Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diaspidiotus perniciosus
Diaspidiotus perniciosus (lat. Diaspidiotus perniciosus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin diaspididae fəsiləsinin diaspidiotus cinsinə aid heyvan növü. == Xarici quruluşu == 1-1,5 mm uzunluğunda olub, girdə və yastı formadadır. Sürfələri dairəvi formada olub, sarı-limon rənglidir, ayaqları yoxdur, qanadları və gözləri tünd boz rəngdədir. Dişisinin bədəni dəyirmi, limonu – sarı rəngdədir, üstdən 2 mm ölçüsündə tünd boz, dəyirmi çanaqla örtülmüşdür. Ayaqları, qanadları və gözləri inkişaf etməmişdir. Erkəyin çanağı uzunsovdur. Uzunluğu 1, eni 0,6 mm-ə çatır. Yaşlı erkək sarımtıl-narıncı rəngdədir. Qanadları, bığcıqları, gözləri və üç cüt ayağı olur.