Quranilik

Quranilik (ərəbcə: قرآنيون (qurʾāniyūn)) sadəcə Quran-i Kərimi İslam dininin mənbəsi qəbul edib, digər dini qaynaqları (hədis, məzhəb, təriqət, şəriət, sünnə, icma) rədd edən dini-fəlsəfi cərəyandır.

Quranilər ümumi mənada Quranın hər hansı bir şərhə ehtiyac olmadan aydın ola biləcəyini, bunun yanında hədislərin qorunmadığını, qorunan kitabın və sözün yalnız Quran olduğunu və möhkəm qəbul edilən hədislərin belə şübhə daşıdığını, şübhə daşıyan heç bir mətnin dini qaynaq ola bilməyəcəyini söyləyirlər. Quranilər bu düşüncə ilə İslamın ən böyük iki məzhəbi: SünnilikŞiəlikdən ayrı sayılırlar. Quran müsəlmanları dini mənbə olaraq sadəcə Quranı qəbul etməkləri ilə birlikdə, dini hakimiyyəti, dini dövlət (teokratiyanı) anlayışını da qəbul etmirlər. Üstəlik bu cərəyan hər hansı bir tarixi şəxsiyyətə bağlı olmadığı üçün məzhəb də sayılmır. Məzhəblər tamamı ilə rədd edilir. İddialarına görə hədislər Məhəmməd peyğəmbərin ölümündən 250–500 il sonra onun adından uydurulmuş, Quranda yer alan İslam dini unudulmuşdur. Bu cərəyanın eyni zamanda VIII əsrdə yəhudilikdə reformasiyanı müdafiə edən Karaim məzhəbi və xristianlığın başlıca cərəyanı olan protestanlıq ilə oxşar cəhətlərinə rast gəlmək mümkündür.

Qurani cərəyanlar

[redaktə | mənbəni redaktə et]

Abdullah Chakralawinin liderliyindəki "Quran əhli" Ghulam Əhməd Pervez başçılığı altında "Tolu-e-İslam" HindistanPakistandakı əhəmiyyətli Qurani cərəyanlardır. Bu cərəyanlar hədisi istinad qəbul etməməklə birlikdə hədisləri də tamamilə rədd etməzlər.

1974-cü ildə Quranda 19 möcüzəsi olaraq bilinən və İslam dünyasınında böyük mübahisələrə yol açan riyazi sistemi ortaya atan reformist din adamı Rəşad Xəlifənin qurduğu United Submitters International (Beynəlxalq Müsəlmanlar Camaatı) qrupu isə hədissünnəni tamamilə rədd edər, namazdualarda Məhəmməd peyğəmbərin adını zikr etməyi onlara Allaha şərik qoşma (şirk) olaraq qəbul edərlər. Rəşad Xəlifə, hədissünnənin "şeytani təlimlər" olduğunu, hədislərin Məhəmməd peyğəmbər adına uydurulmuş, kütlələri dindən və Allahdan uzaqlaşdıran yalanlar olduğunu, yalnız Quranın dini qaynaq alınması lazım olduğunu müdafiə etdi. 19 Mart 1989 tarixində toplanan və aralarında Şeyx Əbdüləziz Bin Baz ilə Yusuf Kardavinin də olduğu 38 nəfərlik "Dünya İslam Fiqh Şurası" tərəfindən Salman Rüşdi ilə birlikdə ölümə məhkum edildi. Özü haqqında ölüm fətvası və təhdidlərinə baxmayaraq hər gün səhər gün doğmadan əvvəl Tucson Məscidinə getməyi təkrarlanan hala gətirən Rəşad Xəlifə, bu davranışının əvəzini həyatı ilə ödədi. Məscidə saxlanan iki kişininin hücumuna uğrayan Rəşad Xəlifə, iyirmidən çox yerindən bıçaqlanaraq 31 Yanvar 1990 tarixində öldürüldü. Son zamanlar Türkiyədə isə Caner Taslaman, Emre Dorman, Edip Yüksel, Mehmet Okuyan, İhsan Eliaçık və "Kuran Araşdırmalar Grubu" kimi kəslər və qruplar Quran müsəlmanlığı nitqini çox müvəffəqiyyətli bir şəkildə dilə gətirdi. Daha əvvəlcədən Hüseyn Atay və Yaşar Nuri Öztürkündə bu şəkildə müəyyən mübahisələri və müzakirələri olmuşdu. Bu kəslərin danışıqları Caner Taslaman, Edip Yüksel, Emre Dorman kimi kəslər qədər xalq üzərində təsir etməmişdi. Bunun səbəbləri arasında internetin əvvəlkilər zamanında kafi istifadə edilməməsi və Yaşar Nurinin ideoloji görüşlərinin xalq tərəfində bir qarşılığı olmaması yatır. Caner Taslaman, Emre Dorman, Edip Yüksel və bənzərlərinin interneti müvəffəqiyyətli bir şəkildə istifadə etməsi və bu kəslərdən, qruplardan bir birə kimi törəyən blog və sosial media hesabları Quran müsəlmanlığı anlayışını heç olmadığı qədər yaydı.

Azərbaycanda isə ilahiyyatçı olaraq tanınan Elşad Miri və 1993-cü ildə Quran-i Kərimi Azərbaycan dilində tərcümə etmiş Nəriman Qasımoğlu bu cərəyanın aparıcı rollarındandır.

Quranilik və ya Quran müsəlmanlığı (ərəbcə: قرآنيون (qurʾāniyūn) kimi istinad edilir. Quran müsəlmanları özlərini sadəcə Allaha təslim edən, müsəlman və ya reformist kimi qələmə verirlər.

Abbasi xilafəti zamanında İbrahim an-Nazzam (775–845) adlı şair, teoloq və hüquqşünas Nazzamiya adlı bir cərəyan quraraq Qurandan başqa digər bütün dini iddia edilən qaynaqları rədd etmişdir. Məşhur şagirdi Şərqi Afrika əsilli ərəb yazıçısı və alimi olan Əl-Cahiz isə davamlı olaraq hədisləri izləyənləri tənqid edirdi. XIX əsrdə [[Cənubi Asiya]da hədislərin artıq olduğunu düşünən və yeni reformasiyanı müdafiə edən "Quran əhli" adlı hərəkat meydana gəlmişdir. Bu hərəkata ilk qoşulanlar əvvəlcədən hədisləri möhkəm şəkildə müdafiə etmiş, lakin hərəkata qoşulduqdan daha sonra hədislərin hamısını tamamı ilə deyil bir qismini rədd etmişlər. XX əsrdə isə Məhəmməd Tofiq Sidqi tərəfindən Misirdə sələfiliyə qarşı yeni Qurani hərəkat ortaya çıxmışdır.

2015-ci ildə özünü Quran müsəlmanı adlandıran 27 şəxs Sudanda həbs edilmişdir.

Məşhur Quran müsəlmanları

[redaktə | mənbəni redaktə et]

Ahmed Subhy Mansour (1949 təvəllüdlü), Misir kökənli amerikalı müsəlman alim. O, Misirdə kiçik bir Qurani cəmiyyət qurduqdan sonra bəzi ölkələrə sürgün edildi. Hal-hazırda Amerika Birləşmiş Ştatlarında sığınacaq axtaran şəxs kimi tanınır.

Chekannur Maulavi (1936 təvəllüdlü; 29 iyul 1993, itdi), Hindistanın Malappuram mahalında yaşamış müsəlman alimi. "Sadəcə Quran" şüarı adı altında İslam dünyasında mübahisələrə yol açan düşüncələri olmuşdur. 1993-cü ildən sonra birdən-birə itdiyi və o gündən bu günə qədər hələ də tapılmadığı bilinir. Bəzi mütəxxəsislərin fikrinə görə isə o artıq çoxdan vəfat etmişdir.

Edip Yüksəl (1957 təvəllüdlü), kürd kökənli Amerika vətəndaşı. Quranda 19 sistemini ortaya atan Rəşad Xəlifənin dostu və davamçısı olan Edip Yüksəl dini düşüncəsindən dolayı ölkəsində bəzi dini cərəyanlar tərəfindən təqibə məruz qalmış və daha sonradan ölkəsini tərk edərək Amerika Birləşmiş Ştatlarına yerləşmişdir. Peşəsi vəkillik və müəllimlik olan Edip Yüksəl Amerika Birləşmiş Ştatlarında hal-hazırda da öz fəaliyyətini davam etdirir. Brown Mackie Collegezdə fəlsəfəməntiq, Pima Community College-də isə etikahüquq sahəsini öyrədir. Türk, ingilis dillərində tərcümə edilmiş və kütlə arasında böyük bir təsiri olmuş kitabları hələ də oxucular arasında yayğındır.

İbrahim an-Nazzam (775–845), "Nazzamiyya" adlı dini cərəyanın təsisçisi, Afro-İraq filosof, ilahiyyatçı, Əl-Cahizin müəllimi.

Nasir Subhani (1951–1990), kürd mənşəli iranlı və reformist din adamı. Əvvəlcədən sünni olmuş, daha sonra isə hədisləri rədd edərək sadəcə Quranı qəbul etmişdir. İranın Paveh mahalında Quran Akademiyası yaratmışdır.

Rəşad Xəlifə (1935–1990) Misir kökənli amerikalı biokimyaçı və reformist din adamı. Öz kitablarında Quranın yetərli olduğunu, hədislərin, məzhəblərin lazımsız olduğu müdafiə edirdi. Onun düşüncələrinə görə hədis, sünnə və Qurandan kənar hər hansı bir dini qaynaq "şeytan təlimi" sayılırdı. Daha sonradan Səudiyyə Ərəbistanın din adamı Şeyx Əbdüləziz Bin Baz ilə Yusuf Kardavinin də olduğu 38 nəfərlik "Dünya İslam Fiqh Şurası" tərəfindən Salman Rüşdi ilə birlikdə ölümə məhkum edildi. 31 yanvar 1990-cı ildə Camaat ul-Fuqra adlı terror təşkilatının üzvləri tərəfindən qətlə yetirildi.

  1. Ahmad, Aziz, Islamic Modernism in India and Pakistan 1857–1964, Oxford University Press, 1967, pp 14–15
  2. Richard Stephen Voss, Identifying Assumptions in the Hadith/Sunnah Debate, 19.org, Accessed December 5, 2013
  3. Hussein Abdul-Raof, Theological Approaches to Qur'anic Exegesis: A Practical Comparative-Contrastive Analysis, Routledge, 2012, pp. 33–34
  4. Muhammad Qasim Zaman, Religion and Politics Under the Early ʻAbbasids: The Emrgence of the Proto-Sunni Elite, Brill, 1997, pg. 55
  5. G. H. A. Juynboll, The Authenticity of the Tradition Literature: Discussions in Modern Egypt, E. J. Brill, 1969, pg. 77–80
  6. Daniel W. Brown, Rethinking Tradition in Modern Islamic Thought, Cambridge University Press, 1996, pp. 38–41 
  7. Abiodun Alao, Islamic Radicalisation and Violence in Nigeria[ölü keçid], accessed March 1, 2013[dead link]
  8. http://www.albawaba.com/loop/not-right-type-islam-27-muslims-are-trial-sudan-apostasy-777618
  9. Girja Kumar, The Book on Trial: Fundamentalism and Censorship in India, Har Anand Publications, 1997, pp. 34–35
  10. I. M. Al-Jubouri, Islamic Thought: From Mohammed to September 11, Xlibris, 2010, pg. 147
  11. Subhani official website Arxivləşdirilib 2015-07-14 at the Wayback Machine (in Kurdish Sorani), article of inauguration
  12. "State of Arizona v. Francis, Glen Cusford :: The Investigative Project on Terrorism"The Investigative Project on Terrorism. Retrieved 2015–12-14 ^ a b "The Quranist Path"
  13. ^ Edip Yüksel, Layth Saleh al-Shaiban, Martha Schulte-Nafeh, Quran: A Reformist Translation, Brainbow Press, 2007
  14. ^ http://www.albalagh.net/prophethood/response_rejecters.shtml
  15. ^ http://www.aboutquran.com/ba/ba.htm
  16. ^ Bazm-e-Tolu-e-Islam
  17. ^ http://www.quranists.com/pillars.html
  18. ^ Rethinking Tradition in Modern Islamic Thought — Page 38, Daniel W. Brown — 1999
  19. ^ Masjid Tucson