Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plazmid
Plazmid, öz özünü kopyalaya bilən, xomosomdan ayrı bir DNT hissəsidir. Tipik olaraq dairəvi və cüt sarmallıdır. Ümumiyyətlə bakteriyalarda, bəzən eukariotlarda da tapılır. Bir hüceyrədə böyük bir plazmidin bir surəti, daha kiçik boy plazmidlərin isə yüzlərlə kopyası ola bilər. Hətta, yüksək kopya sayına sahib olması məqsədilə seçməyə məruz qalmış bəzi süni plazmidlərin minlərlə nüsxəsinə rast gəlmək olur. Çoxu plazmid içində olduqları bakteriyaya selektif üstünlük təmin edən, bakteriyanı bir antibiotikə müqavimətli etmək kimi xüsusiyyətlər təmin edən genlər və ya gen qrupları daşıyırlar. Hər plazmid xromosomdan müstəqil olaraq kopyalanmasını təmin edən, bir DNT qovluğuna malikdir. Plazmid termini Amerikalı molekulyar bioloq Coşua Lederberq tərəfindən 1952-ci ildə ilk dəfə istifadə edilmişdir.
Plastid
Plastidlər – sitoplazmanın içərisində yerləşən və onda davam edən maddələr mübadiləsinin gedişində çox mühüm rol oynayan canlı orqanizmlərdən bir qrupudur. Onlara ancaq yaşlı bitkilərdə rast gəlmək olur. Kolloidal quruluşlu plastidlər sitoplazmaya nisbətən xeyli qatıdır. Cisimciyi stroma adlanır. Stromanın əsasını plazma tipli zülallar və lipoidlər təşkil edir. Plastiddə toplanan piqmentdən asılı olaraq bitkilərdə 3 müxtəlif plastid ayrılır: leykoplastlar, yaxud rəngsiz plastidlər; xloroplastlar – yaşıl plastidlər və xromoplastlar – sarı, qonur, narıncı və qırmızımtıl plastidlər. Mühit amillərinin təsirindən, bitkinin mövcud inkişaf fazasından və ən nəhayət, hüceyrədə davam edən mübadilə reaksiyalarının gedişindən asılı olaraq bir növ plastid başqa növ plastidə çevrilə bilər. Xloroplastlar bitkinin mürəkkəb quruluşlu orqanoidi olub sitoplazmadan ikiqat membranla ayrılır.
Plazia
Plazia (lat. Plazia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Plazia cheiranthifolia Wedd. Plazia daphnoides Wedd.
Plazma
Tibbi termin üçün bax qanın plazması Plazma - müsbət və mənfi yüklü sərbəst zərrəciklərdən, neytral və ya qismən ionlaşmış atomlardan təşkil olunmuş elektrik cəhətdən neytral olan sistem. Yüksək dərəcədə ionlaşmış qaz halına da plazma deyilir. Terminini fizikaya 1923-cü ildə İrvinq Lənqmür daxil etmişdir. Müsbət yüklər müsbət ionlardan, mənfi yüklər isə əsasən elektronlardan (bəzən mənfi ionlardan) ibarətdir. Qaz atomlarının ionlaşması zərrəciklərin zərbəsi, elektromaqnit şüalanmasının təsiri və s. nəticəsində baş verir və ionlaşma dərəcəsi ilə xarakterizə olunur. Termodinamikasına və bir sıra digər xassələrinə görə plazma iki qrupa ayrılır: alçaq temperaturlu (qaz boşalması və ya qeyri-izotermik) plazma və yüksək temperaturlu (təbii və ya izotermik) plazma.
Plazi
Plazi davamlı və açıq əlçatan rəqəmsal bio-taksonomik ədəbiyyatın inkişafını dəstəkləyən və təşviq edən İsveçrədə yerləşən beynəlxalq qeyri-kommersiya təşkilatıdır.
Plazia pinnifolia
Gypothamnium (lat. Gypothamnium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Gypothamnium pinifolium Phil. Sinonim Plazia pinnifolia (Phil.) O.Hoffm.
Plazma ekran
Plazma ekran bir göstərmə paneli növüdür. 30 düyüm (76 sm) və daha yuxarı ölçüdəki ekranlar üçün məsləhət görülür. Ümumi strukturlarını içlərində sıxışdırılmış ionlu qaz olan elektrik yüklü görünüş hüceyrələri meydana gətirir. Plazma ekranlar görünüşü birbaşa ekran hüceyrələrindən yayırlar. Bu xüsusiyyət sayəsində ekran üzərinə enən görünüş kadrı üzərində detal itkisi və ya kəskinlik meydana gəlmir. Görünüş parçacıqları eyni anda birbaşa yayımlandığı üçün xüsusilə hərəkətli görünüşlərdə gözlə görünən bir axıcılıq meydana gəlir. Bununla birlikdə ekranın izlənmə bucağı 175 dərəcəyə qədər yüksəldiyi kimi rəngdə və kontrastda itkilər meydana gəlmir. Plazma ekranlar LED ekranlara görə daha çox enerji xərcləyərkən, LED ekranlarla eyni nisbətdə güc sərf edir. Plazmalarda bir piksel işıqlanması üçün tək bir plazma hüceyrəsinin işıqlanmasına ehtiyac duyulur. Qara görünüş o hüceyrənin sönməsi ilə təmin edildiyi üçün qara rənglər gerçəyə çox yaxın görünür.
Plazma kimyası
Plazmokimya plazmada gedən prosesləri öyrənir. Plazma ionlaşmış qarışıqdır. Az ionlaşmış və ya aşağı temperaturlu və yüksək temperaturlu plazmaya bölünmə var. Plazmokimyəvi proseslər 1000-100000C temperatur intervalında aparılır. Bu proseslər yüklənmiş və ya həyəcanlanmış hissəciklərin toqquşması ilə baş verir və yüksək sürətə malikdir. Plazmokimya proseslərində kimyəvi rabitənin yenidən paylanması yüksək sürətlə baş verir. Kimyəvi çevrilmənin elementar aktları təqribən 10−6 saniyə ərzində baş verir və dönməyən proseslərdir. Belə reaksiyalar adi zavod treaktorlarında, dönər proseslər səbəbindən, min və milyon dəfələrlə zəifləyir. Plazmokimya prosesləri yüksək məhsuldarlığı ilə seçilir. Metan plazmotronu 65 sm uzunluğu və 15 sm diametri olmasına baxmayaraq gündə 75 ton asetilen istehsal edir.
Bols-Pramid adası
Bols-Pramid (ing. Ball's Pyramid) — Tasman dənizində yerləşən, yaşayış olmayan vulkanik ada. Avstraliyaya aid ada ümumdünya irsi siyahısına daxildir. Lord Houv adasından 20 km cənub-şərqdə yerləşir, elə həmin ada ilə birlikdə 1788-ci ildə kəşf edilmişdir. Ada uzaqdan yelkəni və ya piramidanı xatırladır. Bols-Piramid Yer üzündə ən yüksək vulkanik uçurumdur. == Coğrafiyası == Ada inzibati baxımından Avstraliyanın Yeni Cənubi Uels ştatı ərazisinə daxildir və 21 iyun 2000-ci ildən Lord Houv dəniz parkının bir hissəsidir. Adanın maksimal hündürlüyü 562 metrdir. Uzunluğu isə 200 m təşkil edir. Onun yaxınlığında bir neçə kiçik qayalıqlar yardır.
Trombositlərlə zənginləşmiş plazma
Trombositlərlə zənginləşmiş plazma, PRP (ing. platelet rich plasma) – xəstənin öz qanından alınmış plazma trombositlərlə zənginləşdirilir və trombositlərin sayı periferik qanla müqayisədə dəfələrlə artmış olur. Trombositlərin tərkibində olan inkişaf faktorları regenerasiya proseslərini gücləndirir. Oynağa yeridilən belə plazma iltihabi söndürür.