Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Piranilər
Piranilər (lat. Serrasalmus) — Şüaüzgəclilər yarımsinfinə, Piranikimilər fəsiləsinə aid, tropiklərin şirinsulu hövzələrində yaşayan balıq cinsi. Uzunluqları 11,4 sm-dən (Serrasalmus sanchezi) 41,5 sm qədər (rombşəkilli pirani) olur. Cənubi Amerikanın şirinsulu hövzələrində yayılmışdır. Amazonka hövzəsində yaşayan hindular tərəfindən qida kimi istifadə edilir. Bəzi növləri akvariumda saxlanılır.
Quranilik
Quranilik (ərəbcə: قرآنيون (qurʾāniyūn)) sadəcə Quran-i Kərimi İslam dininin mənbəsi qəbul edib, digər dini qaynaqları (hədis, məzhəb, təriqət, şəriət, sünnə, icma) rədd edən dini-fəlsəfi cərəyandır. Quranilər ümumi mənada Quranın hər hansı bir şərhə ehtiyac olmadan aydın ola biləcəyini, bunun yanında hədislərin qorunmadığını, qorunan kitabın və sözün yalnız Quran olduğunu və möhkəm qəbul edilən hədislərin belə şübhə daşıdığını, şübhə daşıyan heç bir mətnin dini qaynaq ola bilməyəcəyini söyləyirlər. Quranilər bu düşüncə ilə İslamın ən böyük iki məzhəbi: Sünnilik və Şiəlikdən ayrı sayılırlar. Quran müsəlmanları dini mənbə olaraq sadəcə Quranı qəbul etməkləri ilə birlikdə, dini hakimiyyəti, dini dövlət (teokratiyanı) anlayışını da qəbul etmirlər. Üstəlik bu cərəyan hər hansı bir tarixi şəxsiyyətə bağlı olmadığı üçün məzhəb də sayılmır. Məzhəblər tamamı ilə rədd edilir. İddialarına görə hədislər Məhəmməd peyğəmbərin ölümündən 250–500 il sonra onun adından uydurulmuş, Quranda yer alan İslam dini unudulmuşdur. Bu cərəyanın eyni zamanda VIII əsrdə yəhudilikdə reformasiyanı müdafiə edən Karaim məzhəbi və xristianlığın başlıca cərəyanı olan protestanlıq ilə oxşar cəhətlərinə rast gəlmək mümkündür. Abdullah Chakralawinin liderliyindəki "Quran əhli" Ghulam Əhməd Pervez başçılığı altında "Tolu-e-İslam" Hindistan və Pakistandakı əhəmiyyətli Qurani cərəyanlardır. Bu cərəyanlar hədisi istinad qəbul etməməklə birlikdə hədisləri də tamamilə rədd etməzlər.
Qışlaq-i Piranlı (Xudafərin)
Qışlaq-i Piranlı (fars. قشلاق پيرانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (8 ailə).