Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pnevmakok peyvəndi
Yaxınlaşdırma peyvəndi
Yaxınlaşdırma peyvəndi və ya ablaktirovka (rus. аблактиро́вка; əsli lat. ablacto) — bağçılıqda peyvənd üsullarından biri. Bu, yaxınlıqda böyüyən bitkilərin tumurcuqlarının (alma, armud, üzüm) birləşməsidir. Tam birləşdikdən sonra, kök ana bitkidən ayrılır.
Pnevmokok peyvəndi
Pnevmokok peyvəndi (və ya vaksini) Streptococcus sətəlcəm bakteriyasına qarşı peyvənddir. Bu peyvəndin istifadəsi bəzi sətəlcəm, meningit və sepsis hallarının qarşısını ala bilər. İki növ pnevmakokk peyvəndi var: eyni kökdən törəmiş və polisaxarid. Əzələ daxilinə və ya dərinin altına iynə ilə vurulur. Ümumdünya Səhiyyə Təşkilatı uşaqlara, AIDS/QİÇS xəstələrinə eyni kökdən törəmiş peyvəndin istifadəsini tövsiyə edir. Tövsiyə olunan üç və ya dörd doz ağır pnevmakokk xəstəliyinin qarşısının alınmasında 71 ilə 93% arasında təsirlidir. Polisaxarid peyvəndlərin sağlam yetkinl insanlara təsirli olsa da, iki yaşdan kiçik, xüsusən də zəif immunitetə malik uşaqlara təsiri yoxdur. Bu peyvəndlər ümumiyyətlə təhlükəsizdir. Eyni kökdən törəmiş peyvənd körpələrin təxminən 10%-də iynədən sonra qızdırma, yuxu dəyişikliyi və ya iynənin yerində qızartı əmələ gətirir. Kəskin allergiya nadir hallarda olur.
Qızılca peyvəndi
Qızılca peyvəndi qızılcaya yoluxmaqdan qoruyur. Bir dozadan sonra immuniteti formalaşmayanların demək olar ki, hamısı ikinci dozadan sonra immunitet yaradır. Bir cəmiyyətdə peyvənd nisbəti 92%-dən çox olduqda, qızılca epidemiyaları adətən artıq baş vermir; Ancaq peyvənd nisbəti azalarsa, bu təkrarlana bilər. Peyvəndin effektivliyi uzun illər davam edir. Zamanla daha az təsirli olub-olmadığı aydın deyil. Peyvənd həmçinin qızılcaya məruz qaldıqdan sonra bir neçə gün ərzində verilərsə, qızılcadan qoruya bilər. Peyvənd ümumiyyətlə QİÇS-ə yoluxmuş insanlar üçün belə təhlükəsizdir. Uşaqların əksəriyyətində heç bir yan təsir müşahidə olunmur; qızdırma, səpgi, inyeksiya yerində ağrı və oynaqların sərtliyi kimi baş verənlər isə adətən yüngül və qısamüddətli olur. Anafilaksiya hər milyon dozada təxminən 3,5–10 halda qeydə alınmışdır. Guillain Barre sindromu, autizm və iltihablı bağırsaq xəstəliyinin dərəcələri qızılca peyvəndi ilə artmır.