Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Piroksenlər
Piroksenlər — minerallar, zəncirvari quruluşlu metasilikatlar. Piroksenlər ümumi formulu W(X, U)1+p[Z2O6], burada W=Ca, Na; X=Mg, Fe2+, Mn, Ni, Li; U=Al, Fe3+, Cr, Ti; Z=Si, Al. Rombik piroksenlər p»1, monoklinik piroksenlər p»0-1. Sərtliyi 5-6, Xüsusi çəkisi 3-3,5, çox nadir hallarda 4-dək. Rombik piroksenlər ayrılması {210} üzrə mükəmməl, monoklinik piroksenlər 87° bucaq altında {110} üzrə mükəmməl. Rombik piroksenlər enstatit-ferrosilit (Fs) fasiləsiz izomorf seriya əmələ gətirir. Fe komponentinin miqdarı - 0-12, bronzitdə - 12-30, hiperstendə - 30-50, evlitdə - 50-88 və ferrosilitdə - 88-100 mol. %. Fe miqdarı ilə elementar özəyin parametrləri arasında düz asılılıq müəyyən edilmişdir. Bir sıra rombik piroksenlər inversiyaya uğramış pijonitin səmtlənmiş lövhəcikvari, monoklinik piroksenlər cücərtiləri olur.
Pirəmsən
Pirəmsən — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 908 nəfərdir. 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının inzibati bina kompleksi inşa olunmuşdur.
Pirəmsən bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.