Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pircamal
Pircamal — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Pircamal kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini qədim Beylaqandan köçüb gəlmiş ailələr salmışlar.Ermənilər tərəfindən Vardadzor adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pircamal kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == XIX əsrin II yarısına məlumata görə kənd mənşəcə Bəyləqan (əsli Biləqan) şəhərindən çıxma ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1828-ci ildən sonra kənddə ermənilər də yerləşdirilmişdir.Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal pirinin adi ilə bağlıdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pircamal kəndinin əhalisinin faktiki sayı 155 nəfər, qeydiyyatdakı əhalinin sayı 193 nəfər təşkil edirdi.
Pirkaman (Sərab)
Pirkaman (fars. پيركمان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Pirkanmaa
Pirkanmaa (fin Pirkanmaa; isv. Birkaland) və ya hökumət sənədlərindəki adı ilə Tampere regionu - Finlandiyanın vilayətidir. Bu vilayət Satakunta, Mərkəzi Finlandiya, Cənubi Ostrobotniya, Pyayat-Hyame, Kanta-Hyame və Cənub-qərbi Finlandiya vilayəti ilə sərhəddədir. Kokemyaki çayı suayrıcındakı su sahəsinin böyük hissəsi Pirkanmaa vilayətində yerləşsə də, Vanayavesi gölünün bir hissəsi Kanta-Hyame vilayətinə düşür. Vilayətin adı Orta əsrlərdə bugünki Pirkanmaanın böyük hissəsini əhatə edən Pirkkaladan gəlir. Tampere vilayətin mərkəzi şəhəri və Pirkanmaanın paytaxtı, eyni zamanda vilayətin ən böyük şəhəridir. Pirkanmaanın ümumi əhalisi 30 sentyabr 2020-ci ildə 520,532 nəfər olmuşdur, bu da onu vilayətlər içərisində Uusimaadan sonra ikinci böyük vilayət edir. Əhali sıxlığı ümumi Finlandiya ortalamasından iki dəfə çoxdur və əhalisinin əsas hissəsi Tampere rayonunda cəmlənib. == Rayonlar == Vilayət 5 rayon və 22 kommunadan ibarətdir. Qalın şriftlə göstərilən 12 kommunanın şəhər statusu var.
Pirzaman
Pirzaman (fars. پيرزمان‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (12 ailə).
Pirkal
Pirkal- Aquifoliaceae fəsiləsində 400-600 növ Çiçəkli bitkilərdən olan bitki cinsi. == Əsas növləri == Ilex affinis Gardner Ilex ×altaclerensis (Loudon) Dallim. Ilex amelanchier M. A. Curtis ex Chapm. Ilex aquifolium L. Ilex ×aquipernyi Gable ex Whittem. Ilex argentina Lillo Ilex arimensis (Loes.) Britton ex R. O. Williams Ilex asprella (Hook. & Arn.) Champ. ex Benth. Ilex ×attenuata Ashe Ilex ×beanii Rehder Ilex bioritensis Hayata Ilex brasiliensis (Spreng.) Loes. Ilex brevicuspis Reissek Ilex buergeri Miq. Ilex canariensis Poir.
Mircamal Əbülfətov
Mircamal Əbülfətov — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. 1958-ci il 17 dekabr tarixində Lənkəran şəhərində anadan olub. Lənkəran şəhərlərarası yükdaşıma idarəsində fəhlə işləyib. Qara Yanvar hadisəsi zamanı şəhid olduqdan sonra yeddi yaşında bir qız övladı qalmışdır. Hadisə vaxtı atışma səsinə küçəyə çıxıb. XI Qızıl Ordu meydanı tərəfdə çoxlu yaralının olduğunu eşitdikdən sonra ora yollanıb. Ərazidə olan yaralılara kömək etmək istəməyi sovet əsgərlərinin xoşuna gəlməyib və Mircamal Əbülfətova atəş açılıb. Qarın və sinə nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya aparılarkən saat 03:30 dəqiqədə yolda olarkən keçinib.
Mirkamil Rəhimov
Mirkamil Rəhimov (tam adı: Mirkamil Pirəli oğlu Rəhimov; 18 iyun 1956, Bakı – 30 mart 2016, Bakı) — Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi idman şöbəsinin keçmiş müdiri, respublikanın "Əməkdar bədən tərbiyəsi və idman xadimi". == Həyatı == 18 iyun 1956-cı ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən başlayaraq idmanın sərbəst güləş növü ilə yaxından məşqul olub və idman ustalığına namizəd normasını yerinə yetirib. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakultəsinə daxil olub. 1977-ci ildə institutu müvəfəqiyyətlə bitirdikdən sonra, Rusiyanın Xabarovsk vilayətinin Svobodnı şəhərində bir il hərbi xidmət keçib. Hələ tələbəlik illərində Azərbaycan SSR Avtomobil Nazirliyinin 2708 nömrəli avtomobil dəstəsində istehsalat gimnastikası üzrə təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında xidmətini bitirdikdən sonra yenidən öz iş yerinə qayıdıb. “Bədən tərbiyəsi və idman əlaçısı” adına layiq görülən M.Rəhimov 1987-ci ildə Həmkarlar ittifaqları idman cəmiyyətinin Bakı şəhər Şurasında baş təlimatçı vəzifəsinə təyin olunub. 1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi, sonralar isə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.