YEPARXİYA
YEPİSKOPLUQ
OBASTAN VİKİ
Yepiskop
Yepiskop (yun. ἐπίσκοπος — "nəzarətçi") — Müasir xristian kilsələrində ali, üçüncü dərəcə ruhani rütbəsi, eyni zamanda arxierey də adlanır. Ignatius of Antioch, Epistles of to the Ephesians, Magnesians, Trallesians, and Smyrnans, Lightfoot, trans., Harmer, ed. (Kessinger, 1891/2003). ISBN 0-7661-6498-5 Mathews, James, Set Apart To Serve: The Role of the Episcopacy in the Wesleyan Tradition (Nashville: Abingdon, 1985). Moede, Gerald, The Office of Bishop in Methodism: Its History and Development (Nashville: Abingdon, 1965). Епископ Arxivləşdirilib 2002-03-22 at the Wayback Machine Служение церковного управления — епископство: Настольная книга священнослужителя. Т. 4.М.: Изд-во Московской патриархии, 2001 Глава "Епископы" Том IV. "История церкви в период Вселенских соборов" // В. В. Болотов. Лекции по истории Древней Церкви.
Knyaz-Yepiskop
Knyaz-yepiskop (ing. Prince-bishop, alm. Fürstbischof‎, fr. Prince-évêque), eyni zamanda bir knyazlığın suvereni olan bir yepiskopdur. Qərbdə IV əsrdən etibarən barbar istilaları qarşısında Roma imperiyasının gücünün azalması ilə bəzən Roma sərkərdələrinin yerini şəhərlərin xristian yepiskopları tutur, şəhər üçün dünyəvi qərarlar verir və lazım gəldikdə öz qoşunlarına başçılıq edirdi. Lakin knyaz-yepiskopla burjuaziya arasında münasibətlər həmişə səmimi deyildi. Şəhərlər imperatorlardan, krallardan və ya onların knyaz-yepiskoplarından qayda-qanunlar tələb etdikcə və özlərini feodallardan müstəqil elan etdikcə, burjuaziya yepiskoplar arasında sürtüşmə gücləndi. Knyaz-yepiskop tərəfindən siyasi olaraq idarə olunan knyazlıq və ya knyaz-yepiskopluq (alm. Hochstift‎) onun yeparxiya yurisdiksiyası ilə tamamilə və ya böyük ölçüdə üst-üstə düşə bilərdi, lakin onun yeparxiyasının bəzi hissələri, hətta yaşadığı şəhər Azad İmperiya şəhəri statususu alarsa onun mülki idarəçiliyindən azad ola bilərdi. Əgər yepiskop arxiyepiskop idisə, düzgün termin knyaz-arxiyepiskop idi; nizami (monastır) ruhanilərdə ekvivalenti knyaz-abbat idi.
Arran yepiskopluğu
Arran yepiskopluğu (Arami dilində: ܐܪܐܢ) — Nestorian kilsəsinin Qafqaz Albaniyası ərazisindəki tarixi inzibati ərazisi. Mərkəzi Bərdə şəhərində yerləşirdi. 420-ci ildə yepiskopluq təsis edilmiş, 900-cü illərdə mitropolitlik statusu almış, 1200-cü ilə qədər də bu statusu qorumuşdu. 1200-cü ildə isə Arran yepiskopluğu ləğv edilərək Təbrizdə mərkəzləşmiş Azərbaycan yepiskopluğu tabeliyinə verilmişdir. Bilinən yepiskopları: Karaduset - I Qubadın şahlığı dövründə yaşamışdır. Sabrişo - 900-cü ildə IV Yohannanın seçilməsində iştirak etmişdi. Yunan (899-902) Baladlı Eliya - Patriarx Mari (987-999) tərəfindən təyin olunmuşdur.
Azərbaycan yepiskopluğu
Azərbaycan yepiskopluğu — Müxtəlif vaxtlarda Nestorian kilsəsinin və Xaldey katolik kilsələrinin Atropatena ərazisinə müvafiq gələn tarixi inzibati ərazisi. Araz çayından müasir İraqın Rəvandüz şəhərinəcən uzanan ərazidən ibarət idi. Mərkəzi Qazakada yerləşirdi. 410-cu ildə bu yepiskopluğun heç bir üst quruma tabe olmadığı göstərilir, lakin VIII əsrdə artıq Adiabena mitropolitliyinin tərkibində göstərilir. Qazakalı Hoşea - 486-cı ildə patriarx Akatsinin sinoduna imza atanlar sırasında adı çəkilir. Yohannan - 544-cü ildə Mar Abanın sinoduna imza atanlar sırasında adı çəkilir. 550-ci ildə Mar Abanın özü ilə görüşmüşdür. Melçisedek - 544-cü ildə İosifin, 576-cı ildə İyezekielin sinoduna qoşulanlar sırasında adı çəkilir. Hxanişo - 605-ci ildə Qriqorinin seçən yepiskoplar arasında adı çəkilir. Yuxarıdaki tarixlərdən sonra haqqında məlumat olmayan yepiskopluq yenidən sənədlərdə 1074-cü ildə Urmiyada ortaya çıxır.
Azərbaycan yepiskopluğu (Suriya Ortodoks Kilsəsi)
Azərbaycan yepiskopluğu — Süryani Pravoslav kilsəsinin Atropatenadakı tarixi inzibati ərazisi. Azərbaycan yepiskopluğu ilə qarışdırılmamalıdır. Mərkəzi Təbriz idi. Filoksen — 962-ci ildə bir müsəlman qızla yatdığı üçün xristianlar tərəfindən məcbur edilərək kəlmeyi şəhadət dedizdirilmişdi və müsəlman olmuşdu. Qriqori Yohannan (ö. 1269) — o da Bartella qəsəbəsində doğulmuşdu. Basil (1264-1272) — 1272-ci ildə Təbriz kafedral kilsəsini təmir etdirmişdi. Mar Severus Yaqub bar Şakko (1272-1277) — bundan əvvəl 1232-1241-ci illərdə Mor Mattay kilsəsində rahib idi, Bartella qəsəbəsində doğulmuşdu. Yozef-Denis (1277-?) — öncələr sadə rahib olmuş, Mar Severusun qardaşıoğlu idi. Fransiskanlarla arası yaxşı idi.
Azərbaycan yepiskopluğu (Süryani Pravoslav Kilsəsi)
Azərbaycan yepiskopluğu — Süryani Pravoslav kilsəsinin Atropatenadakı tarixi inzibati ərazisi. Azərbaycan yepiskopluğu ilə qarışdırılmamalıdır. Mərkəzi Təbriz idi. Filoksen — 962-ci ildə bir müsəlman qızla yatdığı üçün xristianlar tərəfindən məcbur edilərək kəlmeyi şəhadət dedizdirilmişdi və müsəlman olmuşdu. Qriqori Yohannan (ö. 1269) — o da Bartella qəsəbəsində doğulmuşdu. Basil (1264-1272) — 1272-ci ildə Təbriz kafedral kilsəsini təmir etdirmişdi. Mar Severus Yaqub bar Şakko (1272-1277) — bundan əvvəl 1232-1241-ci illərdə Mor Mattay kilsəsində rahib idi, Bartella qəsəbəsində doğulmuşdu. Yozef-Denis (1277-?) — öncələr sadə rahib olmuş, Mar Severusun qardaşıoğlu idi. Fransiskanlarla arası yaxşı idi.
Beyləqan yepiskopluğu
Beyləqan yepiskopluğu (Asoru dilində: ܦܝܕܐܓܪܢ) — Nestorian kilsəsinin VI əsrdə Beyləqan və ətrafı bölgələrdə mövcud olmuş tarixi inzibati ərazi vahidi. Az öyrənilmişdir və cəmi iki yepiskopu məlumdur. == Yepiskopları == === İohann === Tarixi qeydlərdə adı ilk dəfə 540-cı ildə "Paydanqaran yepiskopu" olaraq keçir. 544-cü ildə I Abanın sinodunda qəbul edilən aktları təsdiqləmişdi. === Yakob === 554-cü ildə yepiskop olaraq Yosefin sinodunda iştirak etmişdi.
Edvard Bikkerstet (Cənubi Tokio yepiskopu)
Edvard Bikkerstet (ing. Edward Bickersteth; 27 iyun 1850, Banningem[d], Norfolk qraflığı – 5 avqust 1897, Çiseldon[d], Uiltşir[d]) – Cənubi Tokio yepiskopu olmuş missioner. Edvard Bikkerstet 26 iyun 1850-ci ildə Norfolkun Banningem kəndində doğulmuşdur. Atası Edvard Henri Bikkerstet Ekseter yepiskopu olmuşdur. Anası Roza isə Samuel Biqnoldun qızı idi. Bikkerstet Haygeyt məktəbində təhsil almış, 1869-cu ildə Pembrok kollecində təhsil almaq üçün təqaüd qazanmışdır. 1873-cü ildə bakalavr, 1876-cı ildə magistr dərəcəsi ilə məzun olmuşdur. 1874-cü ildə Şolefild və Evans mükafatlarını qazanmışdır. O, London yepiskopluğundan 1873-cü ildə diakon, 1874-cü ildə isə keşiş titulu almışdır. 1873–1875-ci illərdə Hempsteddə Müqəddəs Üçlüyün kuratoru olmuşdur.
III Yoann (Sultaniyə yepiskopu)
III Yoann (lat. Iohannes Sultaniensis archiepiscopus) —14-cü əsrin sonunda Naxçıvanın katolik yepiskopu, 1398-ci ildən Sultaniyyə arxiyepiskopu olmuşdur. Tez-tez adaşı, ondan öncə Naxçıvan yepiskopu olmuş Yoann de Qalonifontibus ilə səhv salınır. O, ehtimal ki, o zamanlar Candar sülaləsi tərəfindən idarə olunan Kastamonuda padualı italyan tacir ailəsində anadan olub. Yoann de Qalonifontibusu 14-cü əsrin sonunda Naxçıvanda əvəz etmişdir. Dominikan ordeninin üzvü olan din xadimi 26 avqust 1398-ci ildə Roma papası IX Bonifas tərəfindən Sultaniyyə arxiepiskopu təyin edilmişdir. 1402-ci ildə Ankara döyüşündə Osmanlı türkləri üzərində qələbə çaldıqdan sonra Əmir Teymur qələbəsini elan etmək üçün Yoannı Avropa saraylarına səfir kimi göndərdi. Teymur, Avropa gücləri ilə öz dövləti arasında ticarət mübadiləsini asanlaşdırmaq üçün müqavilələr təklif etdi. Yoann özü ilə Teymurun portretini və oğlu Miranşahın məktubunu da aparmışdı. İngiltərə kralı IV Henri və Fransalı VI Karl Teymuru təbrik edərək cavab verdilər.
Roma yepiskopu
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
Ruprext (Frayzinq yepiskopu)
Ruprext (alm. Ruprecht der Tugendhafte‎, 14 may 1481, Heydelberq – 20 avqust 1504, Landshut) — Vittelsbax sülaləsindən Pfals kürfürstü Filippin üçüncü oğlu. 1495-ci ildən 1498-ci ilə qədər Frayzinq yepiskopu idi. 1481-ci ildə Heydelberqdə anadan olan Ruprext, Pfalsda səkkiz qardaş arasında böyümüşdü. Atası, statusuna uyğun olaraq üçüncü oğlu üçün kilsə vəzifəsi planlaşdırırdı. Filipp Ruprextin 1491-ci ildə doqquz yaşında Vürtsburqda kanon olmasına çalışdı, 1 fevral 1492-ci ildə Frayzinq yepiskop köməkçisi təyin edildi və qısa müddət sonra Frayzinqdə kafedralda işləməyə başladı. Papa VIII İnnokent bunu təsdiq etmədi, lakin bunun heç bir fərqi olmadı. 1493-cü ildə Maynsda Müqəddəs Mariya kilsəsində provost oldu. 1495-ci ildə yepiskop Siktus fon Tannberqin ölümü ilə Frayzinq yepiskopuluğu boş qaldıqda, Filipp oğlunu yepiskop təyin etdi. 1495-ci il avqustun 1-də kafedral rəhbərliyinə seçkilər zamanı Bavariya-Münhen hersoqluğundan bir namizəd və Bavariya-Landsxut tərəfindən dəstəklənən Ruprext vardı.
Lübek knyazlıq-yepiskopluğu
Lübek knyazlıq-yepiskopluğu (alm. Fürstbistum Lübeck‎ və ya Hochstift Lübeck) — 1180-ci ildən 1803-cü ildə Almaniya mediatizasiyasına qədər Müqəddəs Roma imperiyası daxilində mövcud olmuş dini knyazlıq. Knyazlıq müasir Şlezviq-Holşteyn ərazisində yerləşirdi və 1500-cü ildən Aşağı Saksoniya imperiya dairəsinin bir hissəsi olmuşdur. Əvvəlcə Lübek knyazlıq-yepiskopluğunun gerbi qırmızı bir sahədə qızıl xaçın təsvir olunduğu heraldik qalxandan ibarət idi. Yepiskop tiarası qalxanın üstündə, yepiskop əyrisi isə qalxanın arxasında yerləşdirilmişdir. Son dövrdə gerb əhəmiyyətli dərəcədə dəyişdirilmişdir. Burada qalxanın sahəsi göy rəngə dəyişdirilmiş və yepiskop tiarası qızıl rəngli xaç kimi xaçın üstündəki qalxanın içərisinə yerləşdirilmişdir. Ольденбургский дом // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..

Значение слова в других словарях