Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pekines
Pekines — Özündən çox böyük itlərə meydan oxuyacaq qədər cəsur olması ilə məşhur olan Pekinez itinin vətəni Çin sayılır. Keçmişdə təkcə Çinin kral saraylarında saxlanılan bu it kürkünün formasına görə "Çin aslanı" adlandırılıb və o pis ruhları qovan varlıq kimi qəbul edildiyi üçün xalq onu salamlayaraq qarşısından keçirdi. Özünü təhlükəyə atacaq qədər cəsurdur. Təzad təşkil etsə də sərbəstliyinə və sahibinə çox bağlıdır və onu çox qısqanır. Yad insanlara qarşı məsafə saxlayır, uşaqları isə çox sevir. Kobud rəftardan heç xoşu gəlmir, dişləyə bilər. İstədiyini etdirəcək qədər inadkardır.
Entoni Perkins
Entoni Perkins (ing. Anthony Perkins; 4 aprel 1932, Nyu-York, ABŞ — 12 sentyabr 1992, Hollivud, ABŞ) — ABŞ aktyoru. == Həyatı == Entoni Perkins 4 aprel 1932-ci ildə anadan olmuşdur. Onun atası aktyor Osqud Perkins 1930-cu illərdə Brodveyin sahibi idi. O vəfat edəndə, oğlunun 5 yaşı var idi. Özünün biseksuallığını gizlətməyən zəif, utancaq aktyor televiziya aktyoru kimi fəaliyyətə başlayır. İlk kino rolunu isə rejissor Corc Kyukorun "Aktrisa" filmində ifa etmişdi. Perkins 1957-ci ildə ilk dəfə olaraq Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatına namizəd olmuşdur. Onun ifa etdiyi bu rol Uilyam Uaylerin "Qızıl Palma Budağı"na layiq görülmüş "Dostluq nəsihəti" filmindəki Coş Börduell idi. O, eləcə də Sofi Lorenlə bir neçə filmdə çəkilmiş, Orson Uellslə işləmiş və 1961-ci ildə "Brahmsı sevirsinizmi?" filmindəki roluna görə Ən yaxşı kişi roluna görə Kann kinofestivalının mükafatına layiq görülmüşdür.