Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İylənmiş corab
İylənmiş corab və ya qoxumuş corab – uzun müddət istifadə olunduqdan sonra spesifik xoşagəlməz qoxuya malik corablar. Qoxuya səbəb ammonyak, yağ turşuları (xüsusilə, izovalerian turşusu) və süd turşusu qarışığıdır. İylənmiş corablar it və ağcaqanad kimi bəzi heyvanları özünə cəlb edir. İylənmiş corab qoxusunu tez-tez ayaqla əlaqələndirsələr də, insan ayağının süd məhsulları, pendir, sosiska, balıq kimi qidalarla təması nəticəsində yaranır, eləcə də, təbiətdə bəzi bitkilər də iylənmiş corab qoxusuna malikdir. Bəzən iylənmiş corab qoxusuna binaların və avtomobillərin hava təmizləmə sistemlərində də təsadüf olunur və bu hal "iylənmiş corab sindromu" adlanır. İylənmiş corab qoxusunu azaltmaq üçün corabın hazırlandığı parçalara xüsusi materiallar daxil etməyi təklif edən yeni texnologiyalar təklif olunmuşdur. Uzun müddət istifadə olunmuş corabdan gələn spesifik iyin bu birləşmələrdən qaynaqlandığı düşünülür: yağ turşusu (yağ iyisi verir) dimetil disulfid (soğan iyisi verir) dimetil trisulfid 2-heptanon (banan iyisi verir) 2-nonanon (meyvə, piy, çiçək iyisi verir) 2-oktanon (alma iyisi verir) İylənmiş corab qoxusu izovalerik asidoz xəstəliyinin əlamətlərindən biridir. 2-ci növ diabeti müalicə etmək üçün istifadə olunan metformin maddəsindən bənzər qoxu gəldiyi üçün pasiyentlər bu dərmandan imtina edirlər. Yaponiyada istifadə olunan qoxubilmə testlərinin biri "tərli corab" iyisini müəyyən etməyə əsaslanıb. Alkil nitritlər yeni olduqda meyvə qoxusu versə də, vaxt keçdikcə onlardan iylənmiş corab iyisi gəlir.
Piylənmə
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.
İşlənmiş yağlar
İşlənmiş yağlar tərkibində əsasən parafin və aromatik karbohidrogenlər, qocalma məhsulları və metallar olan dizel, aviasiya, həmçinin hidravlik sistemlərdə və transmissiyalarda istifadə olunan yağlardır. Metallar əsasən qurğuşundan ibarətdir. Bu metallar yanacağa qatılan qurğuşun antidefonatorların istifadəsi ilə yağa düşür. Son 70-ci illərdə bu defonatorlara qoyulan məhdudiyyətlə onun istifadəsi hazırda 1,0%-dən 0,1%-dək düşmüşdür. Buna baxmayaraq işlənmiş yağların tərkibində onun azacıq miqdarı ekoloji problem yaradır. Müxtəlif çətinliklərə baxmayaraq işlənmiş yağlardan faydalanmaq aktuallığı davam edir. Emal prosesləri üç əsas istiqamətdə aparılır: baza komponentlərinin alınması; işlənmiş yağların təyinat növləri ilə regenerasiyası, bu halda qocalma prosesi ilə tərkibdə qalan aşqarların parçalanmasının qarşısını almaqla əmtəə yağlarının yenidən bərpası; işlənmiş yağlar qarışığından emal prosesi ilə yanma sobalarında istifadəsinin təyini. Təəssüf ki, sürtkü yağlarının işlənmiş nümunələrinin ətraf mühitə təsiri və onların müxtəlif sənaye tullantıların ətraf mühitə neqativ təsirini qiymətləndirən yeganə metod olmadığından onların verdiyi ziyanı kəmiyyətcə qiymətləndirmək mümkün olmur. Bu isə insanların zəhərlənməsi ilə əlaqədar onların əmək qabilyyətinin itirməsi, kadrların azalması, milli gəlirin aşağı düşməsi və s. ilə nəticələnir.
İşlənmiş qazın çıxması sistemi
Səsboğucu – Daxili yanma mühərrikində yanan qazın xaric edilməsinə kömək edən qurğunun adıdır. Mühərrik işləyən zaman yaranan artıq qazlar bu qurğunun köməyi ilə çölə çıxarılır. Mühərrikin səsboğucu hissəsindən son çıxışa qədər çoxsaylı susdurucularla gurultu minimuma endirilərək səssiz bir qaz çıxarılmasına şərait yaradılır.