Polis Akademiyası (məktəb)
Polis Akademiyası — hüquq-mühafizə orqanlarının tədris mərkəzi, polis kolleci və ya polis universiteti kimi də tanınan polis akademiyası polis kursantları üçün təhsil məktəbidir.
== Polis təhsilinin tarixi ==
1800-cü illərin əvvəllərindən 1900-cü illərin ortalarına qədər polis işi əl əməyinin bir forması kimi nəzərdən keçirildi və iş yerində təlim norma idi. Polis işi XX-ci əsrin ortalarında daha peşəkarlaşdı, lakin vəziyyət milli və yerli mədəniyyət və siyasətdən asılı olaraq dəyişirdi. XX-ci əsrin "yaxşı hökumət" ideyası polisin ləyaqət əsasında rəqabətli şəkildə işə götürülməsinin vacibliyini vurğuladı və qəbul imtahanları standart təcrübəyə çevrildi. Bəzi ölkələrdə “lazımi proses” hüquqları o həddə çatdı ki, polisdən qanun və hüquqi əsaslandırma haqqında anlayış tələb olunurdu. XX-ci əsrin sonlarında baş verən iğtişaşlar və digər problemlərdən sonra, sosial bacarıqların və sosial elm biliklərinin nə qədər vacib olduğunu göstərmək üçün ictimai polis üsulları yaradıldı.
== Funksiyası ==
Polis Akademiyaları kursantlara öz vəzifələrini düzgün və səmərəli şəkildə yerinə yetirmək üçün lazım olan bacarıq və taktikaları öyrədir. Bunlara hüquqi təlim, sürücülük bacarıqları, avadanlıq təlimi, odlu silah təlimi, gücdən istifadə, danışıqlar və gərginliyin aradan qaldırılması daxildir.
Polis Akademiyalarından təkcə polis kursantları deyil, həmçinin zabitlər, digər hüquq-mühafizə orqanlarının işçiləri, xüsusi təyinatlılar, bəzən hətta mülki şəxslər da müntəzəm olaraq istifadə edirlər.
== Kampusları ==
Polis Akademiyalarının ərazisinə dərs otaqları, avtomobil kursları, təlim otaqları, yeməkxanalar, atıcılıq poliqonları, qaçış yolları, idman zalları və istirahət obyektləri daxildir.