Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pilenay
Pilenay qalası — Litvada orta əsrə aid bir qala. Litva tarixində qala qəhrəmanlıqla müdafiə olunması ilə məşhurdur. Knyaz Marqirisin başçılıq etdiyi tarixi müdafiə, 1336-cı il fevralın 25-də qala Tevton ordeni tərəfindən mühasirəyə alındıqda baş vermişdir. Qalaya yürüş Qrand Master Ditrix fon Altenburq tərəfindən əmr edildi. Onun məqsədi birbaşa Prussiya ilə sərhəddə yerləşən Jemaytiyanın mühüm qalasını dağıtmaq olur. Pilenay və ətrafnın sakinləri özlərini daha böyük bir düşməndən qorumağın mümkün olmayacağını başa düşdükdə, düşmənin heç bir dəyər əldə etməməsi üçün bütün əmlaklarını məhv edərək kütləvi intihar etmək, həmçinin qalanı yandırmaq qərarına gəldilər. Tevton ordeni tabe olmaqdan və qul olmaqdansa ölməyi üstün tutdular. Əvvəlcə sakinlər əmlaklarını yandırdılar, qalaya atəş vurdular. Sonra kişilər, qadınlar və uşaqlar intihar etdilər. Livoniyalı salnamələrə görə əvvəlcə yaşlı keşiş yüzdən çox qala müdafiəçisi - kişilər, qadınlar, uşaqları bir balta doğradı.
Plebey
Plebeylər (plebeii, plebs — sadə xalq) — Qədim Romada azad əhalinin zümrələrindən biri. E.ə. III əsrin əvvəlinədək icma torpağından istifadə hüququna malik deyildilər, xüsusi mülkiyyətçi kimi onların kiçik torpaq sahələri vardı. Əkinçiliklə yanaşı sənətkarlıq və ticarətlə də məşğul olurdular. Patrisilərə qarşı mübarizə (e.ə. V əsrin əvvəli-e.ə. III əsrin əvvəli) nəticəsində plebeylər patrisilərlə eyni dərəcədə vətəndaşlıq və siyasi hüquqlara nail oldular; Roma xalqının tərkibinə daxil edildilər, patrisilərlə birgə nobilitet yaratdılar. Plebeylər termini e.ə. 3–2 əsrlərdə tam hüquqlu, lakin əsilzadə olmayan vətəndaşlara aid edilirdi.
Plener
Plener (fr. plein air – açıq hava) — boyakarlıqda günəş işığı və atmosferin təsiri ilə əmələ gələn rəng dəyişikliklərinin tabloda verilməsini ifadə edən termin. Plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real simasını daha tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlmişdir. Renessans dövrü rəssamları gümüşü-boz rəng çalarlarından istifadə edərək tablolarında işıq-hava mühitini ustalıqla vermişlər. Ancaq plener prinsiplərinin geniş yayılması XIX əsrin 1-ci yarısına təsadüf edir. Plener prinsipləri XIX əsrin ortalarında Barbizon məktəbinə mənsub rəssamların, eləcə də K. Koronun, əsrin 2-ci yarısında isə impressionizm nümayəndələri K. Mone, K. Pissarro, O. Renuar və başqalarının yaradıcılığında əksini tapmışdır. Rusiyada İlya Repin, Surikov, Levitan, Azərbaycanda isə Səttar Bəhlulzadə və başqaları bir sıra əsərlərini plenerdə yaratmışlar. ASE, VII cild, Bakı, 1983. səh. 559.
Polenta
Polenta (italyan dilində deyilişi: [poˈlɛnta])-İtaliyada yayılmış yemək növü.
Lenti
Lenti (sloven. Lentiba) — Macarıstanın Zala medyesində, Avstriya, Slovakiya və Xorvatiyanın sərhədində yerləşən rayon.
Pşent
Pşent (düzgün pa-sxemit q.misir sḫm.tỉ "iki güclü" q.yun. ψχεντ "psxent") Qədim Misir fironlarına məxsus iki tacın : Aşağı Misir hökmdarlarına məxsus qırmızı "deşret"in və Yuxarı Misir hökmdarlarına məxsus ağ "hecet" ilə birləşməsindən yaranmışdır.
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Jaume Plensa
Jaume Plensa (isp. Jaume Plensa; 23 avqust 1955[…], Barselona) — İspaniya rəssam və heykəltəraşıdır. == Həyatı == Jaume Plensa Kataloniyanın Barselona şəhərində doğulmuş və “Llotja” məktəbində, daha sonra isə Escola Superior de Belles Arts de Sant Jordi ali incəsənət məktəbində təhsil almışdır. == Yaradıcılığı == Sənətkarın ən məşhur əsəri İllinoysin Çikaqo şəhərindəki Millennium parkında quraşdırılmış Tac fəvvarəsidir. It opened in July 2004. Fəvvarənin açılışı 2004-cü ilin iyulunda baş tutmuşdur. Fəvvarə qara qranitdən işlənmiş əks olunma (reflekt) hovuzu və şüşə kərpiclərdən hörülmüş cüt qüllələrdən ibarətdir. LED işıq lampalarından istifadə edilmiş qüllələrin hər biri 15 metr hündürlüyə malikdir. Plensanın “Blake in Gateshead” adlı digər bir əsəri isə Şimal-Şərqi İngiltərədə yerləşir. Qeytshed şəhərinin Baltik Müasir İncəsənət Mərkəzinin həyətində yerləşən həin əsərin mərkəzindən gecə vaxtı göyə lazer işığı buraxılır.
Le-Plante
Le-Plante (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Plebey tribunu
Xalq tribunları (plebey tribunları) (lat. tribuni plebis) — Qədim Romada plebeylərdən (e.ə. 494 ildən) seçilən vəzifəli şəxslər. Xalq tribunları plebeylərin hüquqlarını müdafiə edir və onların xeyrinə qanunlar həyata keçirirdilər. Onlar magistrat və senatın qərarlarını ləğv etmək hüququna malik idilər. Tribunların şəxsiyyəti toxunulmaz və müqəddəs hesab edilirdi. İmperiya dövründə xalq tribunları əslində real əhəmiyyətlərini itirdilər.
Pretty. Odd.
Pretty. Odd. — ABŞ pop-rok musiqi qrupu Panic at the Disco(en)-nun ikinci studiya albomu. 25 mart 2008-ci ildə Decaydance və Fueled by Ramen tərəfindən buraxılıb.
Betula lenta
Betula lenta (lat. Betula lenta) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Georgi lenti
Georgi lenti — Rusiyanın imperiya simvollarından biri. 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurdu. Həmin vaxtlardan başlayaraq, lentin standartı belədir: 3 qara, 2 narıncı xətt. Hazırda isə "Georgi lenti" Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur. == Qalmaqallar və qadağalar == === Latviya === Latviya hökuməti Georgi lentini 2014-cü ilin mayında qadağan etməyə təklif edib. Bundan əvvəl, Latviya ictimai tədbirlərdə Sovet rəmzlərinin istifadəsini qadağan etmişdi. === Litva === Litvada da Latviyada kimi qadağa müzakirə olunurdu.
Maqnit lenti
Maqnit lenti - tape ~ магнитная лента ~ manyetik bant – üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Maqnit lent kartrici - tape cartridge ~ кассета магнитной ленты ~ bant kartuşu ~ müəyyən dərəcədə audiokassetə bənzəyən və içərisində maqnit lenti olan modul. Qabaqlar maqnit lent kartriclərindən sərt disklərdə saxlanılan informasiyanın üzünü çıxarmaq üçün istifadə edilirdi. 1952-ci ildə “IBM System 701” kompüterlərində informasiyanın saxlanması, yazılması və əldə olunması üçün maqnit lentlərindən istifadə olunmuşdur. Bu lentlər daha sonra geniş yayılmış və kompakt-kasetlər formasında istifadə olunmağa başlamışdır. Maqnit lent qurğusu – tape drive ~ накопитель на магнитной ленте ~ teyp sürücü ~ maqnit lentində oxuma-yazma əməliyyatına yerinə yetirmək üçün lenti hərəkət etdirən qurğu. Tar file – UNIX əməliyyat sistemində: tar (“tape archive” – “lent arxivi”) proqramı vasitəsilə bir faylda birləşdirilmiş fayllar toplusu. (Hazırda tar fayllar lentdə deyil, demək olar ki, həmişə diskdə saxlanılır.) tar faylı açmaq, yəni ona toplanmış faylları çıxartmaq üçün aşağıdakı komandadan istifadə olunur: % tar –xvf filename.tar ZIP fayllardan fərqli olaraq, tar sıxılmış fayl deyil; belə ki, tar fayllar çox zaman başqa utulit (compress) vasitəsilə sıxılmış olur.
Möbius lenti
Möbius lenti — bir lentin bir ucunu 180 dərəcə çevirərək digər ucu ilə birləşdirməklə yaranan səthdir. Bu həndəsi fiqurun adi lentdən fərqli olaraq bir üzü (Evklid fəzasında yerləşdirildikdə) və bir sərhədi var. İlk dəfə 1861-ci ildə Yohan Benedikt Listinq tərəfindən kəşf edilmiş, dörd il sonra Avqust Ferdinand Möbius tərəfindən tərifi verilmişdir. Möbius lentinin bir nümunəsi bir kağız lentin bir ucunu tərs çevirib digər ucuna şəkildəki kimi dövrə yaradacaq şəkildə yapışdırmaqla yaradıla bilər. Möbius lentinin bir sıra maraqlı xüsusiyyətləri var. Tikiş nöqtəsindən(şərti olaraq ucların birləşdiyi yer) başlayaraq ortaya doğru çəkilən xətt yenidən gəlib tikiş nöqtəsinə çıxır, lakin digər üzdə. Davam etdikdə, xətt başlanğıc nöqtəyə birləşir və ilkin lentin iki qatı uzunluğunda olur. Bu vahid kəsilməz əyri Möbius lentinin yalnız bir sərhədi olduğunu göstərir. Möbius lentini orta xətti boyunca kəsdikdə iki lent deyil, iki qıvrımı olan uzun bir lent alınır və alınan fiqur Möbius lenti deyil. Bu ona görə baş verir ki, Möbius lentinin ilkin lentin iki qatı uzunluğunda olan bir kənarı var.
Puent-Nuar
Puent-Nuar (fr. Pointe-Niore; hərfi tərcüməsi: "Qara nöqtə") — Afrikada, Konqo Respublikasında eyniadlı əyalətdə yerləşən şəhər. Konqo Respublikasının Brazzavildən sonra ən böyük ikinci şəhəridir. Atlantik okeanının sahilində yerləşir. Əhalinin sayına görə də şəhər ölkə üzrə ikincidir. 2010-cu ilin siyahıalmasına görə şəhərdə 829.134 nəfər yaşayır. Şəhərdə bir liman, bir hava limanı və 550 km uzaqlıqda olan Brazzavillə əlaqə saxlamağa yardımçı olan dəmiryolu var. Fransa müstəmləkəsi dövründə qurulan şəhər fransız qüvvələri üçün salınmışdır. Bu torpaqlara ilk dəfə 1484-cü ildə gələn portuqallar sahildən görünən qara qayalıqlar səbəbi buranı "Qara nöqtə" adlandırmış, daha sonra fransızların gəlişindən sonra uyğun adla — Puent-Nuar ("Qara nöqtə") əvəz olunmuşdur. 1924–1934-ci illərdə Brazzavillə dəmir yolu xətti inşa edilmiş, 1939-cu ildə isə liman istifadəyə verilmişdir.
Cyanea (plant)
Sianeya (lat. Cyanea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Kittelia Rchb. === Heterotipik sinonimləri === Macrochilus C.Presl Rollandia Gaudich.
Lento Qoffi
Lento Qoffi (it. Lento Goffi; 15 noyabr, 1923, Kiari – 14 yanvar, 2008, Breşia) — İtaliya şairi və yazıçısı. == Həyatı == Lento Qoffi 15 noyabr 1923-cü ildə antifaşist ailəsində anadan olub, Milan Universitetində müasir ədəbiyyat fakültəsini bitirib, daha sonra Breşiyadakı bəzi məktəblərdə müəllimlik edib. Qoffi Eliza Markina ilə ailəli olub, onların Corcio adlı bir oğlu olub. Qoffi 2008-ci ildə Breşiadakı yaşlılar üçün müalicə müəssisəsində vəfat edib.
Lenta.ru
Lenta.ru — 1999-cu ildə Effektiv Siyasət Fondunun köməyi ilə Anton Nosik tərəfindən təsis edilmiş rus onlayn xəbər saytıdır. comScore-un 2013-cü ilin aprelində apardığı araşdırmaya görə, Lenta.ru bütün dillərdə olan Avropa xəbər saytları arasında trafikə görə 5-ci yeri tutmuşdur. 2014-cü ildə redaksiya heyətinə siyasi motivli müdaxilə səbəbindən nəşrin rəhbərliyində dəyişiklik oldu. Baş redaktor Qalina Timçenko və 39 işçi həmin ilin noyabrında yeni Meduza layihəsinin əsasını qoyaraq nəşri tərk etdilər.
Salvia lenta
Salvia polystachia (lat. Salvia polystachia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Preney yarimadasi xalqlari
İberlər və ya iberiyalılar (lat. Hibērī, yun. Ἴβηρες, İberes) — əvvəllər şərqi və qərbi İspaniya ərazisində məskunlaşmış, sonralar isə Pireney yarımadasının xeyli hissəsinə yayılmış qədim tayfalar. Onlar arasında turdetan, turdul, bastetan, karpetan və başqa tayfalar var idi. İberlərin məntəyi haqqında muxtəlif mülahizələr mövcuddur. İberlər haqqında ilk yazılı mənbə e.ə. VI əsrə aiddir. İspaniyanın cənub hissəsi (indiki Əndəlüs və Mursiya) İberiya mədəniyyətinin əsas mərkəzi idi. E.ə. VI–III əsrlərdə İspaniyaya soxulmuş keltlərlə iberlərin qaynayıb-qarışması nəticəsində kelt-iber tayfaları qrupu yaranmışdır.
The Pretty Reckless
The Pretty Reckless — qrup 1993-cü ildə doğulan Amerikan gənc aktrisa Taylor Momsen tərəfindən quruldu. Digər qrup üzvləri: Ben Phillips (gitara), Mark Damon (bass gitara) və Jamie Perkins (zərb alətləri). Əvvəlcə qrupun adı The Reckless olmalı idi, amma onu müəllif hüququyla problemlərə görə The Pretty Reckless ilə əvəz etdilər. Qrupun "Make Me Wanna Die" adlı ilk mahnıları 13 may 2010-cu ildə çıxdı və debüt "Light Me Up" adlı ilk albomları 30 avqust 2010-cu ildə çıxaraq,UK Rock Chart-da birinci yeri tutdu.
Twenty One Pilots
Twenty One Pilots və ya TWENTY ØNE PILØTS — Twenty One Pilots (və ya TWENTY ØNE PILØTS, qısaca TØP) Ohayo ştatının Kolumbus şəhərində yerləşən Qremmi mükafatlı Amerika musiqi qrupudur. Qrup 2009-cu ildə Tayler Cozef və keçmiş qrup üzvləri Nik Tomas və Kris Salih tərəfindən yaradılıb. 2011-ci ildə Nik və Kris qrupdan ayrıldıqda, onun yerinə Coş Dan qrupa qoşuldu. Qrup 2010-cu illərdə artıq tanınmağa başlasa da, dünya çapında şöhrəti 2015-ci ildə qazandı. Tayler qrupun adını Artur Millerin "Hamısı mənim oğlum idi " tamaşasını öyrənərkən fikirləşib. Tayler bir müsahibədə deyib ki, bu hekayədəki mənəvi dilemma qrupun adına ilham verib. Qrup ümumilikdə 6 albumun müəllifidir. 29 dekabr 2009-cu ildə "Twenty One Pilots" adlı ilk albomunu buraxdılar. Albom 115.000 nüsxə satıldı. Albom yayımlandıqdan bir müddət sonra məlum oldu ki, albom o vaxt Tayler Cozef, Nik Tomas, Kris Salih və Tomasın qardaşının qaldığı evin zirzəmisindəki evdə hazırlanmış səsyazma studiyasında qeydə alınıb.
Puent-de-Şato
Puent-de-Şato (fr. Pointe des Châteaux) — Qvadelupa adasının şərqində Qrand-Ter adasının ərazisində yerləşən yarımada. Yarımada özünün nadir fauna və florası ilə tanınır. Burada güçlü külək və dalğalar müşahidə edilir. Buranı hər il 500 000 insan ziyarət edir. Puent-de-Şato şimal-qərb qayalıqlarında uzun çimərlik yerləşir. Bu çimərlik Le-Qrande-Saline (fr. Les Grandes Salines) adlanır. Sakit şəkildə üzməyə yaramasa da ekstermal idman həvəskarlarını özünə cəlb edir.