Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polimniya
Polihimniya və ya polimniya ( yun. Πολυύμνια və ya yun. Πολυμνία) yunan mfologiyasına görə təntənə nəğmələrinin və ya himnlərin muzası sayılır. Əsasən uzun libasda ciddi və işarət barmağını ağzına yaxınlaşdırmış şəkildə düşüncəli təsvir edilmişdir.
Polimiya
Polimiya — Qafqaz Albaniyasının çarı. Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərində adı çəkilir. Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərinə görə Müqəddəs Varfolomey Alban ölkəsi hökmdarı Polimiyanın ürəyinə şeytanın hakim olduğu qızını sağaldır. Bundan sonra Alban hökmdarı bütün nəsli ilə birlikdə vəftiz olundu. Dmitri hadisələri bütün Qafqaz Albaniyasının xristianlığı qəbul etməsi kimi qələmə verir: "Çarın məsləhətinə əmə edərək ona yaxın və daha çox şəhər vəftizi qəbul etdi." Rostovlu Dimitrinin bu məlumatları hardan əldə etdiyi məlum deyil. Ola bilər ki, o, Müqəddəs Varfolomeyə aid daha qədim məlumatlara malik idi. Hal-hazırda kilsə elmində belə məlumatlar yoxdur. Hər halda Qafqaz Albaniyası və antik Ermənistan krallığının həmin dövrə aid mənbələrində Polimiya adlı çara rast gəlinmir. IV əsrə qədər ilk alban çarlarının adı bilinməsə də, xristianlığın bütün ailəsi və ətrafı ilə qəbul edən alban çarının tarixi mənbələrdə qeyd edilməməsi Polimiyanın alban çarı yox, vilayət hakimi olması hesab edilə bilər. Oxşar hadisələr 91-109-cu illərdə hakimiyyətdə olmuş I Sanatruk üçün də qeyd edilir.
Politiya
Politiya (yun. πολιτεία) kəsb etdiyi əsas məna: Çoxluğun hakimiyyəti. İctimai hakimiyyə. Aristotelə görə çoxluğun ümumi mənafe naminə idarəetməsi. Oliqarxiya və Demokratiyanın yaxşı xüsusiyətlərini özündə birləşdirib, onların çatışmazlığından azaddır. Георгиев П. В. Русский Панславизм XIX века и античная демократия: концепция политии М. С. Куторги // Ученые записки Казанского государственного университета. Сер. Гуманитарные науки. — 2008. — Т. 150, кн.