Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pionerski
Pionerski (rus. Пионерский) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Pionerlər
Pionerlər (roman)
Pionerlər (1938)
Kinooçerk Respublika Pionerlər Sarayında təşkil olunmuş dərnəklərdən bəhs edir. Burada göstərilir ki, pionerlərə qonaq gəlmiş qocaman bolşevik M.B.Qasımov Stalinlə görüşü, yazıçı Novikov-Priboy isə öz yaradıcılıq planları barədə söhbət edirlər.
Pionerlər (roman)
"Casus" romanının uğurlarından sonra Kuper daha böyük həvəslə milli Amerika romanları yazmaq qərarına gəlir və "Pionerlər" adlı əsəri üzərində işləməyə başlayır. İlk dəfə olaraq bu romanın səhifələrində sonradan Dəri Corab, Vəhşi heyvan ovçusu, Şahingöz, Uzun Karabin və Ləpirçi ləqəbləri ilə tanınacaq "ağ adam" Nataniel (Natti) Bamponun və onun "qırmızı dərili" hindu dostları Çinqaçkuk, onun oğlu Unkas göründü. Müəllif bu romanı yazarkən heç özü də bilmirdi ki, bu əsərin mövzusu gələcəkdə onun yazacağı və beş romandan ibarət olacaq "Dəri Corab" pentalogiyasının əsasını təşkil edəcəkdir. 1823-cü ildə Amerikanın və İngiltərənin kitab bazarına daxil olan "Pionerlər" romanı o dəqiqə satılıb qurtarır. Bu romanda avtobioqrafik üsnürlər çoxdur. Belə ki, müəllifin özünün də dediyi kimi, bu romanda təsvir olunan hadisələrin cərəyan etdiyi məkan, burada iştirak edən qəhrəmanlar və personajlar yazıçıya çox yaxşı tanış idi. Bu çox güman ki, onun atası Uilyamın ilk vaxtlar yaşadığı və onun özünün də uşaqlıq illərini keçirtdiyi yerlər olmuşdur. Hətta, tənqidçilərin dediyinə görə, əsərin qəhrəmanlarından biri hakim Marmadiyuk Templ çox güman ki, Uilyamın prototipidir. Hər halda, romanda təsvir olunan əsas qəhrəmanların əksəriyyətini - hakim və onun qızını, Edvardsı, şerif Riçardı və nökər Bencameni yazıçı hələ uşaq yaşlarından çox yaxşı tanıyırdı. Bu əsərdə sırf amerikalı qəhrəmanları olan Hiram Dultitl və həkim Elnatan Todd obrazları uzun müddət qızğın mübahisələrin obyekti olmuşdur.
Pionerlər (film, 1938)
Kinooçerk Respublika Pionerlər Sarayında təşkil olunmuş dərnəklərdən bəhs edir. Burada göstərilir ki, pionerlərə qonaq gəlmiş qocaman bolşevik M.B.Qasımov Stalinlə görüşü, yazıçı Novikov-Priboy isə öz yaradıcılıq planları barədə söhbət edirlər.
Azərbaycan pioneri (qəzet)
"Savalan" qəzeti (1990-cı ilə qədər "Azərbaycan pioneri" (azərb-kiril. Азәрбајҹан пионери) — sovet dövründə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) MK və V. İ. Lenin adına pioner təşkilatı Respublika təşkilatı şurasının orqanı olan qəzet. Sovet Azərbaycanında ən məşhur uşaq qəzeti. == Tarixi == Keçmiş SSRİ dönəmində Azərbaycanda ən məşhur uşaq qəzetlərindən biri olan "Azərbaycan pioneri" 1938-ci il avqust ayının 1-də işıq üzü görüb. Qəzetin ilk redaktoru M. Əliyev olub. Ondan sonra isə müxtəlif illərdə çox qısa bir zaman kəsiyində Q. Həsənov və İ. Novruzov bu vəzifəni icra ediblər. "Azərbaycan pioneri" özünün əsl intibah dövrünü 1946-cı ilin mayından yaşamağa başlayıb. Həmin vaxt qəzetə uşaq yazıçısı Eynulla Ağayev redaktor təyin olunub və o, 20 ilə yaxın bir müddətdə bu vəzifədə çalışıb. Eynulla Ağayevdən sonra qəzetə rəhbərliyi uşaq psixologiyasına yaxşı bələd olan, gənc nəslə həsr olunmuş bir çox kitabların müəllifi Əmrah Əmrahov öz üzərinə götürüb. Məlumatlara əsasən, Əmrah Əmrahov tam 22 il "Azərbaycan pioneri" qəzetinə rəhbərlik edib.