Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parametrik dövrə
Parametrik dövrə xassələri zamandan asılı olan və qeyri-stasionar sistem operatoru T(t) ilə xarakterizə olunan xətti dövrədir [1]. Belə dövrəyə dəyişən parametrli dövrə də deyilir. Parametrik dövrələrdə giriş siqnalının ugir(t) çevrilmə qanunu uçıx(t) = T(t)• ugir(t) kimidir. Parametrik dövrə termini xətti dövrənin tərkibində parametrlərindən heç olmazsa biri zaman funksiyası olan elementin olması ilə əlaqədardır. Radiotexnikada rezistiv R(t), tutum C(t) və induktiv L(t) parametrik elementlərdən istifadə olunur. Xətti və qeyri-xətti parametrik dövrələri fərqləndirirlər. Xətti parametrik dövrələrdə elementlərin parametrləri qoşulan gərginlikdən asılı olmur. Lakin reaktiv elementlərdən heç olmazsa biri zamanca dəyişir. Xətti parametrik dövrələr dəyişən əmsallı xətti diferensial tənliklərlə ifadə olunur, məsələn, d2x/dt2+a1•(dx/dt)+a0(t)•x=f(t), burada x - dövrənin elementindəki cərəyan və ya gərginlik, f(t) - xarici təsirdir. Xətti parametrik sistemin fərqləndirici xüsusiyyəti elementin parametrini idarə edən köməkçi rəqs mənbəyinin olmasıdır.
Biometrik autentifikasiya
Biometrik autentifikasiya (və ya Biometriya) – insanın bioloji xüsusiyyətlərinə əsasən kimliyin müəyyən edilməsi, tanınması Müxtəlif tətbiqlərdə bir sıra biometrik parametrlər istifadə edilir. Hər biometrik parametrin üstün və zəif cəhətləri var və seçim adətən tətbiqdən asılı olur. Aşağıda geniş məlum olan biometrik parametrlərin qısa xülasəsi verilir. Barmaq izlərinə görə identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın əl barmaqlarında papilyar naxışların unikallığı ideyası durur. Barmaq izini papilyar xətlər əmələ gətirir, onların quruluşu dərinin şırımlarla ayrılmış qılıc çıxıntılarının sıraları ilə şərtlənir. Bu xətlər mürəkkəb naxışlar əmələ gətirirlər (qövs, ilgək və spiral), onların aşağıdakı xassələri var: fərdilik və təkraredilməzlik; zamana görə sabitlik (bətndaxili inkişafdan meyidin çürüməsinədək); bərpa olunma (dəri qatının səthi zədələndikdə xətlərin quruluşu əvvəlki şəklində bərpa olunur). Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır.
Biometrik parametrlәr

İzometrik görünüş
İzometrik görünüş (ing. isometric view, rus. изометрическое представление, türk. izometrik görünüm) – kompüter qrafikasında: fəza fiqurlarını və ya obyektlərini üç ölçüdə – hündürlük və enlə, ancaq dərinliklə verilə bilən perspektivi dəyişmədən göstərən təqdimolunma üsulu. Məsələn, kubun izometrik görünüşünü yaradan rəsm proqramı onun tərəfini dərinlik fərqi olmaqla hündürlüyünə və eninə birin-birə nisbətində göstərir; yəni uzun tərəflər perspektivdə olan görüntü kimi məsafə artdıqca qısalmır. İzometrik görünüşün üstünlüyü ondadır ki, görüntünün hər bir tərəfinin uzunluğu şəklin miqyasına nisbətdə həmişə "düzgün", dəqiq olur. Tut: PERSPECTIVE VIEW. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.