Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
The Pretty Reckless
The Pretty Reckless — qrup 1993-cü ildə doğulan Amerikan gənc aktrisa Taylor Momsen tərəfindən quruldu. Digər qrup üzvləri: Ben Phillips (gitara), Mark Damon (bass gitara) və Jamie Perkins (zərb alətləri). Əvvəlcə qrupun adı The Reckless olmalı idi, amma onu müəllif hüququyla problemlərə görə The Pretty Reckless ilə əvəz etdilər. Qrupun "Make Me Wanna Die" adlı ilk mahnıları 13 may 2010-cu ildə çıxdı və debüt "Light Me Up" adlı ilk albomları 30 avqust 2010-cu ildə çıxaraq,UK Rock Chart-da birinci yeri tutdu.
P.Y.T. (Pretty Young Thing)
P.Y.T. (Pretty Young Thing) — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Kris Prett
Kris Prett(ing. Christopher Michael Pratt , 21 iyun 1979, Los-Anceles, ABŞ) — Amerika aktyoru.
Kretey
Kretey (fr. Créteil) — Parisdən 11.5 km aralıqda , Marna çayı üzərində yerləşən şəhər. 1965-ci ildən Val-de-Marn departamentin paytaxtı, eparxiyanın mərkəzi olan Kretey rayonun subprefekturasıdır. Əhalisi — 89,845 nəfər (2012), bir neçə böyük xəstəxana mövcuddur. İlk 865-ci ildə Kristoliy olaraq tanınıb. Paris ilə əsas nəqliyyat əlaqələri Paris Metrosunun 8 nömrəli dörd stansiyasıdır və şəhərin kənarında A və D RER xətlərinin stansiyası yerləşir.. Şəhər əhalisinin 24,4% -i yəhudilərdir.
Presto
Presto (it. Presto) — musiqidə cəld sürət tempini bildirən termini. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) andante sonuncu dördüncü yerdə gəlir.
Pretor
Pretor (lat. praetor, lat. prae-ire — irəlidə getmək, idarə etmək) — Qədim Romada dövlət vəzifəsi. Tarixi dövrlərdən asılı olaraq bu vəzifənin məzmunu və funksiyası müxtəlif olmuşdur. İlkin respublika dövründə iki ali magistrat — konsul və diktator pretor adlandırılırdı. E.ə. 367 ci ildə Litsini-Seksti qanunlarına görə ali dövlət vəzifəsi konsul, ondan sonrakı ikinci dərəcəli vəzifə pretor adlandırılırdı və onun əsas səlahiyyətlərinə ancaq vətəndaşların işlərinə baxan şəhər məhkəməsi daxil idi. Konsul olmadıqda ali hakimiyyət onun səlahiyyətinə keçmiş olurdu. E.ə. 242 ci ildən başlayaraq iki pretor seçilməyə başlanılır:Roma vətəndaşları arasındakı məhkəmə işlərinə rəhbərlik üçün, şəhər pretoru (lat.
Jetty
"Jetty" İnformasiya Texnologiyaları sahəsinə aid olan proqram təminatıdır. Açıq qaynaqlı "WEB Server" və "Servlet Container"-dir. Son versiyası "9.4.9.v20180320" -dır. Proqram təminatı Greg Wilkins adlı avstraliyalı proqramçı tərəfindən 1995-ci ildə yaradılmışdır.
NETTY
NETTY Azərbaycan Milli İnternet Mükafatı — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı, başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm də ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimlərini üzə çıxaran və dəyərləndirən NETTY mükafatı bir-neçə il ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbirlərindən biri olmaqdadır. == NETTY 2005 == 2 aprel 2005-ci il tarixində Bakı Caz Mərkəzində NETTY 2005 Azərbaycan Milli İnternet Mükafatının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Veb-akademiklər virtual jüri vasitəsilə seçilmiş 34 nominant arasından 10 nominasiya üzrə 10 ən yaxşı saytc müəyyən etmişdirlər. === Qaliblər === Azərbaycan: ganca.net Dövlət saytı: gov.az İnformasiya və xəbərlər: today.az Korporativ sayt: aznocorruption.org Mədəniyyət və incəsənət: azmif.net Elm və təhsil: azerislam.com Şəxsiyyət: chingizmustafayev.com Əyləncə: fox.az Servis-saytlar: vescc.com İdman: sport.az == NETTY 2006 == NETTY 2006 Azərbaycan Milli İnternet Mükafatının mükafatlandırma gecəsi 8 aprel 2006-cı il tarixində Bakı Caz Mərkəzində təşkil edilmişdir. Tədbirdə veb-akademiklər virtual jüri vasitəsilə seçilmiş 34 nominant arasından 10 nominasiya üzrə 10 ən yaxşı saytı müəyyən etmişdirlər. === Qaliblər === Azərbaycan: azerbaijan.az Dövlət saytı: din.gov.az İnformasiya və xəbərlər: day.az Korporativ sayt: forex-az.info Mədəniyyət və incəsənət: uzeyir.musigi-dunya.az Elm və təhsil: kitab.az Şəxsiyyət: azerin.az Əyləncə: natarsan.az Servis-saytlar: ilk10.com İdman: lankaranfc.com == NETTY2007 == NETTY 2007 Azərbaycan Milli İnternet Mükafatının verilməsi mərasimi 27 aprel 2007-ci il tarixində Bakı Əyləncə Mərkəzində keçirilib. NETTY-nin akademikləri rəsmi şəraitdə on bir nominasiya üzrə ən yaxşı milli veb-saytların adlarını müəyyən etmişdirlər. Virtual səsverməsi nəticəsində mükafata nominant olmuş 40 iddiaçıdan müxtəlif nominasiyalar üzrə 11 qalib elan edilmişdir.
Kretey (rayon)
Kretey (fr. Créteil) — Il-de-Frans regionun rayonlarından biri ( fr. Arrondissement). Departamenti - Val-de-Marn. Suprefektura - Kretey. Rayonun əhalisi 2006-cı ildə 667.405 nəfər idi. Əhalinin sıxlığı 4571 nəfər / kv.kmdir. Rayonun sahəsi 146 km²dir.
Protey amöbası
Protey amöbası (lat. Amoeba proteus ) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir. === Haqqında === Protey amöbası Amoebina dəstəsinə aid olub, sərbəstyaşayan Sarkodinlərin ən iri nümayəndəsidir. Onlar durğun, çürümüş bitki qalıqları və yarpaqla çirklənmiş sularda yaşayırlar. Bunların ölçüsü 0,5 mm -ə yaxındır. Bədən örtüyü olmadığından sitoplazma yavaş-yavaş bu və ya digər istiqamətdə doğru axır və bunun nəticəsində fərdin bədən forması daima dəyişilir. Amöbdə sitoplazma iki qata diferansasiya etmişdir. Xarici qat - ektoplazma şəffaf, qatı, homogen quruluşa malik olub, amöbün bütün bədənini əhatə edir və onu xarici təsirlərdən mehafizə etmək funksiyasını yerinə yetirir. Daxili qat - endoplazma tutqun, duru və dənəvər quruluşa malikdir. O daim hərəkətdə, yaxud axma vəziyyətində olur.
Shilpa Shetty
Şilpa Şetti Kundra (8 iyun 1975, Manqalur, Karnataka) Hindistanlı aktrisa, kinorejisor, kino prodüseri, rəqqasə, yazıçı, iş adamı və əsasən hind filmlərində çəkilmiş keçmiş modeldir. Şetti iki Filmfare Mükafatı nominasiyası qazanmış “Baazigar” (1993) trillerində debüt etmişdir. Bunun ardınca ikili rol oynadığı Main Khiladi Tu Anari (1994) adlı döyüş-komediya janrındakı filmdə baş rolda oynamışdır.
İqor Protti
İqor Protti (it. Igor Protti; 24 sentyabr 1967, Rimini, Emiliya-Romanya) — İtaliyalı keçmiş peşəkar futbolçu. Hücumçu mövqeyində oynayıb. == Karyerası == O, karyerasının çox hissəsini B Seriyası və C Seriyası klublarında keçirib. İqor Protti karyerasına 1983-cü ildə "Rimini" komandasında başlayıb. 27 may 1984-cü ildə "Rimini" klubu ilə 16 yaşında C1 seriyasında peşəkar futbolçu kimi debüt etdi. Ancaq burada cəmi 7 oyunda meydana çıxır. 1985-ci ildə "Livorno" klubuna transfer edilir. 3 il "Livorno" klubunun formasını geyinən futbolçu, meydana çıxdığı 75 oyunda 12 dəfə fərqlənir. 1988-ci ildə "Virtus Bergamo Alzano" klubuna keçir və burada meydana çıxdığı 30 oyunda rəqib qapılarına 10 dəfə yol tapır.
Chris Pratt
Kris Prett(ing. Christopher Michael Pratt , 21 iyun 1979, Los-Anceles, ABŞ) — Amerika aktyoru.
Getty Images
Getty Images — ABŞ foto agentliyi. Agentliyi 1995-ci ildən fəaliyyət göstərir və hazırda dünyada ən böyük foto arxivinə malik agentliklərdəndir.
Petti Kardenas
Petti Kardenas (19 avqust 1984) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Petti Kardenas, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Petti Rayan
Petti Rayan (ing. Patty Ryan) - Alman İtalo Disko stilində ifa edən müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Ən yaxşı mahnıları «You’re My Love, You’re My Life», «Stay with Me Tonight», «I Don’t Wanna Lose You Tonight» və «Love is the Name of the Game» mahnılarıdır. Onun musiqi stili Fancy, Modern Talking, London Boys və Bad Boys Blue kimi qruplar ilə müqayisə edilir. Bir müddət Diter Bolen ilə əməkdaşlıq etmişdir. Müğənni Avropa ilə yanaşı daha çox Yaponiya və Çin kimi ölkələrdə məşhurluq qazanmışdır.
Pinheyro-Pretu
Pinheyro-Pretu (port. Pinheiro Preto) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 2991 nəfərdir. Ərazisi 65,705 кm²-dir. Əhalinin sıxlığı 45,5 nəfər/кm²-dir. Bələdiyyə 19 may 1962-ci ildə yaradılmışdır.
Terra preta
Terra preta (port. terra preta, port. terra preta do indio — qara torpaq, hindlilərin qara torpağı) — aşağı temperaturda aktivləşdirilmiş kömürə əsaslanan süni (antropogen) torpaqlar. Arxeoloqlar tərəfindən Amazon Hövzəsində (Braziliya) (Terra preta do indio) və dünyanın digər bölgələrində aşkar edilmişdir. Hal-hazırda, məhsuldarlığı artırmaq və bitki sağlamlığını yaxşılaşdırmaq üçün sənaye və sənətkarlıqla istehsal olunur. Terra preta torpaqlarının və kompostların istehsalı üçün biotexnologiyalar mövcuddur. Terra pretanın istehsalı üçün xammal kimi, bu texnologiyaların köməyi ilə zərərsizləşdirilən heyvan və insan nəcisindən istifadə edilə bilər. Həm tarixi, həm də müasir terra preta torpaqları aktivləşdirilmiş kömür və kompostla zəngindir. Tarixi torpaqlarda saxsı qablar, insan və heyvan sümükləri də var. Terra preta torpaqlarının təbii çernozemlərlə heç bir əlaqəsi yoxdur.
Uilyam Petti
Vilyam Petti (ing. William Petty d. 26 may 1623- ö. 16 dekabr 1687) — ingilis iqtisadçısı, xırda sənətkar ailəsində doğulmuş, Leyden,Paris, Oksford universitetlərində tibb təhsili almış, 1647-ci ildə surət çıxaran maşın icaq etmiş, 1649-cu ildə fizika elmləri doktoru, 1651-ci ildə isə anatomiya və musiqi professoru olmuşdur. 1659-cu ildə İngiltərədə II Karlın məsləhətçisi seçildi. == Həyatı == Burjuaziyanın mənafeyinə xidmət edən Petti menkartilistlərdən fərqli olaraq, var-dövlətin mənbəyini tədavüldə deyil, istehsalda görürdü. O, izafi dəyərin yaranma mənbəyini izah etməyə çalışaraq, ümumi izafi dəyər kimi rentanı göstərirdi. Rentanın növləri kimi torpaq rentası, pul rentası və diferensial rentanı fərqləndirirdi. O, hesab edirdi ki, əmək haqqının yüksəldilməsi kapitalistə ziyandır və əmək haqqı fəhlənin minimum yaşayışını təmin etməlidir. O, burjuaziya cəmiyyətini təbii və əbədi hesab edirdi.
Vilyam Petti
Vilyam Petti (ing. William Petty d. 26 may 1623- ö. 16 dekabr 1687) — ingilis iqtisadçısı, xırda sənətkar ailəsində doğulmuş, Leyden,Paris, Oksford universitetlərində tibb təhsili almış, 1647-ci ildə surət çıxaran maşın icaq etmiş, 1649-cu ildə fizika elmləri doktoru, 1651-ci ildə isə anatomiya və musiqi professoru olmuşdur. 1659-cu ildə İngiltərədə II Karlın məsləhətçisi seçildi. == Həyatı == Burjuaziyanın mənafeyinə xidmət edən Petti menkartilistlərdən fərqli olaraq, var-dövlətin mənbəyini tədavüldə deyil, istehsalda görürdü. O, izafi dəyərin yaranma mənbəyini izah etməyə çalışaraq, ümumi izafi dəyər kimi rentanı göstərirdi. Rentanın növləri kimi torpaq rentası, pul rentası və diferensial rentanı fərqləndirirdi. O, hesab edirdi ki, əmək haqqının yüksəldilməsi kapitalistə ziyandır və əmək haqqı fəhlənin minimum yaşayışını təmin etməlidir. O, burjuaziya cəmiyyətini təbii və əbədi hesab edirdi.
Patty Aubery
Patty Abery (1965, Kaliforniya) — Kaliforniyadan olan Amerika yazıçısıdır. O, Xristian Ruhu üçün Toyuq Çorbası da daxil olmaqla Ruh üçün Toyuq Çorbası seriyası kimi bəzi kitablar yazdı. Qadın hüquqlarının lideri olan Aubery yalnız qadınlar üçün "Chicken Soup for the Christian Woman's Soul" kitabını yazdı. Kitab çətinliklərlə üzləşən, çətin günlər yaşayan və imanı təzələyən qadınların hekayələrindən bəhs edir. Fəsillərdə İnam, Ailə Sevgisi, Allahın Müalicə Gücü, Dostluq, Fərqləndirmə, Çağırışlar və Möcüzələr var. O , "Oyan!" verilişində idi. 2015-ci ildə televiziyada 2017-ci ildə o , "Uğur ruhu" filmində də rol alıb. Onun yazıları özünə kömək janrında diqqət çəkdi. O, özünə kömək, ağıl və bədən, təlim, həyat mübarizəsi, pul, müvəffəqiyyət, və yenilik. Müəllif Lisa Nichols Aubery'nin "mümkün qüvvəsi olduğunu" yazdı.
Preney yarimadasi xalqlari
İberlər və ya iberiyalılar (lat. Hibērī, yun. Ἴβηρες, İberes) — əvvəllər şərqi və qərbi İspaniya ərazisində məskunlaşmış, sonralar isə Pireney yarımadasının xeyli hissəsinə yayılmış qədim tayfalar. Onlar arasında turdetan, turdul, bastetan, karpetan və başqa tayfalar var idi. İberlərin məntəyi haqqında muxtəlif mülahizələr mövcuddur. İberlər haqqında ilk yazılı mənbə e.ə. VI əsrə aiddir. İspaniyanın cənub hissəsi (indiki Əndəlüs və Mursiya) İberiya mədəniyyətinin əsas mərkəzi idi. E.ə. VI–III əsrlərdə İspaniyaya soxulmuş keltlərlə iberlərin qaynayıb-qarışması nəticəsində kelt-iber tayfaları qrupu yaranmışdır.
Saus Plett çayı
Saus Plett çayı (ing. South Platte River) — ABŞ-nın Kolorado və Nebraska ştatlarında çay.
Prey Kodeks
Kodeks Prey, Prey Kodeks və ya Macar Dua Əlyazması — XII əsrin sonu XIII əsrin əvvəllərinə aid orta əsr əlyazmalar toplusu. 1813-cü ildə 1770-ci ildə onu aşkar etmiş Dyörd Prainin şərəfinə adlandırılmışdır. Əlyazma macar dilində silsilə nəsr mətninin ilk məlum nümunəsidir. Kodeks Budapeştin Seçeni adına Milli Kitabxanasında saxlanılır. Kodeksdəki (f. 154a) ən mühüm sənədlərdən biri Cənazə vəzi və duasıdır (mac. Halotti beszéd és könyörgés). Bu, 1192–1195-ci illərə aid macar dilində qədim əlyazma mətnidir. Cənazə vəzinin əhəmiyyəti onunla izah olunur ki, macar və ural dillərində bu günədək gəlib çıxmış ən qədim mətndir. Kodeksdə həmçinin missal, Pasxa sirr oyunu, musiqi notları ilə mahnılar, Macarıstan kralı Kalmanın dövründə qəbul edilmiş qanunlar və Macar krallarının siyahıya alındığı salnamələr də var.
North Atlantic Treaty Organization
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 31 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.