Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polinom
Çoxhədli və ya polinom – sonlu sayda birhədlinin cəmi. Bu birhədlilərin ən böyüyünün dərəcəsinə çoxhədlinin dərəcəsi deyilir.Məsələn, z 2 y 4 x 7 + 6 x y 5 + 7 {\displaystyle z^{2}y^{4}x^{7}+6xy^{5}+7} çoxhədlisinin dərəcəsi 13-dür (2+4+7). Riyaziyyatda, çoxhədli və ya polinom, aralarında yalnız toplama, çıxma, vurma və qeyri-mənfi tam dərəcəyə yüksəltmə əməliyyatları olan dəyişənlər (və ya məchullar) və əmsallardan ibarət ifadədir. Vahid x {\displaystyle x} məchulu olan çoxhədliyə misal olaraq x 2 − 4 x + 7 {\displaystyle x^{2}-4x+7} ifadəsini göstərmək olar. x 3 + 2 x y z 2 − y z + 1 {\displaystyle x^{3}+2xyz^{2}-yz+1} ifadəsi isə, üç-dəyişənli çoxhədliyə misaldır. Çoxhədlilər, riyaziyyat və elmin digər sahələrinin geniş spektrə malik müxtəlif istiqamətlərində istifadə olunurlar. Məsələn, onlar, elmin ən sadə problemlərindən ən mürəkkəb problemlərinə qədər bir çox hadisəni izah edən polinomial tənliklərin həlli kimi meydana çıxır, kimya və fizikadan iqtisadiyyat və ictimai elmlərə kimi bir çox məsələlərinin izah edilməsində rol oynayan polinomial funksiyaların təyin edilməsində, digər funksiyaların approksimasiyası və təqribi olaraq hesablanmasında iştirak edirlər. Hədlərinin dərəcəsi eyni olan çoxhədli birсins çoxhədli və ya forma adlanır. Məsələn, x 2 y 7 + x 3 y 6 + 7 x 8 y {\displaystyle x^{2}y^{7}+x^{3}y^{6}+7x^{8}y} . Çoxhədlilərin toplanması, çıxılması və vurulması, uyğun olaraq kommutativlik, assosiativlik və distributivlik xassələrinə əsasən aparılır.
Poliqlot
Poliqlot (yun. πολύγλωττος) — Çox dil bilən adam. == Poliqlotların fenomeni == Təxminən 40 dil bilən Poliqlot Yevgeni Çernyavskiy, yazırdı: "Sadəcə danışaraq hər yeni dil əvvəlkindən çox daha asandır". Əgər şərti vahid üçün birinci dilin öyrənilməsi vaxtı səylərin məbləğini qəbul etməsə, onda ikincidə artıq səylərin yarısı lazım olacaq, üçüncüyə – 1/4, dördüncüyə – 1/8 və sair" O. Kotova. Ancaq amerikalı jurnalist və filoloq Maykl Erard iddia edir ki, bir qayda olaraq, poliqlotlar, bacarıqlılar müxtəlif dillərdə danışmağa qaçmışdır, həmişə onlar yaxşı bilmirlər amma, çox dillərdə Kitab, qəzet, oxuyan poliqlotlar çox yaxşı danışırlar. Onun sözlərinə görə, hətta ən bağışlanmışlar çox olmayan altı-yeddinin arasında P. Deyniçenko dilləriylə keçmək asan bacarıqlıdır.
Poliqon
Poliqon və ya çoxbucaqlı (ing. Polygon) — sonlu sayda ardıcıl sınıq xəttlərdən ibarət qapalı fiqur. Poliqonlardan kompüter qrafikasında üçölçülü görünüşlü şəkillər yaratmaq üçün istifadə olunur. Adətən üçbucaqlı formasında olan poliqonlar obyektin səthinin modelləşdirilməsində, təpələrin seçilməsində və obyektlərin renderləndirilməsində istifadə edilir. Poliqon hesabı hər kadrda render edilən poliqonların sayına deyilir. Poliqonlardan istifadə beşinci nəsil videooyun konsolları ilə daha çox istifadə edilmişdir. Poliqonlar növbəti nəsillərdə daha mürəkkəb olmuşdur. == Ədəbiyyat == Vu, Mason; Neyder, Ceki; Devis, Tom; Şreyner, Deyv. Uizli, Eddison (redaktor). OpenGL Programming Guide (ingilis) (Third edition).
Pollok
Pollok — Qlazqo şəhərinin rayonu.
Cekson Pollok
Pol Cekson Pollok (ing. Paul Jackson Pollock; 28 yanvar 1912 – 11 avqust 1956) — tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi. Özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur. Pollok həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olmuşdur. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkmişdir. 1945-ci ildə Pollok onun karyerasına və yaradıcılığına böyük təsir göstərən Li Krasnerlə ailə qurdu. Pollok, 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə düşdüyü qəzada, 44 yaşında vəfat etmişdir. Ölümündən bir neçə ay sonra, dekabr ayında, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA) Pollokun xatirəsinə retrospektiv sərgi təşkil olunmuşdur. 1967-ci ildə burada onun əsərlərindən ibarət daha geniş sərgi təşkil edildi. 1998–1999-cu illərdə onun işlərindən ibarət geniş retrospektiv sərgilər həm Nyu-York Müasir İncəsənət Muzeyində, həm də Londonun Teyt muzeyində keçirilmişdir.
Laynus Polinq
Laynus Karl Polinq (ing. Linus Carl Pauling d. 28 fevral 1901, Portlend, Oreqon, ABŞ – ö. 19 avqust 1994, Kaliforniya, ABŞ) — Amerikalı kvant kimyaçısı və biokimyaçı; kristaloqraf, molekulyar bioloq və tibb tədqiqatçısı kimi də tanınır.XX əsrin ən mühüm kimyaçılarından biridir. Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallar və zülalların təkmilləşdirilməsində iştirak etmişdir. DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar, 1953-cü ildə Ceyms Uatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır.
Anar Əliyev (politoloq)
Anar Möhtərəm oğlu Əliyev (4 aprel 1976, Yuxarı Seyidəhmədli, Füzuli rayonu) — "Vergilər" qəzeti və "vergiler.az" onlayn platformasının rəhbəri, "İqtisadçı jurnalistlər" Maarifləndirmə və Monitorinq Media Mərkəzinin sədri, "Qafqaz əməkdaşlıq və inteqrasiya" ekspert klubunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, politoloq. == Həyatı == Anar Əliyev 4 aprel 1976-cı il Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq ixtisası üzrə bakalavr (1993–1997-ci illərdə), Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında konfliktoloq ixtisası üzrə magistr (1997–1999) təhsili alıb. ikinci ali təhsili Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə olub (2006–2008). Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda tarix üzrə fəlsəfə doktoru (2013-cü ildə) və A.A.Bakıxanov adına Tarix İnstitutunda Tarix elmləri doktorluğu üzrə doktorantura dərəcəsini almışdır. == Fəaliyyəti == 1995-ci ildə "Çağ" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 1998-ci ildən 2005-ci ilə kimi "Müstəqil qəzet" redaksiyasında şöbə müdiri, baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. 2000-ci ildən 2018-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin "Politologiya" kafedrasında müəllim və baş müəllim vəzifəsində işləyib, politologiya və sosiologiya fənlərini tədris edib. "Politologiya" dərsliyinin həmmüəlliflərindən biridir. 2006-cı ildə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub, hazırda "Vergilər" qəzeti və "vergiler.az" platformasının rəhbəridir.
Leyla Əliyeva (politoloq)
Leyla Ağa qızı Əliyeva (ingiliscə: Leila Alieva, 1959, Bakı) – elmlər doktoru, müstəqil siyasi təhlilçi və politoloq, Bakıda fəliyyət göstərən Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (ingiliscə: Center for National and International Studies) prezidenti. Leyla Əliyeva həmçinin Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (1991-1997) qurucularından biri və prezidenti olmuşdur. Leyla Əliyeva Harvard Universiteti (1993-1994), Vudro Vilson Mərkəzi – Kennan İnstitutu (1995), Kaliforniya Universiteti-Berkli (2000) və Con Hopkins Universitetində (2001) tədqiqatlar aparmış, Avropa Yenidənqurma və İnkişaf Bankı Prezidentinin müşaviri, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan üzrə Milli Koordinatoru (1999) olmuşdur. Tədqiqat sahələri post-Sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir. == Xarici keçidlər == Leyla Əliyeva Almaniyanın Körber Fondunun veb səhifəsində (ingiliscə) Leyla Əliyeva Almaniyanın Böll Fondunun veb səhifəsində (ingiliscə) Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi Arxivləşdirilib 2009-05-24 at the Wayback Machine === Seçilmiş tədqiqatları === Alieva, L. (2006). Integrative Processes in the South Caucasus and their Security Implications. NATO Defense College: NDC Occasional Papers Series. Alieva, L. (2006). Azerbaijan's Frustrating Elections. Journal of Democracy.
Poliqlot (elektron lüğət)
"Poliqlot elektron lüğəti" — bu sistemə Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Azərbaycan-Rus, Rus-Azərbaycan lüğətləri və ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə və Azərbaycan dilindən fransız dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək üçün nəzərdə tutulan lüğətlər daxil edilmişdir. Poliqlotun yeni 1.1 versiyasında dəstəklənən lüğətlər siyahısına 20000-ə yaxın sözdən ibarət Azərbaycan və Rus lüğəti əlavə olunmuşdur.
Tofiq Abbasov (politoloq)
Tofiq Möhsün oğlu Abbasov (24 dekabr 1959, Tehran) — televiziya aparıcısı, politoloq, AzTV-nin siyasi icmalçısı, əməkdar jurnalist.1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi. Cənubi Qafqaz regionu, postsovet məkanı və Orta Şərq məsələləri üzrə ixtisaslaşmışdır. 500-dən çox məqalənin və analitik araşdırmanın, sənədli filmlərin müəllifidir. Azərbaycan Televiziyasının İctimai Siyasi Verlişlər studiyasının direktoru. == Həyatı == 1959-cu ildə İranın paytaxtı Tehranda anadan olub. 1977-ci ildə Bakıda orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub 1982-ci ildə məzun olduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Şirkətində ictimai və siyasi yayım redaksiyasına işə qəbul edilib. Redaktor, şərhçi, baş redaktor, studiya direktoru vəzifələrində çalışıb. 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsinə təyin edilmişdir. 1994–1996-cı illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin informasiya siyasəti və xarici əlaqələr üzrə məsləhətçisi vəzifəsində çalışmışdır. 1996-cı ildən 2005-ci ilə qədər beynəlxalq regional nəşr "Caspian"ın baş redaktoru vəzifəsində çalışıb.
Zaur Əliyev (politoloq)
Zaur Bilal oğlu Əliyev (19 sentyabr, Ağdam şəhəri) — Azərbaycan alimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. Zaur Əliyevin əsas elmi tədqiat mövzusu beynəlxalq münasibətlər, Qarabağ tarixi, Azərbaycan diasporu və erməni terrorizmidir. Bu mövzulara həsr edilmiş iyirmidən artıq kitabın müəllifidir. Respublika və beynəlxalq konfransların iştirakçısıdır. Əliyev pedaqoji fəaliyyətlə də məşğuldur. O, Bakı Dövlət Universiteti, Qərb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan bölmələrində dərslər aparıb. == Həyatı == Zaur Əliyev 19 sentyabr 1976-cı ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhərinin işğal olunması ilə məcburi köçkün düşüb. 1994-cü ildə Bakı şəhərində 33 saylı məcburi köçkün məktəbini bitirib. Həmən ili Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsinə daxil olub.
Azər Xudiyev (politoloq)
Azər Xudiyev İbrahim oğlu— tibbi media və biznes təşkilatçısı,politoloq. SƏHİYYƏ TV-nin təsisçisi, Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri == Həyatı == Azər İbrahim oğlu Xudiyev 15 noyabr 1980-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Bakı şəhər 42 saylı orta məktəbini bitirib. Azər Xudiyev Azərbaycanda tibbi jurnalistikanın əsasını qoyub. Onun rəhbərliyiylə ixtisas həkimləri jurnalistika tariximizdə ilk dəfə gündəlik televiziya proqramlarının aparıcısı olub, tibbi proqramların dominant olduğu 24 saatlıq efir proqramı qurulub. Azər Xudiyevin səyləri nəticəsində Azərbaycanda 2020-ci ildə ilk onlayn tibbi televiziya və ilk onlayn klinika fəaliyyətə başlayıb. == Təhsili == Siyasi elmlərə olan maraq Azər Xudiyevi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası politologiya fakultəsinə gətirib. Azər Xudiyev 2001-ci ildə bakalavr dərəcəsinə və 2003-cü ildə magist dərəcəsinə yiyələnərək politologiya ixtisası üzrə fərqlənmə diplomu ilə Akademiyanın məzunu olmuşdur. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində doktorantura təhsilini müvəffəqiyyətlə bitirib. İcitmai və elmi fəaliyyəti dövründə ölkənin həyati yüklü problemlərinin həlli üçün vətəndaş mövqeyindən çıxış edib, dövlətçilik ənənələrinin qorunmasında fəallığı ilə seçilib.
Polio vaksini
Polio vaksini - poliomielit (polio) xəstəliyinin qarşısını almaq üçün istifadə olunan vaksin. İki növü istifadə olunur: inyeksiya ilə verilən təsirsizləşdirilmiş poliovirus (IPV) və ağız vasitəsilə qəbul edilən zəifləndirilmiş poliovirus (OPV). Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün uşaqlara poliomielit əleyhinə tam peyvənd edilməsini tövsiyə edir. İki peyvənd dünyanın əksər hissəsində poliomielit xəstəliyini aradan qaldırdı və hər il bildirilən halların sayını 1988-ci ildəki 350000-dən 2018-ci ildə 33-ə endirdi.Qeyri-aktiv edilmiş poliomielit peyvəndləri çox təhlükəsizdir. İnyeksiya yerində yüngül qızartı və ya ağrı ola bilər. Ağızdan poliomielit peyvəndləri verilən milyon dozada peyvəndlə əlaqəli paralitik poliomielitin təxminən üç hadisəsinə səbəb olur. Bu, poliomielit infeksiyasından sonra iflic olan milyonda 5000 hadisə ilə müqayisə edilir. Hər iki peyvənd növü ümumiyyətlə hamiləlik dövründə və HİV/AİDS-i olan, lakin başqa cür yaxşı olanlara vermək üçün təhlükəsizdir. Bununla belə, dövriyyədə olan peyvənddən əldə edilən poliovirusun (cVDPV) ortaya çıxması, peyvənd virusunun yenidən poliomielitə səbəb olan bir forması, peyvəndi daha təhlükəsiz və təhlükəsiz etmək məqsədi daşıyan yeni oral poliomielit peyvəndi tip 2-nin (nOPV2) inkişafına səbəb olmuşdur. beləliklə cVDPV2-nin sonrakı yayılması dayandırılır.Poliomielit peyvəndinin ilk uğurlu nümayişi 1950-ci ildə Hilari Koprovski tərəfindən insanların içdiyi canlı zəifləmiş virusla olmuşdur.
Tomas Pollok Anşuts
Tomas Pollok Anşuts (ing. Thomas Pollock Anshutz) — XIX əsr ABŞ rəssamı və incəsənət müəllimi. Rəsm sənətində müəllimi Tomas İkins kimi XIX əsr ABŞ realizminin tanınmış nüməyəndələrindəndir. Rəsmlərinin böyük hissəsinin mövzusunu qadınlar əhatə edir. Amma ən tanınmış əsəri əsl realizm əsəri sayılan və 1880-ci ildə çəkilən "Dəmirçilərin günortası" rəsm əsəridir. Bu əsərdə dəmirçilərin gündəlik yaşayışını təsvir etmişdir. Bir digər tanınmış əsəri "Yaşadıqları yol" tablosudur. Bu tabloda Afrika əslli qadın və iki uşağının çətin həyatını çəkmişdir. Rəssamlıqdan əlavə müəllimliklə də məşğul olduğundan yağlı boya tablolarının sayı azdır. Anşutsun stili şagirdlərində dərin iz buraxmışdır.
"Qaraheybət" aviasiya poliqo­nunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır.Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. == Zəmin == "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur. Sərhəd zastavaları müxtəlif relyef quruluşuna malik ərazilərdə olduğu üçün, ucqar nöqtələrə məhz sözügedən helikopter vasitəsilə gedilir. Hadisə nəticəsində yaralanan Emil Cəfərova görə, "Mİ-17" dünyada ən universal helikopterlərdən biridir.
Qaraheybət aviasiya poliqo­nunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır.Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. == Zəmin == "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur. Sərhəd zastavaları müxtəlif relyef quruluşuna malik ərazilərdə olduğu üçün, ucqar nöqtələrə məhz sözügedən helikopter vasitəsilə gedilir. Hadisə nəticəsində yaralanan Emil Cəfərova görə, "Mİ-17" dünyada ən universal helikopterlərdən biridir.