Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qırmızı Professorlar İnstitutu
Qırmızı Professorlar İnstitutu (QPİ)- partiyanın ən yüksək ideoloji kadrlarının və universitetlərdə ictimai elmlər üzrə müəllimlərin hazırlanması üçün (Sov. İKP MK) Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi ali təhsil müəssisəsidir. == Tarixi və strukuru == RSFSR Xalq Komissarları Sovetinin11 fevral 1921-ci il tarixli "Qırmızı professorların hazırlanması üçün institutlarının yaradılması haqqında" fərmanına uyğun olaraq yaradılmışdır: "1. Moskvada və Petroqradda respublikanın ali məktəblərində nəzəri iqtisadiyyat, tarixi materializm, ictimai formaların inkişafı, müasir tarix və sovet quruculuğunun tədrisi üçün qırmızı professorların hazırlanması üçün institutlar yaradılsın. 2. Qırmızı Professor İnstitutlarında Moskva üçün 200 və Petroqrad üçün 100 işçi sayı təyin edilsin. 3. Xalq Təhsil Komissarlığına göstərilən institutları təcili olaraq təşkil etməyə başlamaq tapşırılsın. 4. Bütün Sovet qurumları bu institutların erkən təşkilində Xalq Təhsil Komissarlığına hər cür kömək göstərməyə cəlb edilsin." Müəllim çatışmazlığı səbəbindən 1921-ci ilin oktyabrında yalnız Moskvada açılmışdır.