Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
PRoMete
Pərviz Ramiz oğlu İsaqov və ya PRoMete (15 iyun 1986, Siyəzən) — Azərbaycanlı reper və prodüser. H. O. S. T Alliance-nin yaradıcılarından biri və HOST prodakşnın təsisçilərindəndir. Hal-hazırda PicMus MMC-nin və mikpro MMC-nin təsisçisi və direktorudur. Peşəkar rep karyerasına SRB-də (Sumqayıt Rep Birliyi) başlayıb. == Həyatı == 1986-cı ildə Siyəzən Rayonunda dünyaya gəlib. Ailəsi – atası, anası və bacısı ilə yaşamışdır. Atası Ramiz əvvəllər dəmiryolçu, sonralar isə dülgər işləyib. Anası evdar qadın idi. Orta məktəbi 2-ci sinfə kimi Sumqayıt şəhər 13 saylı orta məktəbində, 3-cü sinifdən etibarən isə həmin şəhərdə yerləşən "Təfəkkür" liseyində təhsil almışdır. Uşaqlığı və ilk gənclik illəri Sumqayıtda keçib.
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). == Prokat istehsalı == Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Banksia prolata
Dryandra longifolia (lat. Dryandra longifolia) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Virtual Private Network
VPN (ing. virtual private network) — iki kompüter arasında məlumatları virtual tunel vasitəsi ilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Azərbaycancaya "Virtual Şəxsi Şəbəkə" olaraq tərcümə olunur. == İşləmə Prinsipi == VPN bağlantısi üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Yəni VPN qurulmuş iki nöqtə arasında bir nöqtədən digərinə informasiya göndərilərkən həmin paket şifrələnir və digər tərəfdə deşifrələnir və informasiya açıq şəkildə təqdim olunur. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur. Yəni qoşulmaya kimsə müdaxilə etsə, əldə edəcəyi məlumat şifrələnmiş olur, amma bu cür hallar davamlı təkrar olunmur, çünki əgər VPN server məlumat sızması müşahidə edərsə, həmin əlaqəni başqa yolla marşrutlayır. Bəzi hallarda VPN istifadəçiləri evlərində, ofislərində köhnə kabellər işlətdiklərindən məlumat transferində paketlərin itməsi baş verir ki, VPN serveri də bunu xaker hücumu olaraq başa düşür və davamlı olaraq VPN əlaqəsini regenerasiya edir. İki cür VPN bağlantısı mövcuddur: Remote access VPN Site-to-site VPN Remote access VPN əlaqələri — evdə, yolda və ya səfərdə olan istifadəçilərin internet vasitəsilə şəbəkə tərəfindən təmin edilən infrastrukturu istifadə edərək xüsusi şəbəkə üzərindəki bir serverə qoşulmalarına imkan yaradır.
Ageratina proba
Ageratina proba (lat. Ageratina proba) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Köhnə probst evi
Köhnə probst evi (çex. Staré proboštství) – Praqa yepiskoplarının köhnə iqamətgahıdır. Qəsrin cənub yamacında yeni iqamətgahın tikintisinə qədər (1874-cü ilə kimi) bu bina yepiskoplara "sədaqət və həqiqət" ilə xidmət göstərmişdi. Probstluq Praqa qəsrinin mərkəzində, Müqəddəs Vit kafedralının yaxınlığında yerləşir. == Tarix == Köhnə probst evinin binası çox güman ki, Jiji tanrısına həsr olunan qədim bütpərəst məbədin yerində inşa edilmişdi. 1060-cı ildə daha əvvəl tikilmiş ev Çexiyada daşdan inşa edilmiş ən qədim yaşayış binası idi. Günümüzdə bu evi inşa etdirən yepiskopun adı məlum deyil. Lakin iddia olunur ki, bu ilk Çexiya yepiskopu Detmar idi; 976-cı ildə o Müqəddəs-Adalbertin davamçısı olmuşdu. Arxeoloji qazıntılar təsdiqləyir ki, Roman üslubunda daş bina Müqəddəs Vit kapitulunun başçılarının iqamətgahı olaraq xidmət göstərmişdi; onun qarşısında isə bir zamanlar kafedral xidmətçiləri üçün iki taxta ev inşa edilmişdi. Bu "yepiskop həyətinin" daxilində Müqəddəs Moritz kapellası yerləşirdi.
Parker Solar Probe
Parker Solar Probe — ABŞ-nin Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) “ Parker Solar Probe ” peykini Günəşə göndərib. Florida ştatının Kanaverel kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır. Parker Solar Probenin yeddi il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə - 8.86 Günəş radiusu və ya 6.1 milyon kilometr yaxınlaşması planlaşdırılır. Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.
Boru prokatı zavodunda əməyin təhlükəsizliyi uğrunda (film, 1961)
Boru prokatı zavodunda əməyin təhlükəsizliyi uğrunda qısametrajlı sənədli filmi rejissor Mirzə Mustafayev tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Boru Prokat Zavodunda əməyin təhlükəsizliyi üçün görülən tədbirlərdən bəhs edir. == Məzmun == Film Boru Prokat Zavodunda əməyin təhlükəsizliyi üçün görülən tədbirlərdən, bu vacib işə düzgün əməl olunması qaydalarından bəhs edir.