdələrinin yerini şəhərlərin xristian yepiskopları tutur, şəhər üçün dünyəvi qərarlar verir və lazım gəldikdə öz qoşunlarına başçılıq edirdi. Lakin knyaz-yepiskopla burjuaziya arasında münasibətlər həmişə səmimi deyildi. Şəhərlər imperatorlardan, krallardan və ya onların knyaz-yepiskoplarından qayda-qanunlar tələb etdikcə və özlərini feodallardan müstəqil elan etdikcə, burjuaziya yepiskoplar arasında sürtüşmə gücləndi. Knyaz-yepiskop tərəfindən siyasi olaraq idarə olunan knyazlıq və ya knyaz-yepiskopluq (alm. Hochstift‎) onun yeparxiya yurisdiksiyası ilə tamamilə və ya böyük ölçüdə üst-üstə düşə bilərdi, lakin onun yeparxiyasının bəzi hissələri, hətta yaşadığı şəhər Azad İmperiya şəhəri statususu alarsa onun mülki idarəçiliyindən azad ola bilərdi. Əgər yepiskop arxiyepiskop idisə, düzgün termin knyaz-arxiyepiskop idi; nizami (monastır) ruhanilərdə ekvivalenti knyaz-abbat idi.