Pokrovka (Cəlilabad)

Günəşli (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Pokrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Pokrovka kəndi Günəşli kəndi, Pokrovka kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[1]

Günəşli
39°17′19″ şm. e. 48°34′11″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.176 nəf. (2009)
Xəritəni göstər/gizlə
Günəşli xəritədə
Günəşli
Günəşli

Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır.[2]

Pokrovka Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən biridir. 1914-cü ildə kənddə məktəb tikildi. Lakin 20-ci əsrin ortalarından – təxminən 60-cı illərdən başlayaraq ruslar Pokrovkadan köçdükcə onların yerlərini azərbaycanlılar tutdular. Hazırda Pokrovka kəndinin hamısı azərbaycanlılardan ibarətdir. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Günəşli adlandırılıb.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə rusların keçmişdə yaşadığını göstərən yeganə abidə pravoslav kilsəsidir. İki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanmaqdadır.[3]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6176 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı". 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-28.
  2. Günəşli (Cəlilabad) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Azərbaycanda rus icması[ölü keçid]
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629