Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petrolatum
Petrolatum (petroleum , lat.-“neft”) – neft yağlarının deparafinləşməsi nəticəsində alınan karbohidrogenlərin qarışığından ibarət olan mürəkkəb kombinasiyadır. Petrolatumun tərkibi -əsasən doymuş kristallik və maye halda olan, və tərkibində karbonun miqdarı C25-dən çox olan karbohidrogenlərdən ibarətdir. Xarici görünüşü – qatı, açıq-qəhvəyi rəngdə, damcı düşmə temperaturu 55-650C, qaynama temperaturu 230-2550C-yə malik məhsuldur. Petrolatum kosmetik vasitələrdə və şəxsi gigiyena vasitələrində geniş istifadə olunur, dünyanın bu sahədə olan aparıcı istehsalçılar tərəfindən zərərsiz maddə kimi qəbul edilib. Azərbaycanın unikal neft yataqlarından alınan və naften karbohidrogenlərin əsasında istehsal olunan Ağ petrolatum (ing. White Petrolatum) olduqca effektiv tibbi və kosmetik vasitə sayılır. Ağ petrolatum – tam təmizlənmiş, rafinə edilmiş, iysiz və rəngsiz, böyük istifadə müddəti olan petrolatumdur. Eyni zamanda ağ petrolatum müvəqqəti ağrı ilə müşahidə olunan müəyyən dəri xəstəliklərində ağrıkəsici vasitə kimi də istifadə olunur. Naftalan nefti iltihab proseslərinin qarşısını alır, qan dövranını yaxşılaşdırır, ağrıların azalmasına təsir göstərir. Ənənəvi neftdən alınan petrolatum texnikada və sənayedə serezin üçün xammal kimi istifadə edilir; sürtkülərin, elektrik izolyasiya tərkiblərin komponentlərindən birisi kimi istifadə olunur.
Bulbophyllum petiolatum
Bulbophyllum petiolatum (lat. Bulbophyllum petiolatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Trillium petiolatum
Trillium petiolatum (lat. Trillium petiolatum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü. Trillium petiolatum f.
Acer negundo f. petiolatum
Amerika ağcaqayını (lat. Acer negundo) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amеrikada, Yеni Mеksikada, Şərqi Arizоnada dağlıq sahələrdə yayılıb. == Botaniki təsviri == Hündürlüyü 25 m, gövdəsinin diamеtri 1 m-ə qədər оlan sеyrək çətirli ağacdır. Gövdəsinin qabığı bоz, cavan budaqları göyümtül-yaşıl rəngdədir. Yarpaqları 3-5, bəzi hallarda 7-9 ədəd yarpaqcıqdan ibarət оlub, tək lələkşəkillidir. Yarpaqcıqları yumurtavari, еllipisvari, nеştərvari, kənarları dişli, dilimli və ya tamkənarlıdır, qaidəsi dairəvi və ya nizəvaridir, uzunluğu 5-13 sm, еni 2,5 sm-dir. Yarpaqlar hər iki tərəfdən tükcüklərlə örtülü оlur, sоnradan isə çılpaqlaşır. Bitki ikiеvlidir, yarpaq açmazdan qabaq çiçəkləyir. Çiçəkləri yarpaq tumurcuqlarının hər iki tərəfində yеrləşmiş хüsusi çiçək tumurcuğundan inkişaf еdir.
Phyteuma campanuloides var. petiolatum
Zəngçiçəyinəoxşar azineuma (lat. Asyneuma campanuloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin azineuma cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar"a aiddir. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 50-70 sm hündürlükdədir. Yarpaqları noxudvari və ya mişardişlidir, 5-8 sm uzunluqda, 2-4 sm enindədir. Aşağı yarpaqları yumurtavari və küt, digərləri oturaqdır. Çiçəkqrupu sünbülvari, topaşəkilli göy-bənövşəyi çiçəklərdən ibarətdir. Kasacığı çılpaq, ensiz tərs -konus formalı,şırımlıdır.
Trillium petiolatum f. luteum
Trillium petiolatum (lat. Trillium petiolatum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü. Trillium petiolatum f.
British Petroleum
BP — Böyük Britaniyanın enerji şirkəti. Mərkəzi ofisi İngiltərənin paytaxtı Londonda yerləşir. 1987-ci ilə qədər BP dövlətin mülkiyyətində olub. "British Petroleum" Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 milyard funt-sterlinq ($10 milyard) gəlir gətirir. BP şirkəti aparıcı neft şirkətlərindən biridir. FORBS jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub. 50-ci illərdə İranda baş verən siyasi böhran nəticəsində, Şımal dənizində neft yataqlarının kəşfinə, sonralar isə istismarına başlayıb. 80-ci illərin əvvələrindən, BP Şimal dənizində geniş həcmli neft hasilatına başlayıb.
Britiş Petroleum

Qatar Petroleum
"Qatar Petroleum" — Qətər Əmirliyinin neft şirkəti.