Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pudinq
Pudinq (ing. pudding) — yumurta, şəkər, süd və undan ibarət qaynar suda hazırlanan ingilis deserti. Pudinqə meyvələr və ədviyyatlar əlavə olunur.Pudinqin soyudulması xüsusi formada edilir. İngiltərədə pudinq milad süfrəsinin ənənəvi yeməyi hesab olunurdu.Uzun yüzilliklər ərzində Britaniya adalarının əhalisinin süfrəsində Milad bayramı zamanı ət bulyonunda bişirilmiş xüsusi sıyıq - "plam poric" (plum - gavalı + porridge - sıyıq) olurdu.Bu sıyığa çörək qırıntıları, kişmiş, badam, qara gavalı, bal əlavə edərək onu süfrəyə çox isti şəkildə verirdilər. XIII əsrin əvvəllərində bu ad milad süfrəsinin ənənəvi yeməklərindən biri olan plam-puddinq adına şəklini dəyişmişdir. Süfrəyə verilməmişdən əvvəl onun üzərinə konyak axıdır və yandırdıqlarından bu sıyığı "alovda olan pudinq" adlandırırdılar. Luis Kerrolun "Alisa Güzgülər arxasında" əsərinin doqquzuncu başlığında Alisa ilk dəfə pudinqlə tanış olur. Aqata Kristi "Milad pudinqinin macəraları" adlı hekayələr toplusu yazmışdır. Çarlz Dikkensin "Böyük ümidlər" əsərinin ikinci başlığında qəhrəmanı pudinq üçün xəmir yoğurmağa məcbur edirlər.
Poyntinq-Robertson effekti
Poyntinq- Robertson effekti —Günəş şüalarını izotrop səpən ,Günəşin ətrafında hərəkət edən, çox da böyük olmayan cisimlərin hərəkət miqdarı momentinin azalması nəticəsində orbitinin kiçilməsi hadisəsidir. Buraya intensiv şüalanma verən mənbələri də aid etmək olar.Belə bir hadisənin varlığını 1903-cü ildə ingilis fiziki J.H.Poyntinq kəşf etmişdir; hadisənin dəqiq relyativistik nəzəriyyəsini isə H.Robertson 1937-ci ildə vermişdir. Poyntinq- Robertson effek-tinin mahiyyəti onunla bağlıdır ki, Günəş şüalarını udana qədər Günəşə nəzərən hərəkət miqdarı momenti sıfır olan cisim radial hərəkət edir.Cisim Günəşlə bağlı koordinat sistemində düşən işığı izotrop şüalandırmaqla elə hərəkət edir ki, şüalanan fotonların nisbi hərəkət miqdarı momenti cismin nisbi impuls momentinə bərabərdir. Fotonların yenidən şüalandırılması zamanı cismin hərəkət miqdarı momentinin qismən itirilməsi və nəticədə cismin spiral boyunca Günəşə yaxınlaşması baş verir.Udulan fotonun bir necə kiçik istilik tezliklərində yenidən şüalandırılması zamanı hərəkət istiqamətini saxlasa da bucaq momenti azalır. Radiusu a və sıxlığı d olan kürəvi cisim R qədər məsafədə kvazi çevrəyə bənzəyən orbitdə hərəkət edərkən, nəzəri olaraq t=7*106adR2 ildən sonra Günəşin üzərinə düşür.Faktiki olaraq cisim Günəşin ətrafında buxarlanır və onun atmosferində buxar buluduna çevrilir. Elliptik orbit üzrə hərəkət edən cisimlərin həm öz ölçüləri, həm də orbitin ekssentrisiteti azalır. 1950-ci ildə V.V. Radzievski planetosentrik Poyntinq- Robertson effektinin olmasını da aşkar etdi. O, göstərdi ki, planetin ətrafında da hərəkət edən cisimlər üçün Günəş şüalarını əks etdirməsi hesabına da cismin orbitinin kiçilməsi baş verir. John Henry Poynting və Howard P. Robertson'ın adını daşıyan Poynting-Robertson sürgüsü olaraq da bilinən Poynting-Robertson təsiri, günəş radiasiyasının bir ulduzun ətrafında dönən bir toz dənəsinə səbəb olduğu və ulduz ətrafındakı orbitinə görə bucaq momentumu itirməsinə səbəb olan bir müddətdir. Bu, bu sürünməyi təsirlənəcək qədər kiçik, ancaq radiasiya təzyiqi ilə ulduzdan uzaqlaşaraq ulduzun içinə yavaşca spiralleşen çox böyük toz səbəb olur.