Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pokrovka
Pokrovka (Əbyəlil) — Pokrovka (Auırqazı) — Pokrovka (Baymak) — Pokrovka (Şaran) Pokrovka (Cəlilabad) — Cəlilabad rayonunun Günəşli kəndinin 27 mart 2001-ci ilə qədərki adı. Pokrovka (Sabirabad) — Sabirabad rayonunun Qaratəpə kəndinin 5 oktyabr 1999-cu ilə qədərki adı.
Aleksandr Pokrışkin
Aleksandr İvanoviç Pokrışkin (rus. Александр Иванович Покрышкин; 6 (19) mart 1913 və ya 21 fevral 1913, Novosibirsk, Tomsk quberniyası[d] – 13 noyabr 1985, Moskva) — sovet hərbi xadimi, Böyük Vətən müharibəsi dövründə hərbi təyyarəçi. Üç dəfə Sovet İttifaqı Qəhrəmanı (1943, 1943, 1944). Aviasiya marşalı (1972) == Mükafatları == Üçqat Sovet İttifaqı Qəhrəmanı (24.04.1943; 24.08.1943; 19.08.1944); 6 dəfə Lenin ordeni (22.12.1941 — № 7086; 24.05.1943 — № 9600; 6.03.1963 — № 124904; 21.10.1967 — № 344099; 21.02.1978 — № 429973; 5.03.1983 — № 400362); "Oktyabr inqilabı" ordeni (5.03.1973 — № 1793); 4 dəfə Qırmızı Bayraq ordeni (22.04.1943 — № 66983; 18.07.1943 — № 8305/2; 24.12.1943 — № 448/3; 20.04.1953 — № 1392/4); Suvorov ordeni (6.04.1945 — № 1484; 29.05.1945 — № 1662); 2 dəfə "Qırmızı Ulduz" ordeni (6.11.1947 — № 2762070; 4.06.1955 — № 3341640); "Döyüş xidmətlərinə görə" medalı (3.11.1944; "Qafqazın müdafiəsinə görə" medalı (1.05.1944); "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı (9.05.1945); "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı (6.06.1945); "Praqanın azad edilməsinə görə" medalı (9.06.1945); "Berlinin alınmasına görə" medalı (9.06.1945); "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı (22.02.1948); "Moskvanın 800 illik xatirəsinə" medalı (7.04.1951); "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı (18.12.1957); "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı (5.11.1964); "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı (7.05.1965); "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı (26.12.1967); "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı (20.04.1970); "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı (25.04.1975); "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı (28.01.1978); "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı (31.05.1980); "Kiyevin 1500 illik xatirəsinə" medalı (17.05.1982); "SSRİ Silahlı Qüvvələri veteranı" medalı (30.04.1984); "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı (12.04.1985).
Pokrovka (Auırqazı)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 34 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (62%), ukraynalılar (29%) üstünlük təşkil edir.
Pokrovka (Avurğazı)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 34 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (62%), ukraynalılar (29%) üstünlük təşkil edir.
Pokrovka (Bakalı)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Şərəli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 5 km, kənd sovetliyindən (Köhnə Şərəli): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 89 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (84%) üstünlük təşkil edir.
Pokrovka (Baymak)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Zilair kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 64 km, kənd sovetliyindən (Urqaza): 35 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 28 km.
Pokrovka (Cəlilabad)
Günəşli (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Pokrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Pokrovka kəndi Günəşli kəndi, Pokrovka kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır. Pokrovka Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən biridir. 1914-cü ildə kənddə məktəb tikildi. Lakin 20-ci əsrin ortalarından – təxminən 60-cı illərdən başlayaraq ruslar Pokrovkadan köçdükcə onların yerlərini azərbaycanlılar tutdular. Hazırda Pokrovka kəndinin hamısı azərbaycanlılardan ibarətdir. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Günəşli adlandırılıb. Kənddə rusların keçmişdə yaşadığını göstərən yeganə abidə pravoslav kilsəsidir. İki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanmaqdadır.
Pokrovka (Sabirabad)
Qaratəpə (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Pokrovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pokrovka kəndi Qaratəpə kəndi, Pokrovka kənd inzibati-ərazi vahidi Qaratəpə kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kəndin əsası XIX əsrin 30-40-cı illərində bura köçürülmüş rus kolonistlər tərəfindən qoyulub. Həmin dövrdə Volqaboyu, Stavropol və Rostov ərazilərindən minlərlə rus kəndlisi Azərbaycanın Muğan düzünə məskunlaşdırılmışdı. Qaratəpə kənd ərazisində 2 məktəb,1 kiçik tipli tibbi mərkəz, 1 Suvarma sistemleri idarəsi yerləşir.
Pokrovka (Şaran)
Pokrovka (başq. Покровка, rus. Покровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Miçurinsk): 17 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 77 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (75%) üstünlük təşkil edir.
Pokrovka (Əbyəlil)
Pokrovka kəndi (başq. Покровка) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qızıl Başqırdıstan kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Pokrovka kəndinin milli tərkibi: başqırdlar (58 %), ruslar (29 %). Məsafələr: rayon mərkəzindən (Askorovo): 55 km., kənd sovetliyindən (Qızıl Başqırdıstan): 30 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 25 km. Совет муниципальных образований Республики Башкортостан.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.